RƏSMİ TARİX RƏSMİ GÖRÜNTÜ - Yeni Masonik Düzən, 2
rethinkFevral 1, 2008 18:33
“Rəsmilik” yalnız tarix üçün deyil, bu gün üçün də keçərlidir. Rəsmi tarixi tarixçilər yazarkən, rəsmi görüntünü də dövlət və medya müəyyən edir. Buna, bir çox ölkədə çox sayda medya quruluşu olduğu və onların fərqli məsələlərə fərqli yanaşmasını əsas gətirərək etiraz etmək olar. Amma diqqət etsək, medyanın böyük çoxluğu aralarında başqa məsələlərdə nə qədər fikir ayrılığı olsa da, “sistem” mövzusunda konsensusa gəlmişlar. Sistemə alternativ olanlar isə çıxdaş edilir və ya daha da önəmlisi güvənilən qaynaq olaraq qəbul edilməzlər.
Məhşur Amerikalı lingivist və siyasi təhlilçi Noam Çomski, Necessary Illusions: Thought Control in Democratic Societies (Gərəkli İlluziyalar: Demokratik Cəmiyyətlərdə Düşüncə Kontrolu) adlı kitabında, medya yolu ilə düşüncə kontrolunun necə aparıldığını detallarla aydınlaşdırır. Çomskinin bildirdiyinə görə, ən azad və demokratik cəmiyyət olaraq bilinən ABŞ-da çox təsirli bir düşüncə kontrolu vardır. Amerikan dövləti, əsasən də əsrin əvvəllərindən bu yana, totalitar metodlar istifadə etməkdədir. ABŞ`ın idarəçilərini buna təhrik edən şey, cəmiyyətin bir çox mövzularda onlardan fərqli düşünmələridir. Xüsusən də xarici müdaxilə mövzularında Amerikanlar adətən istəksizdir; lakin silah tacirlərindən transmilli şirkətlərə qədər bir çox güc mərkəzi ilə birlikdə (və onların dəstəyi ilə) Ağ Ev`də oturan siyasətçilər, xarici müdaxiləni çox vaxt bir zərurət olaraq görürlər. Belə vəziyyətdə nə etməlidirlər?
Əlbəttə siyasət xalqa görə aparılır amma açıq şəkildə totalitar rejimlərdə olduğu kimi, xalqın başını əzərək yox, propaganda yolu ilə, “razı”lığını alaraq. Çomski “razılıq əmələ gətirmə” və ya “razılıq istehsal etmə” adını verdiyi bu metodun çox sayda nümunəsini verir. Burada düşünülməli olan sual, bu rəsmi tarix və rəsmi görüntü qavramlarının və bunlarla edilən düşüncə kontrolunun hansı sərhədlərə qədər keçərli olduğudur. Ölkə miqyasında, sözügedən qavramların, ölkəni idarə edən elitlərdən və onların qurduğu sistemdən qaynaqlandığını açıqladıq, gerçək tarix və təhlilləri onların təhrif elədiyini söylədik; ki bu onsuzda bilinməyən bir şey deyildir.
Yaxşı bəs rəsmi tarix və rəsmi görüntü dünya miqyasında da keçərlidirmi? Bu gün dünyaya hakim olan Qərb sivilizasiyasıdır. Təbii olaraq da bu sivilizasiyanın qurduğu dünya sistemi üçün də bir rəsmi tarix və rəsmi təhlil yaratma cəhdi olmalıdır. Bu sivilizasiyanı idarə edənlərin, hakimiyyətlərini qorumaq və sağlamlaşdırmaq, sistemlərini ayaq üstə tutmaq üçün bu cür yol tutması təbiidir.
Ancaq bu nöqtədə biraz tükürpədici bir həqiqətlə qarşı-qarşıya qalırıq. Əgər Qərb mədəniyyəti tərəfindən qurulmuş olan dünya sisteminin uydurulmuş rəsmi tarixi və rəsmi görüntüsü varsa bu, insanların böyük bir qisminin zehninə təsir edir deməkdir. Mövcud dünya sistemini mənimsəmiş insanlar bu böyük təlqinin təsiri altına girmiş olmalıdırlar və öz-özlərinə bu qapalı zehn sistemini yırtıb bayıra çıxmaları olduqca çətindir. Balıqlar necə suda yaşadıqlarını hiss etmirlərsə, dünya sisteminin rəsmi tarix və rəsmi görüntüsü ilə aldadılmış olan insan da qapalı bir sistemin içində yaşadığını hiss etməz.
Dolayısı ilə insanın ətrafındakı bütün yalanlardan əl çəkərək gerçək dünyanı tanıya bilməsi öz başına bacaracağı bir iş deyildir. Bu işi etmək üçün “intellektual” bir cəhdə girişdiyində belə istifadə edəcəyi düşüncə və araşdırma metodları əslində dünya sistemi tərəfindən müəyyən olunmuşdur. Məsələn gərçək dünyanı anlamaq üçün yola çıxmış bir insan, bunu, böyük ehtimalla qurulmuş sistemin fəlsəfi təməllərinə müraciət etmədən edə bilməyəcəkdir. İntibah dövrünün “ağıl” modeli ilə düşünəcək, pozitivist elmi metodologiyadan istifadə edəcək, özünə empozə edilən məntiq quruluşunu və dəyər mühakimələrini tərk etməyəcəkdir. Bu halda heç də lazımı məsafə qət edə bilməz. Qısası, əgər bir insan qurulmuş dünya sisteminin özünə tanıdılandan fərqli olduğunu düşünürsə və gerçəkləri axtarırsa, o sistemin tezislərini özünə rəhbər etməməlidir.
Elə isə nəyi rəhbər etməlidir? . . .
http://www.harunyahya.org/kitap/YMD/YMD.html - Online oxu
http://api.fmanager.net/api_v1/xmlapi.php?dev-t=7EZU2FZ0164&with=mod=file,id=29633 - PDF variantını yüklə
Şərhlər(0)
145 oxunma
500 İLLİK REAL TARİX

