SATANİZM: ATEİST VƏ MATERİALİST BİR DİN
rethinkFevral 1, 2008 18:20
Satanizm insanların içində olduqları mənəvi boşluğun nəticələrindəndir. Dünyanın yalnız maddi dəyərlərdən ibarət olduğunu düşünən bütün cərəyanlar insanları mənəvi bir boşluğa sürükləyir. XIX əsrə qədər dini dəyərlər cəmiyyətin ayrılmaz bir parçası olduğu halda, bu tarixdən etibarən din əxlaqı unutduruldu. XIX əsrdə inkişaf edən belə düşüncə axımlarının ən önəmli ortaq nöqtələrindən biri din əxlaqına qarşı olmaları və Allah qarşısında məsuliyyət olmadan da əxlaqlı cəmiyyətin var ola biləcəyini müdafiə etmələridir.
Yalnız varlı yaşamaq, daha çox qazanmaq və daha çox istehlak etmək, bunun üçün nə lazımdırsa etmək, digər insanları əzmək kimi düşüncələrin təsiri altında qalan cəmiyyətlərdə bir müddət sonra yalnız özünü düşünən, ancaq mənfəəti naminə yaxşılıq edən insanlar ortaya çıxmışdır.
Bütün bunlar insanların ruhi ehtiyacları olan sevgi, mərhəmət, şəfqət, dostluq, sədaqət kimi xüsusiyyətlərin unudulmasına səbəb olmuşdur. Bu vəziyyət din əxlaqına qarşı olan çevrələr tərəfindən planlanmış və mənəvi dəyərlərin ortadan qaldırılması ilə süni vaziyyət yaradılmışdır.
Məhz belə bir vəziyyətdə ortaya çıxan ən təhlükəli cərəyanlardan biri SATANİZMDİR. Satanizm bu dövrdə inkişaf edən materialist və ateist cərəyanların məhsulu olaraq ortaya çıxmışdır. Çünki diqqət edilərsə, bu cərəyanlar tərəfindən müdafiə olunan dəyərlər ilə satanizmin önə sürdüyü iddialar bir-biri ilə tamamilə uzlaşır.
Materializm və ateizm hər şeyin bu dünyadan ibərət olduğunu, həyatın sona çatdığında isə hər şeyin yox olacağını önə sürür. Buna görə insanlar heç bir şeyə qarşı məsuliyyət hiss etməz. Məsuliyyət hissi isə yoxdursa, insanların pisliyə mane olması üçün də heç bir səbəb yoxdur. Bütün kainatı və bəşəriyyəti üstün və güclü olan Allah yaratmışdır və hər bir insan Yaradıcımıza qarşı cavabdehdir, məsuliyyət sahibidir. Hər kəs ölümlə qarşılaşacaq, ölümün sonunda isə hər kəs yaşadığı hər anın hesabını vermək üçün Rəbbinin hüzurna çıxacaq. Məsuliyyət daşımadıqlarını və hesab verməyəcəklərini düşünənlər isə o gün böyük itkilər verəcəklər.
Stanizmin materializm və ateizmlə olan əlaqəsini anlamaq üçün satanist əsərlərə və kitablara baxamaq yetərlidir. Məsələn “Şeytan kilsəsi”nin yayınladığı yazılara baxarsaq onların bir ateist olduqlarını görərik. Bununla birgə satanistlər bir materialistdirlər. Yalnız maddənin varlığına inanırlar. Allah, həmçinin bütün metafizik varlıqlara (məs., mələklər) inanmırlar. Adları “şeytana tapanlar” olsa da şeytanın varlığına inanmırlar. Onlara görə şeytan din düşmənliyinin bir simvoludur. Şeytan Kilsəsi tərəfindən yayınlanan “A Description of Satanizm” adlı yayında bu görüşlər ifadə edilir: Satanizm də Buddizm kimi ateist bir dindir. Əməllərimizə görə hesab verəcəyimiz bir şey yoxdur. Materializm və realizm Satanistin ən önəmli əmrləridir. Dinsizlikdir.
Satanizm və Darvinin Təkamül Nəzəriyyyəsi
The Washington Post qəzetinin 8 fevral 1986-cı il sayında LaVey satanizmi izah edərkən (Anton Szandor, LaVey modern satanizmin qurucusudur) LaVey qrupunun Şeytanın varlığına inanmadıqlarını deyir. LaVeyə görə Şeytan insanın şəhvətli, acgöz, qisasçı, heyvani təbiətinin SİMVOLUDUR. Satanistlərin insan təbiəti haqqındakı bu heyvani təsəvvürlərdə bu qədər israrçı olmalarının əsl səbəbi Darvinin təkamül nəzəriyyəsindən həddən artıq təsirlənmiş olmalarıdır. Sözdə elmi bir nəzəriyyə kimi təqdim olunan bu doqma insanlığa fəlakət gətirən bir sıra fikir cərəyanlarına olduğu kimi satanizmə də fikri dayaq olmuşdur.
Satanist Rick Hall “Satan Really Wants You” məqaləsində satanizmin materializm və Darvinizmlə əlaqəsini belə vurğulayır: “Satanik fəlsəfənin materializmi, fiziki varlıqdan fərqli hər şeyi və bütün mənəvi dəyərləri rədd edir... LaVey bir elitistdir və bir Sosial Darvinistdir.” (Rich Hall, Satan really wants you, SCREW, No1.548, 2 noyabr 1998)
Şeytan Kilsəsinin qurucusu A.S.LaVey ilə ölümündən bir müddət əvvəl müsahibə alan MF jurnalı isə LaVeyin ən vacib xüsusiyyətinin Sosial Darvinizmi kütlələrə yaymağı olduğunu belə yazır: “Anton LaVey 1960-cı illərin sonunda hippilikdən və xristianlığın monoton əxlaqi dəyərlərindən bezən insanlar üçün Sosial Darvinizm ideologiyasını və pozitiv düşüncəni başa düşülə bilən bir formaya salaraq yeni bir yol yaradıb.” (www.churchofsatan.com/Pages/MFInterview.html)
Şeytan Kilsəsinin yayınları arasında yer alan “Feared Religion” (qorxuducu din) başlıqlı məqalədə yazılan “Satanizm insasnın bir heyvan olaraq qəbul olunması üçün vardır” maddəsi də satanizmin Darvinist dünya görüşünü cəmiyyətə yaymağı ən önəmli vəzifə olaraq gördüyünü açıq şəkildə göstərir. Əslində satanistlərin israrla müdafiə etdikləri təkamel nəzəriyyyəsi artıq çökməkdədir. Elmin bütün qolları artıq, yaradılışın inkaredilməz bir həqiqət olduğunu ortaya qoyur. İdeoloji yöndən Darvinizmə bağlılıq göstərənlər artıq tələdədirlər. Darvimnizm isə bir daha ayağa qalxa bilməyəcək şəkildə yıxılıb və tarix səhifələri arasında basdırılıb.
Kainatı və kainatda olan bütün varlıqları Allah yaradıb. Heç bir şey kor təsadüfülərin əsəri deyil. Yaradılışın dəlilləri kainatın hər yerində açıq aşkar görülərkən, kainatdakı qüsursuz mükəmməlliyin kor təsadüflərin əsəri olduğunu idda etmək böyük bir cahillikdir. Belə bir azmış və ağılsız düşüncəyə yalnız və yalnız satanistlər kimi xəstə zehniyyətə malik insanlar malik ola bilər.
Şərhlər(2)
228 oxunma
POSTATEIZM
satanizm lavey materializm batil ateizm


men bunnari basa dusmurem ki bunnarin agillari hardadi
Fevral 22, 2008 23:17tupoydulardaa
ne edek