Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 44
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 61
  • Ümumi hit: 65311

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

QURAN, DÜNYA, `İSRAİLOĞULLARI` və SİSTEM . . . - Yeni Masonik Düzən, 4

rethink
Fevral 1, 2008 18:47

Madam ki dünyaya baxarkən kriteriyamız Quran olacaq, o halda Quran dünyanın siyasi quruluşu haqda hansı bilgilər verir, hansı ip ucları axtardığına baxmaq lazımdır. Elə bu yerdə dərhal `İsrailoğulları` faktoru ilə qarşılaşırıq.


Quranda çox diqqət çəkən şəkildə, tez-tez “İsrailoğullarından” bəhs edilir. Allah Quran`da, “İsrailoğullarının” ən çox “dünya həvəsi”nə sahib olan topluluq olduğunu (Bəqərə Surəsi, 96); özlərini digər insanlardan üstün gördüklərini (Cümə Surəsi, 6); digər insanların “mallarını haqsızlıqla yediklərini” və onları faiz yolu ilə sömürdüklərini (BVF, DB, Dollarizm) (Nisa Surəsi, 161), peyğəmbərləri “öldürdüklərini” (Ali-İmran Surəsi, 183); yer üzündə savaş çıxarıb “pozğunçuluğa çalışdıqlarını” (I və II Dünya Müh., Fələstin və.s) (Maidə Surəsi, 64); öz soydaşlarını da öldürdüklərini və ya yurdlarından sürgün etdiklərini (Bəqərə Surəsi, 84-85); “zalım” olduqlarını (Bəqərə Surəsi, 59); tez-tez “xəyanət” etdiklərini (Maidə Surəsi, 13); İslam`a “kin və nifrət” bəslədiklərini (Nisa Surəsi, 46); Müsəlmanlara qarşı “sistem” qurduqlarını  (Ali-İmran Surəsi, 54); Müsəlmanlar üçün “ən şiddətli düşmən” olduqlarını (Maidə Surəsi, 82); “küfrə sapanlarla dostluqlar qurduqları”nı (Darwinizmi, Ateizmi, Materializmi dəstəklədikləri) (Maidə Surəsi, 80); insanlara “zülm” etdiklərini və onları “Allahın yolundan” azdırdıqlarını (Nisa Surəsi, 160) bildirir.

Bu ayələr bizlərə, dünyanın siyasi, iqtisadi və sosial quruluşunda “İsrailoğulları” faktorunun çox önəmli bir yeri olduğunu xəbər verir. Hələ Müsəlmanlar üçün, özlərinə ən şiddətli düşmən olan və dinlərinə kin və nifrət bəsləyən “İsrailoğulları”nın böyük önəm daşıdığına şübhə yoxdur.


Bunlarla yanaşı dərhal qeyd etmək lazımdır ki, Quran, “İsrailoğulları”ndan söz açarkən “onların hamısının bir olmadığını” (Ali-İmran Surəsi, 113) da xəbər verir. “Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların sonuncusu olan Qur’ana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin ne’mətlərindən) yeyərdilər. İçərilərində radikal olmayan (mötədil, islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini e’tiraf edən) bir ümmət vardır. Onlardan çoxunun etdikləri isə nə pisdir!” (Maidə Surəsi, 66) ayəsi ilə bütün Yəhudiləri eyni gözlə dəyərləndirməyin doğru olmadığını söyləyir.


Beləliklə Müsəlmanlara düşən vəzifə də İsrailoğulları`na qarşı düşməncəsinə davranmaq deyil, əksinə onları sülhə, ədalətə və ortaq bir imana çağırmaqdır. Allah Quran`da Müsəlmanlara, Kitab Əhli (Xristiyan və Yəhudilər) haqqında bir əmr verir; onları “ortaq bir kəlmədə birləşməyə” çağırmaq:


(Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (müştərək) bir kəlməyə tərəf gəlin! "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!" (Ali-İmran Surəsi, 64)


Biz də bu baxışla hərəkət edir və Yəhudiləri ortaq bir kəlməyə, barış və ədalətə çağırırıq. Ancaq bunun yanında bir qism Yəhudilərin dünyada etdikləri – və Quranda və hətta Qədim Əhd`də işarə edilən – pozğunçuluqları gözlər önünə sərməyi də bir borc qəbul edirik. Bu kitab da bu borcu yerinə yetirir.


Quran`da Yəhudilərin dünyaya təsirləri ilə bağlı ayələrin birində olduqca diqqət çəkən bir məlumat verilir. Allah Quran`da İsra Surəsinin əvvəlindəki ayələrdə, Yəhudilərin yer üzündə iki dəfə “pozğunçuluq çıxaracaqları və böyük bir yüksəlişlə yüksələcəklərini” bildirir:

 

Kitab`da İsrailoğullarına bu hökmü verdik: “Mütləq siz yer(üzündə)də iki dəfə (Zəkəriyyanı, sonra da Yəhyanı öldürməklə) pozğunçuluq (fitnə) çıxaracaqsınız və mütləq böyük bir təkəbbür (dikbaşlıq) və yüksəlişlə kibirlənəcək, yüksələcəksiniz. Belə ki, o ikidən ilk vəd gəldiyi zaman, olduqca güclü qullarımızı (Büxtünəssəri, yaxud Calutu orduları ilə birlikdə) üzərinizə göndərdik də (sizi) evlərinizin aralarına qədər girib araşdırdılar. Bu yerinə yetirilməsi gərəkli olan bir söz idi. (Siz Zəkəriyyanı öldürdünüz, onlar da sizi qətl edib, əsir alıb, yurdunuzu xaraba qoydular). Sonra onlara qarşı sizə təkrar `güc və qüvvət verdik`, sizə mal və oğul-uşaqla yardım etdik və topluluq olaraq sizi sayca çox (əvvəlkindən və düşmənlərinizdən) qıldıq. Əgər yaxşılıq etsəniz özünüzə yaxşılıq etmiş olarsız və əgər pislik etsəniz o da (öz) əleyhinizədir. Sonuncu (ikinci) vəd gəldiyi zaman, (yenə elə qullar göndərərik ki) üzünüzü qara (sizi xəcil) etmək, birincisində girdikləri kimi məscidə (Məscidüləqsaya) girsinlər və ələ keçirdiklərini `darmadağın edib məhv etsinlər`. (İsra Surəsi, 4-7)


Ayənin ifadəsinə görə, Yəhudilərin birinci “pozğun və təkəbbürlü yüksəliş”lərinin ardınca, Allah onların üzərinə güclü bir ordu göndərmiş, bu ordu Qüds`ə girmiş və məscidi (Qüds`dəki Süleyman Məbədi) darmadağın etmişdi. Bu ayədə bəhs olunan Məbədin birinci yıxılışı və birinci sürgün, Yəhudilərin b.e 70-ci ildə Romalılar tərəfindən Qüds`dən sürgün olunmalarının qarşılığıdır. Bu hadisə, Yəhudilərin Hz. Yəhya`nı öldürdükləri və Hz. İsa`nı öldürmək üçün tələ qurduqları dövrdən dərhal sonra, yəni “kibirli yüksəliş və pozğunçuluq” hərəkətinin ardından gəlmişdir. İsrailli tarixçi Moshe Sevilla-Sharonun, ayənin ifadələrinə uyğun olaraq baş verən yıxım və sürgün hadisəsi ilə bağlı bəzi qeydləri:


Romalıların sərkərdəsi Titus qısa vaxt ərzində bütün İsrail ölkəsini ələ keçirdi və 70-ci ilin yazında Qüdsü mühasirəyə aldı... Titus şəxsən qüvvətlərinin başına keçib dörd legionla hücuma başladı. Qısa zaman içində Qüds`də aclıq başladı, silah və insan gücü azaldı. Romalılar Mayda surların bir hissəsini yıxdı və bəzi nöqtələrdən şəhərə girdilər. Bununla birlikdə `evdən evə` savaş bir ay çəkdi, ancaq Qüds 9 Av 70 (Taşa be Av) tarixində ələ keçirildi. Sonda qalan Yəhudi qüvvələri Böyük Məbədin ətrafında mənzillənsələr də, həmin gün Romalılar bu əngəli də aşaraq Böyük Məbədi yıxdılar və burda qalan Yəhudiləri qətl etdilər. (Moshe Sevilla Sharon, İsrail Ulusunun Tarihi, tərc. Yəhudi Camaatları Dairəsi, Qüds: Graph Press, 1981, səh. 76)

Birinci pozğunçuluq və yüksəliş dövrünün sonu budur. Bəs əcəba ikinci pozğunçuluq və yüksəliş dövrü nə vaxtdır? Bu sualın cavabını vermədən əvvəl, mövzunu Yəhudi qaynaqlarından incələyək. Əcəba Yəhudilərin özləri bir “yüksəliş dövrü” anlayışına sahibdirlərmi?


http://www.harunyahya.org/kitap/YMD/YMD.html - Online oxu


http://api.fmanager.net/api_v1/xmlapi.php?dev-t=7EZU2FZ0164&with=mod=file,id=29633 - PDF variantını yüklə


 


Bookmark and Share

Şərhlər(0)
380 oxunma
500 İLLİK REAL TARİX
kitab israiloğullari yəhudi müsəlman quran 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog