AVROPA İSLAMA VƏ QURAN`A SAVAŞ AÇDI
rethinkFevral 1, 2008 17:32
Burada bəhs edilən dəyişikliklər, əslində din dərsi təhsilini tamamilə ortadan qaldırmağa çalışmaqdan, gəncləri Allah inancından uzaqlaşdırmaqdan, gənclərdə materialist baxışlar inkişaf etdirməkdən başqa məqsəd daşımır. Oktyabr ayının əvvəlində Avropa Şurasında alınan qərarla Yaradılış gerçəyinin məktəblərdə qadağan edilməsi də eyni məqsədə xitab edir.
Həmin hesabatda məktəb tədris planlarında yalnız təkamül nəzəriyyəsinin iştirakının müdafiəsi, Yaradılış Gerçəyini öyrənən uşaqların materialist bir fərd halına gəlməyəcəyindən ötəri duyulan qorxunu açıqca ortaya qoyur. Bu səbəbdən, Yaradılış inancı Avropa üçün sözdə bir təhlükə olaraq qəbul edilmiş və qərar bu yöndə alınmışdır. Eyni vəziyyət indi Türkiyədə tədris olunan din dərslərinə də aiddir. Avropa, İslam dininin gənclərə öyrədilməsindən, gənclərin materializm fikirindən uzaqlaşmalarından narahat olmuş və bu dəfə də müxtəlif qondarma səbəblər qarşıya qoyaraq məktəblərdə din təhsilinə son verilməsini təşviq etmişdir. Avropanın göstərdiyi səy açıqdır. Allah inancına və İslam dininə qarşı bir savaş vəziyyətindədir.
Şübhəsiz bunun səbəbi Darvinizmin və onun dəstəkçisi olan materializmin bir aldatmaca olduğunun artıq ortaya çıxmış və bütün dünyaya eşitdirilmiş olmasıdır. Harun Yəhyanın Yaradılış Atlası adlı əsərinin, hal-hazırda yaşayan canlıların keçmişdə yaşamış atalarıyla tamamilə eyni olduğunu gözlər önünə sərməsiylə çaşıb qalan Darvinist, materialist dairələr, 150 ildir davam etdirdikləri aldatmacanı daha davam etdirə bilmədiklərini anlamışlar. Darvinin təkamül nəzəriyyəsinin böyük bir yalandan ibarət olduğu bütün dünya tərəfindən artıq aydın olmuş vəziyyətdədir. Dinsizliyi təlqin edən materialist fəlsəfə artıq son çırpınışlarını sərgiləyir və insanlıq XXI əsrdə bu kimi yalanlardan xilas olaraq - Allahın izni ilə - gerçək yaradılış məqsədinə dönməkdədir. Böyük bir dəhşət və qarışıqlıq içində bu gerçəyi görən Darvinist-materialist dairələr özlərincə bu fövqəladə yükləlişə qarşı tədbir görməyə çalışırlar. Halbuki olan olmuş, Darvinist aldatmaca bütün dünyada ifşa olunmuşdur. Artıq məktəblərdə şagirdlər Darvinizmə qarşı özləri mübarizə aparır, bu yalanı öyrənməyi rədd edirlər.
Darvinist-materialist dairələrin istəyi, Allah inancından uzaq, dinsiz bir cəmiyyət qurmaqdır. Halbuki bu dinsiz cəmiyyət, əxlaqi degenerasiyanı qızışdıracaq və dinsizliyin gətirdiyi savaş, qırğın və qiyamları artıracaq, bir bəla olaraq bütün insanlığı fəlakətə sürüyəcək. Görülməli iş, insanları dindən uzaqlaşdırmaq və materialist fəlsəfəni qızışdırmaq deyil, insanlara, xüsusilə gənclərə, din əxlaqını mənimsətməkdir.
Avropalı Darvinist dairələrin çaxnaşma səbəbi açıqdır. Darvinist çevrələr, Yaradılışın tək gerçək olduğunu və bütün dünyanın bunu gördüyünü bilirlər. Məktəblərdə din dərslərini qadağan edərək və ya Yaradılış gerçəyini tədris planıdan çıxararaq bu irəliləyişə bir son verəcəklərini zənn edirlər. Allah inancına qarşı döyüşdən qalib çıxacaqları düşüncəsinə qapılmışlar. (Allahı tənzih edərik.) Reallaşmayacağını bilə-bilə Darvinizmin mütləq məqbul görülüb mənimsənəcəyinə inanmaq istəmişlər. Halbuki batil bir dinin, Allah inancına qarşı bəzədilmiş bir yalanın diri qalma ehtimalı yoxdur. Uca Rəbbimiz ayələrində bu həqiqəti xəbər vermişdir:
Darvinizmin qəti çöküşü ilə Darvinistlərin təsiri olduqca zəifləmişdir. İslam əxlaqının yükləlişi, Uca Allahın vədidir və Allahın izni ilə mütləq reallaşacaq. Bunun əlamətləri bütün dünyada görülür. Allahın haqq dini, Allahın diləməsiylə üstün gəlmişdir. Darvinistlər artıq insanları aldada bilmirlər. Avropanın İslam düşmənliyi bir şeyi dəyişdirməyəcək, hətta indiyə qədər İslam əxlaqına qarşı girişilən hər cür sapqın hərəkətdə olduğu kimi bu hərəkət də Allahın izni ilə İslam əxlaqının daha da güclənməsinə səbəb olacaq.
Şərhlər(0)
166 oxunma
GÜNDƏM
avropa islam darvinizm darwinism harun

