Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 30
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 47
  • Ümumi hit: 65297

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

DİN ƏXLAQI OLMAZSA NƏLƏR OLAR?

rethink
Yanvar 23, 2008 19:42

1) Hər şeydən əvvəl dinin olmadığı bir cəmiyyətdə, dinsizlik və təməli inancsızlıq üzərinə qurulan görüşlər rəğbət görər, bir çox sapn fikir sistemi yayılmaq üçün zəmin tapar. Fərdlər öz mənliklərindən, ortaq şəxsiyyətlərindən uzaqlaşarlar. Təməlini Allahı inkar və dinsizlik üzərinə oturtulmuş olan materializm kimi fəlsəfələr və kommunizm kimi ideologiyalar o cəmiyyəti sa zamanda bir tor kimi sarılar. sası belə bir cəmiyyətdə dinin yoxluğundan meydana gələn boşluğu, separatçı və degenerasiya edici fikir sistemləri doldurmağa cəhd edər.

2) Bunun başdan qeyri-sağlam bir model meydana gətirdiyi aydındır. Çünki din, bir əxlaq sistemi və yaşayış formasıdır. İnsanlara doğrunu və yanlışı açıq olaraq öyrətdiyindən dini dəyərlərə sahib biri, yaxşıyla pisi bir-birindən ayırd edə bilir. Məsələn, doğru, səbirli olmağın, vətənini, dövlətini sevməyin yaxşı; fahişəliyin, zülmün, ədalətsizliyin pis olduğunu bilir. Belə ki, din, insanlar arasındakı yardımlaşma, dürüstlük, xoşgörüş, ədalət, fədakarlıq kimi dəyərlərin ən fundamental qaynağıdır.  

3) İnsanı insan edən əxlaqi dəyərlərin təsirini itirdiyi və yox olduğu halda, cəmiyyətin hər bir hissəsi və hər bir fərdi bundan mənfi yöndə təsirlənir. Fərdlər yalnız özünü əhəmiyyətli hesab edən və digər heç kimə əhəmiyyət verməyən bir ayri "parça" halına gəlir və yenə qaynağı din olan evlilik anlayışı ortadan qalxır. 

4) Bu sistem bir dəfə işləməyə başlayanda, dövlətin oturmuş nizamını və millətin yerləşmiş strukturunu da ağlasığmaz şəkildə korlayır. Çünki dövlətə bağlılıq, vətən sevgisi kimi üstün xüsusiyyətlər yenə dini inancların nəticəsində inkişaf etmiş xüsusiyyətlərdir. Dini olmayan və nəticə olaraq vicdani duyğuları inkişaf etməmiş bir insanın millətini, bayrağını sevməsi, dövlətə xidmət şüuru içində çalışması, qarşılıq gözləmədən vətəni üçün növbə çəkməsi əlbəttə düşünülə bilməz. Belə fərdlərin yetişmədiyi, yetişmiş fərdlərin də bu üstün xüsusiyyətlərini itirdiyi bir cəmiyyət şübhəsiz ki, həm sosioloji, həm də siyasi baxımdan varlığını davam etdirə biləz. Din əxlaqının yaşanmadığı bir yerdə dövlətin nüfuzundan, varlığından və gələcəyindən danışmaq mümkün deyil. 

5) İnanc sisteminin yoxluğunun bir başqa təhlükəli nəticəsi, insanların yavaş yavaş psixoloji problemlərə məğlub olmağa başlamasıdır. Cinayətlərin sayındakı artım, içki və narkotikaya yönəlmək, fahişəliyin rekordu, narahatlıq və çatışma mühiti cəmiyyətin psixoloji baxımdan aşındığının konkret əlamətləridir. Bunun təbii bir nəticəsi olaraq bir-birinə güvənməyən, bir-birini sevib saymayan, yalnız öz həyat mübarizəsini davam etdirməyə çalışan, cəmiyyətin digər üzvlərini isə bir rəqib, hətta bir düşmən kimi görən fərdlər ortaya çıxır. İctimai ədalətsizlik və iqtisadi sıxıntılarla bəslənən bu gərginlik, qısa müddət içində sanki ictimai bir çılğınlığa çevrilir və bunun nəticəsində də cəmiyyət parçalanır. 

6) Dünya tarixində bir çox xalq, dini dəyərlərini bir kənara itələdiyi anda degenerasiya, məhv olma və parçalanma təhlükəsiylə qarşı qarşıya qalmışdır. Dünyanın hansı bölgəsində olursa olsun, dini dəyərlər nə vaxt yox edilməyə, inanc azadlığı nə vaxt təzyiq altına alınmağa çalışılıbsa dövlət əleyhinə anarxist hərəkətlər baş qaldırmışdır. Məsələn, bəziləri şəxsən dövlət nüfuzunu zəiflətməyə girişmiş, mövcud nizamı yıxaraq marksist bir rejim təsis etməyə çalışmış, əsrlərcə bir yerdə yaşamış bir milləti düşərgələrə bölməyə cəhd etmiş, cəmiyyəti sağ-sol çatışmalarıyla vətəndaş müharibəsi səviyyəsinə qədər gətirmiş, sol zərbə xəyallarıyla tətillər, aksiyalar, etiraz nümayişləri etmiş və ictimai çalxantılara səbəb olmuşlardır.

7) Ortaq dini dəyərlərin yox edilməyə çalışılması toplumlararası sülhü də hədələyən təhlükədir. Ortaq tolerantlıq səviyyəsində xalqlar, bu tolerantlıq və uzlaşma zəmini olmayanda bir-birləriylə vuruşur, xaos və böyük qarışıqlıq meydana gəlir. 

Bura qədər etdiyimiz analizlərə və "dinsiz cəmiyyətlərin davamılılığı yoxdur" sosioloji gerçəyinin tarixdəki konkret dəlillərinə söykənərək söyləyə bilərik ki, Azərbaycanın gələcəyi üçün dini şəxsiyyətimizin qorunması və gücləndirilməsi həyati əhəmiyyətə malikdir. Çünki dini dəyərlərin yox olmasının alternativi yoxdur. Dinsizlik və təməli dinsizliyə dayanan axımlar heç bir formada alternativ ola bilməz. Bu axımlar tarixdə heç bir zaman heç bir cəmiyyətə, millətə və dövlətə ən kiçik bir fayda belə verməmişlərdir. Bizim millət bu anlayış sayəsində mövcudiyyətini, bütünlüyünü və nüfuzunu mühafizə etmişdir. 2008-ci ili müasir, qabaqcıl və rifah səviyyəsi yüksək bir Azərbaycan olaraq qarşılamaq istəyənlər, bunun ancaq dini şəxsiyyətimizin qorunması ilə reallaşa biləcəyini, yoxsa din əxlaqinin olmadığı bir mühitdə cəmiyyətdən də, millətdən də, dövlətdən də söz edilə bilməyəcəyini bilməlidirlər.

ELM VE MATERIALIZM… GƏLİN BUNLARI AYIRAQ


Bookmark and Share

Şərhlər(0)
180 oxunma
GÜNDƏM
əxlaq din degenerasiya inancsızlıq cəmiyyət 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog