QƏRBİN İNSAN ANLAYIŞI
rethinkYanvar 23, 2008 20:17
Siyonist nəzəriyyədə də insan iki əsas sinifə ayrılır. Onlara görə yəhudi irqi seçilmiş bir irqdir. Digər irqlər isə yəhudi irqinə xidmət etmək üçün yaradılmışdır. Nəzəriyyənin əsası belədir. Bütün musəvilərin bu inancı daşıdığını söyləmək düzgün olmaz, amma bu inancı daşıyanların hakim vəziyyətdə olduğundan şübhə yoxdur. Bu inanca görə “digərləri”ni özlərinə xidmət etdirmək böyük bir ibadətdir. “Digərləri” isə yəhudilərə xidmət etdiyi ölçüdə var olma səbəblərinə uyğun rəftar etmiş olurlar.
Bununla bərabər Qərb mədəniyyətinin önəmli dayağı olan xristiyanlığın da insana baxışını xülasə etmək lazımdır. Xristiyanlığa görə Adəm cənnətdə ilahi qanuna zidd hərəkət edərək günah etmişdir. Bu səbəbdən cənnətdən qovulmuş və günahkar olaraq dünyaya göndərilmişdir. Sonra Tanrı, oğlu İsanı göndərmiş o da cəza olaraq həyatını vermişdir. Hekayə belədir. Bu hekayəyə söykənərək belə bir nəticəyə gəlinir. Bütün insanlar günahkar doğulur, sadəcə xaçlananlar və xristian olanlar təmizlənmişlər, çünki bütün xristianların günahlarına cavab olaraq İsa Məsih can vermişdir. Görüldüyü kimi siyonist nəzəriyyə və Romanın insana baxışı ilə xristianlığın baxışı arasında çox oxşarlıq var. Eynən romalılar kimi xristianlar da insanı iki sinifə ayırırlar: təmizlənmiş olanlar yəni xristianlar və doğuşdan günahkar olanlar yəni “digərləri”. Bu xristian inancının ortaya qoyduğu birinci nəticədir. Bir digər nəticə “digərlərinə” günahkar kimi davranılmalıdır. Günahkar olanların azadlıqları məhdudlaşdırılmalı və onların güclənmələrinin qarşısı alınmalıdır. Sonrakı nəticə isə belədir: təmizlənmiş olanların bütün günahları İsa Məsih tərəfindən çəkildiyi üçün günahkar olan “digərlərinə” qarşı etdiklərindən ötrü günah işlətmiş hesab olunmazlar.Bu anlayışa görə “digərləri ” nə qədər faydalı işlər etsələr də əsla günahkar olmaqdan qurtula bilməzlər. Digər tərəfdən xristian olanlar da nə qədər zərərli işlər etsələr də əsla günahkar olmazlar, xüsusilə “digərləri”nə qarşı.
Qərb cəmiyyətlərinin içində dinə etibar etməyən, hətta inkar edən, elmi rəhbər tutan insanlar da olduğundan bu analizlərə qarşı çıxanlar da var. Ancaq Qərb mədəniyyəti “elmi” rəhbər tutan bu insanları öz ətrafında tuta bilmək üçün də çarə tapıb. Bunların başında Darwin`in “təkamül nəzəriyyəsi” gəlir. Darwin`ə görə insanın atası meymundur, meymun təkamül edərək inkişaf etmişdir. Qərb cəmiyyətləri təkamül zəncirinin son halqasıdır. Təkamül zəncirinin əsas funksiyası zəncirin son xalqasını daha da iləriyə aparmaqdır.
Bu nəzəriyyə də nəticə etibarilə eyni qapıya çıxır. İnsanlar iki qrupa ayrılır: mədəni olanlar (tam təkamül etmiş) və mədəni olmayanlar (tam təkamül etməmiş). Mədəni olmayanlara mədəni olanların sahib olduğu hüquq və imkanlar verilə bilməz, bu hal təkamül qanunlarına zidd olar. Həm də gözlənilməz bir inkişafın qarşısını almaq üçün bu varlıqlar daima kontrol altında tutulmalıdır. Bu sinifləndirmə Qədim Roma anlayışına daha yaxındır.
Siyonist nəzəriyyə ilə xristian inancı və ya “elm”i rəhbər edənlərin insana baxışı arasında önəmli bir fərq yoxdur. Hər üçü də insanı iki sinifə ayırır. Siyonist və Darwinist nəzəriyyədə keçid qapıları tamamilə qapalıdır, xristianlıqda isə bir sinifdən digərinə keçmək olar. Ancaq Qərb mədəniyyətinin digər dayağı olan Roma mədəniyyəti də bu keçidə icazə vermir.
İndi də bir-iki cümlə ilə yəhudi və xristianların Allah və Kainat anlayışlarını xülasə edək. Birində tək Allah var, amma bu bir irqin Allahıdır. Digərində isə birdən çox Allah var. Onlar özlərini kainatın sahibi hesab edirlər, kainatla olan əlaqələri bir sahiblik əlaqəsidir. Bu anlayış dünyanı istədikləri kimi istifadə haqqını onlara verir. Bu səbəbdən çevrə Qərb mədəniyyəti dövründə daha çox çirklənmişdir.
Amma kainatın yaranmağı və fəaliyyətində insanın heç bir əməyi və yardımı yoxdur. Dünya insan başda olmaqla bütün canlıların yaşayabilməsi üçün həssas bir balans ilə yaradılmışdır. Nəfəs alıb verməklə insan necə yaşamını davam etdirirsə, hüceyrələrinə təzə qan göndərirsə, dünya da elə fəaliyyət göstərir. Eynən canlı bir orqanizm kimi özünü hər an yeniləyir, daimi olaraq özünü yaradılış məqsədinə uyğun vəziyyətdə tutur. Bir ildə təmizlənərək bütün canlıların xidmətinə verilən suyu fikirləşin. Canlı cansız bir çox varlığın suyun təmizlənməsi və xidmətə verilməsində funksiyası vardır. Günəş, bulud, külək, yağış və s. İnsan ilk gündən bu yana topladığı bütün gücünü ortaya qoysa da belə bir işi etməyə gücü çatarmı?

Yeri gəlmişkən bir-iki nümunə də vermək olar. Məsələn, Avropa Birliyi – Türkiyə münasibətlərində AB-nin daimi olaraq Türkiyəyə qarşı davam etdirdiyi fərqli yanaşmanı götürək. Davam etdirilən fərqli yanaşmaya fakt tapmağa ehtiyac yoxdu. Rəsmilər bu suala hər zaman: “günah bizdə, nöqsanlarımız var, ev tapşırıqlarını edə bilməmişik” tipli cavablar verirlər. Amma bu tələblər bitmir ki bitmir. İki yüz ildən bəri Türkiyə - Qərb münasibətləri belə bir xətt üzərində davam edir. Təbii olaraq da uduzan tərəf Türkiyə olur.
Bəlkə də bu yanaşma Qərbin insana baxışından meydana gəlir. Onlara görə türklər də doğuşdan günahkardır. Bu səbəblə iqtisadi və sosial baxımdan Türkiyədən geri qalsalar belə təmizlənmiş, günahsız bir xristian cəmiyyətlə eyni səviyyədə tutula bilməz. Buradan belə bir nəticəyə gələ bilərik. Türkiyəli müsəlmanlar xaça çəkilib günahlardan təmizlənmədikcə bu fərqlilik davam edəcək (xristian inancına görə). Roma inancına görə isə diskriminasiyanın aradan götürülməsi üçün xristian olmaq da kifayət deyil.
İraq müharibəsində ABŞ-ın davranışındakı səbəb də eyni ola bilər. Bildiyimiz kimi ABŞ kütlə qırğın silahları olduğunu önə sürərək İraqa hücum etdi. İraq yerlə bir edildi, zülümlər, işkəncələr edildi. Sonda iddiaların böyük bir yalan olduğu ortaya çıxdı. Dünya ictimaiyəti bir yalan və yalançının fərqinə vardımı? Bu iddianın yalan çıxmasından daha önəmli olan bir məsələyə də göz yumuldu. Bir anlıq iddianın doğru olduğunu düşünək. Yəni İraqda kütlə-qırğın silahları olsa bu ABŞ-a İraqa hücum etmək haqqını verirmi? Və ya verməlidirmi? Kütlə-qırğın silahlarına malik olmaq bir cinayətdirsə başda ABŞ, AB, İsrail və digər bir neçə dövlət cinayətkar olmur, niyə təkcə İraq cinayətkar olur? Bu silahları istehsal edənlər, satanlar, istifadə edənlər onlar deyilmi? (İndiyə kimi atom bombasından yalnız ABŞ istifadə etmişdir.) Qərbin bu davranışını ciddi olaraq analiz etdiyimizdə belə bir diskriminasiya məntiqinin insan anlayışından törədiyi görüləcəkdir. Qərb “digərləri” ilə olan münasibətlərini bu inanc və onun bəslədiyi məntiqə görə formalaşdırır.
Budur içində yaşadığımız Qərb mədəniyyətinin Allah, İnsan və Kainat anlayışı və üz-üzə qarşılaşdığımız qlobal ağrılı gerçəklər.
İraqda və digər ölkələrdə insanların çoxu müharibə, yoxsulluq, aclıq, işsizlik, istismar, terror ilə üzləşir. Ancaq bunların az bir qismi bu nəticələrin basqı və ikili standart anlayışından törədiyini görə bilir. Və çox az insan basqı və ikili standart (qlobal diskriminasiya) anlayışının Qərb mədəniyyətini əmələ gətirən İnsan, Mühit və Allah anlayışının bir nəticəsi olduğunun fərqinə vara bilir.
Türkiyə iki yüz ildən bəri inanılmaz bir yanılma dövrünü yaşıyır. Son əsrdən bəri Qərb mədəniyyətinin dəyərlərini üst dəyərlər qəbul edərək siyasi, sosial və iqtisadi sistemini tam gücü ilə bu istiqamətdə dəyişdirmək üçün sərf edib. Amma problemlərini həll edə bilmədi, həll etməsi də mümkün deyil.
Nəticə olaraq Qərbin Allah, İnsan və Mühit (kainat) anlayışı ilə dünyanın problemləri həll edilə bilməz. Yeni dəyərlər və yeni bir mədəniyyət bir məcburiyyət halını almışdır. Əgər dünyanın sonu gəlməmişdirsə yeni bir dünya mütləq qurulmalıdır. Bu halda yeni dünya hansı inanc və düşüncə təməli üzərində qurulmalıdır?
Şərhlər(1)
344 oxunma
MƏDƏNİYYƏT
qərb insan mədəniyyət islam kainat


Cox gozel, maraqli ve duwundurucu yazidir. Cox yararlandim, tewekkurler. Ama lutfen yazarini da bildirin. meselen men cox axtarsam da tapa bilmedim muellifin adini.
İyul 10, 2008 16:24