Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 65
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 125
  • Ümumi hit: 65375

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

YENİ DÜNYA SİSTEMİ (NİZAMI) - Yeni Masonik Düzən, 1

rethink
Fevral 1, 2008 18:27

 

ymd1Soyuq Müharibənin qurtarması və ABŞ-ın tək super güc olaraq tanınmasının ardınca, Prezident Corc Buş`un, Henry Kissinger`in “sağ qollarından biri“ sayılan Milli Təhlükəsizlik Spikeri Brent Scowcroft`la işləyib hazırladığı “Yeni Dünya Sistemi (Nizamı)” anlayışı müzakirələrə səbəb oldu. Kimiləri bu Nizam`da bir növ Pax Amerikana ummağa başladılar. ABŞ`ın öndərliyində daha azad və sülhpərvər bir dünya qurulacağını gözlədilər. İraqın Küveyti işğalını cəzalandıran Körfəz Müharibəsi ilə başlayan periodun, artıq dünyada zorbalıq dövrünü keçmişdə qoyacağını eşitdirdilər.

Amma bu yeni Nizam, mübahisəsiz, yuxarıda bəhs edilən bəzəkli mənzərəni gerçəkləşdirə bilmədi. Bəli, Soyuq Müharibə bitmiş, ideoloji qarşıdurmalar böyük ölçüdə geridə qalmışdı, amma dünyanın bəlli bölgələri əvvəlkinə nisbətən daha çox çaxnaşma səhnəsinə çevrilirdi. Bunun ən bariz nümunəsi şübhəsiz Bosniya və Hersoqovinada yaşanırdı. 200 min Müsəlman, Serb təcavüzkarlığının nəticəsində həyatını itirdi. Bənzər etnik qarşıdurmalar başqa bölgələrdə, məsələn Azərbaycan, Çeçenistan kimi xüsusən Müsəlmanların yaşadığı coğrafiyalarda baş verdi.


Yaxşı bəs bu vəziyyəti necə analiz etmək lazım idi? Soyuq Müharibənin bitməsiylə ABŞ`ın öndərliyində sülh və əmin amanlıqla dolu bir Yeni Dünya Nizamı qurulacağı elan edilmişkən, əvvəlkindən daha çox qan axmışdı. Və bu qanların mühüm hissəsi Müsəlman qanı idi.


Bəzi analizlərə görə bu normal idi, çünki Soyuq Müharibənin bitməsi, sosializm və kapitalizm arasındakı uzun qarşıdurmanı aradan qaldırmışdı və artıq birləşmiş olan modern dünyaya qarşı tək alternativ və müxalifət İslam idi. Yeni Dünya Nizamı bu yeni qütbləşmənin bir ifadəsi idi. Necə ki, qısa bir vaxtdan sonra Amerikalı strateq Samuel Hunqtinton ortaya çıxdı və dünyanın gələcək əsrdə böyük “mədəniyyətlər qarşıdurması”na şahid olacağını söylədi. Hunqtintona görə, artıq ideologiyalar ölmüş və dinlərdən qaynaqlanan mədəniyyətlər çağı geri dönmüşdü. Ən böyük qarşıdurmanın isə Qərb və İslam mədəniyyətləri arasında baş verəcəyini xəbər verirdi. Hunqtintona görə Müsəlmanların Bosniya və Hersoqovinada Qərblilərdən dəstək gözləmələrinin bir anlamı yoxdu. “Mədəniyyətlər Qarşıdurması” çoxdan başlamışdı və artıq tərəflər müəyyənləşdirilirdi. İslam dünyasının digər bölgələrindəki çaxnaşmalara da diqqət çəkmiş və “İslamın qanlı sərhədləri” olduğundan söz açmışdı. (Bu “qanlı sərhədlər”ə görə də Müsəlmanları günahkar tuturdu, təmsilçisi olduğu Qərb mədəniyyətini təmizə çıxarmaq üçün). Bəzi təhlilçilər isə, Yeni Dünya Nizamını müdafiə etməyə davam etdilər. Onların fikrincə, ortada böyük bir çatışma yox idi və olmayacaqdı da. Bosniyada və digər İslam coğrafiyalarında axan qanlar bir sıra təcavüzkarlığın nəticəsi idi və Yeni Dünya Nizamının bir parçası deyildi. Yeni Dünya Nizamı bu mənfilikləri aradan qaldırmağı qarşısına məqsəd qoymuşdu.


Bu iki fərqli təhlil arasında durub bir düşünmək lazımdır. Doğurdanmı yaxın gələcəkdə Qərb və İslam arasında bir qarşıdurma baş verəcək? Daha da önəmlisi, Qərb, bu qarşıdurmanı göz qabağına gətirərək indidən rəqib tərəfə qarşı bir hərəkatamı keçmişdir? İslamın “qanlı sərhədlər”ə sahib olmasının səbəbi budurmu? Yeni Dünya Nizamı dünyaya sülh və ədaləti yaymaq üçünmü təşkil olunmuşdur? Yoxsa bu bəzəkli kəlmələr arasında yeni bir cəbhəmi əmələ gətirilməkdədir? Yeni Dünya Nizamını qurmağa can atan mədəniyyətin, özündən olmayanlara, yəni ən başda Müsəlmanlara qarşı bir dostluq dəvəti mi, yoxsa yeni bir təxribatı, sui-qəsdidir mi? Bunlar bir çox adamın zehnini məşğul edən şeylərdir.

Gəlin biz bu sualları fərqli yoldan izləyək. Əgər Yeni Dünya Nizamınının əsl tərkibi bizi maraqlandırırsa, ilk görülməli iş Yeni Dünya Nizamını elan edən mədəniyyəti tanımaqdır. Əgər bu mədəniyyətin kimliyini və idarəçilərini doğru təsbit edə bilsək niyyətlərini, xüsusən də qarşı tərəfə yönəlmiş niyyətlərini daha düzgün müəyyən edə bilərik.
Bu gün çox insan Qərbi çox yaxşı tanıdığını iddia edə bilər. Amma dünya çox vaxt göründüyündən, göstərildiyindən çox fərqli ola bilər. Bu səbəblə Qərbi tanımaq üçün, Qərbin rəsmi tarixini və rəsmi görüntüsünü aşmaq lazımdır.

 

 

http://www.harunyahya.org/kitap/YMD/YMD.html - Online oxu


http://api.fmanager.net/api_v1/xmlapi.php?dev-t=7EZU2FZ0164&with=mod=file,id=29633 - PDF variantını yüklə 
Bookmark and Share

Şərhlər(0)
175 oxunma
500 İLLİK REAL TARİX, KİTABLAR
müsəlman qərb islam masonik sistem 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog