ATEİZMİN ÇÖKÜŞÜ ↓ – İNANCIN YÜKSƏLİŞİ ↑
rethinkYanvar 9, 2008 20:46
Kosmonavtika: Sonsuz Kainat Anlayışının Çöküşü və Yaradılışın kəşfi
Fizika və Astronomiya
Təbiət Elmləri: Darwinizm'in Çöküşü və "Şüurlu Təchizat"ın Zəfəri
Psixologiya: Freydizmin Çöküşü ve İnancın Qəbulu
Tibb: Qəlblərin Necə "Aram" Olduğunun Kəşfi
Cəmiyyət: Kommunizmin, Faşizmin ve 68 Kuşağının Çöküşü
Din Əxlaqına Yönəliş
Nəticə və Ədəbiyyat
____________________________________________________________________________________
İslamın yüksəlişini təhlil etmədən öncə, buna təməl olan başqa kritik hadisəni nəzərinizə çatdırıram: Bu, ateizmin çöküşü və inancın yüksəlişidir. Bəşər tarixini əsasən fikri və sosial zəmində təhlil edən demək olar ki hər kəs, XIX əsrin, gələcəkdə həyata keçəcək mənəvi çöküşün ilk addımlarının atıldığı önəmli bir dövr olduğunu qəbul edir. Bu dövrün ən başlıca xüsusiyyəti, o vaxta kimi dünyanın əksər hissəsinə hakim olan `Teist` (yəni Allah`ın varlığını qəbul edən) inanclara və dinlərə qarşı, ateizmin yəni Allahı inkar düşüncəsinin güc gəlməsidir. Ateizm, əlbəttə qədim çağlardan bəri olmuşdur. Ancaq bu fikrin əsl yüksəlişi, XVIII əsr Avropasındakı bəzi din əleyhdarı fikir adamlarının fəlsəfi baxışlarının yayılması və siyasi nəticələr verməsi ilə başladı. Diderot, Baron d'Holbach kimi materialistlər, kainatın sonsuzdan bəri var olan bir maddə yığını olduğunu və maddə xaricində bir varlıq aləminin olmadığını önə sürdülər. XIX əsrdə ateizm daha çox yayıldı. Feuerbach, Marx, Engels, Nietzsche, Durkheim, Freud kimi mütəfəkkirlər, ateist düşüncəni fərqli elm və fəlsəfə səhələrinə tətbiq etdilər. Ateizmə ən böyük dəstək verən isə, yaradılışı rədd edən və buna qarşı təkamül nəzəriyyəsini önə sürən Charles Darwin oldu. Darwinizm, ateistlərin əsrlərdir cavab verə bilmədikləri “canlılar və insan necə var oldu” sualına, sözdə elmi bir cavab verdi. Təbiətin içində, cansız maddəni canlandıran və sonra da ondan milyonlarca fərqli canlı növü əmələ gətirən bir mexanizm olduğunu idda etti və bir çox adamı bu yalnışa inandırdı.
XIX əsrin sonlarında, ateistlər, özlərinə görə hər şeyi açıqladığını sandıqları bir `dünya görüşü` ortaya qoydular: Kainatın yaradıldığını inkar edir, buna qarşı “kainat sonsuzdan bəri vardır, başlanğıcı yoxdur” deyirdilər. Kainatdakı sistem və balansın təsadüflərin nəticəsi olduğunu irəli sürür, kainatın heç bir məqsədi olmadığını idda edirdilər. Canlıların və insanın necə var olduğu sualının Darwinizm tərəfindən açıqlandığını zənn edirdilər. Tarix və sosialogiyanın Marx və Durkheim, psixologiyanın isə Freud tərəfindən ateist təməllərdə açıqlandığını zənn edirdilər. Əslində isə bu görüşlərin hər biri XX əsrdəki elmi, siyasi və ictimai inkişafla yıxıldı. Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər bir çox fərqli sahələrdəki kəşflər, təsbit və nəticələr ateizmin bütün fərziyyələrini təməlindən çökdürdü.

Keçən 12 ilin araşdırmaları daha öncəki nəslin sekulyar və ateist mütəfəkkirlərinin Allah haqqındakı bütün fərziyyələrini və yanaşmalarını tərsinə çevirmişdir. Həmin mütəfəkkirlər, elmin, kainatın daha mexanik və təsadüfi olduğunu ortaya çıracağını sanmışdılar; amma əksinə elm kainatda insan ağlının dərk edə bilmədiyi dərəcədə `böyük təchizatın` olduğunu göstərən gözlənilməz həssas sistemin sərhədlərini kəşf etmişdir. Modern psixoloqlar dinin bir nevroz olaraq qəbul olunub tərk ediləcəyini proqnoz etdikləri halda, əksinə dini inancların təməl zehni sağlamlığın həyati bir parçası olduğu empirik (tacrübi) olaraq ortaya çıxmışdır.
Bunu az sayda adam bilə bilər, amma bu açıq bir həqiqətdir: Elm və inanc arasında gedən bir əsrlik bir qarşıdurmanın ardınca, hal hazırda situasiya alt-üst olmuşdur. Darwinin ardınca, Huxley və Russell kimi ateistlər və aqnostiklər, həyatın təmamilə raslantı və kainatın da radikal şəkildə məqsədsiz olduğunu göstərən bir tezisə istinad edə bilirdilər. Çox sayda elm adamı və intellektual hələ də bu görüşdədir. Amma bunu müdafiə etmək üçün getdikcə daha da məntiqsiz yollara baş vurmaqdadırlar. Günümüzdə aydın dəlillər çox açıq şəkildə Allah inancı yönündə işarə verməkdədir.
Qısası ateizm XX əsrin son dörddə birində çox ani bir çöküş yaşamışdır. Həm də ateistlərin özlərinə ən böyük mənbə olaraq göstərdikləri elm ve sosialogiya kimi qavramların əli ilə. Bu bölümdə, ateizmin kosmonavtika, biologiya, psixologiya, tibb və sosialogiya kimi fərqli sahələrdəki məlum çöküşünü qisa şəkildə təhlil edəcək, sonrakı bölümlərdə isə bunun İslam`ın yüksəlişinə necə zəmin hazırladığını görəcəyik.
Şərhlər(1)
172 oxunma
POSTATEIZM
teizm ateizm inanc islam


Teshekkurler.Emeye hormet...Imkaniniz olsa meshur Ateistlerin(ye`ni kafirlerin) shekillerini yerleshdirin hami onlari etrafli tanisin.Gorek de rethink`i bacardiq belke...
Yanvar 14, 2008 22:57