Din Əxlaqına Yönəliş
rethinkYanvar 22, 2008 19:46
Bura qədər qısaca çatdırdığımız məlumatlar, ateizmin qaçılmaz bir çöküş içində olduğunu açıq göstərir. Bir digər ifadə ilə insanlıq Allah'a yönəlməkdədir. Bunun ifadəsi, sadəcə bu məqaləyə sığan elm və ya siyasət sahələri ilə sərhədlənməyib. Məşhur dövlət adamlarından kino ulduzlarına və ya pop sənətçilərinə qədər, Qərb cəmiyyətinin bir çox 'düşüncə öndəri' əvvəlkinə görə çox dindardır. (bax: Harun Yahya, Qərb Dünyası Allah'a Yönəlir, İstanbul, 2001) Uzun illər ateist olaraq yaşadıqdan sonra, gördüyü gerçəklər qarşısında Allah'a iman edən bir çox insan var. (Bu yazıda kitabından bəzı qeydlər etdiyimiz Patrick Glynn də bunlardan biridir.)
Buna vəsilə olan elmi inkişafın elə həmin dövrdə, yəni 1970-ci illərin ikinci yarısından etibarən başlaması olduqca qəribə haldır. `İnsani Prinsip` ilk dəfə 70-ci illərin ortasında irəli sürülmüşdür. Darwinizm'ə yönəlmiş elmi tənqidlərin elm dünyasında yüksək səslə dilə gətirilməsi, 70-ci illərin sonundan başlamış bir perioddur. Freud'un ateist doqmasına qarşı psixologiya aləmindəki tənqidlərdəki dönüş nöqtəsi, M. Scott Peck'in 1978-ci ildə dərc olunan The Road Less Traveled (Daha Az Gedilən Yol) adlı kitabıdır. Glynn, bu səbəblə 1997-ci ildə dərc etdiyi kitabında "son iki on il içərisində, uzun zaman hakim olan modern sekulyar dünya görüşünün təməllərini sarsıdan yeni sübutlar"dan söz açmaqdadır.
Şübhəsiz ateist dünya görüşünün sarsılması, yerinə başqa bir 'dünya görüşü'nün hakim olması anlamına gəlir ki, bu da Allah inancıdır. Dünya, 1970-ci illərin sonlarından (və ya bir başqa ifadə ile Hicri XIV əsrin əvvəllərindən) etibarən 'din əhlaqının yüksəlişi'nə səhnə olmaqdadır. Digər sosial periodlar kimi bu da bir gündə deyil, uzun bir zaman dilimi içində gerçəkləşdiyi üçün çox insan bunu görə bilmir. Lakin irəliləmələri bir az daha diqqətli dəyərləndirənlər, dünyanın fikri aspektdə böyük bir dönüş nöqtəsində olduğunu görməkdədirlər. 'Sekulyar tarixçilər' bu fakta da özlərinə görə bir açıqlama verməyə çalışacaqlar. Ancaq bu adamlar, Allah'ın varlığı məsələsində dərin bir yalnışlıq içində olduqları kimi, tarixin axışı məsələsində də dərin bir yalnışlıq içindədir. Həqiqi tarix, Allah'ın müəyyənləşdirdiyi yazıya (sünnətullah'a) görə işləyir. Allah bunu bizə "... Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!" ayəsi ilə bildirir. (Fatir Surəsi, 43)
Dolayısı ilə tarixin bir məqsədi vardır. Tarix, Allah'ın əmr etdiyi şəkildə işləyir. Allah'ın qanunu isə nurunun tamamlanmasıdır: Ağızları (batil sözləri) ilə Allah'ın nurunu söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. (Tövbə Surəsi, 32)
Bu ayənin bir təfsiri də budur: Allah vəhy etdiyi İlahi dinlərlə insanlara nurunu endirmişdir. İnkarçılar isə bu nuru ağızları ilə, yəni sözləri, təlkinləri, propaqandaları və fəlsəfələri ilə söndürmək istəyirlər. Ancaq Allah sonda nurunu tamamlayacaq, yəni din əxlaqını dünyaya hakim edəcəkdir.
Şərhlər(0)
121 oxunma
POSTATEIZM
ateist sekulyar nur cəmiyyət din

