DOĞRUNU YALNIŞDAN AYIRAN BİR RƏHBƏR - Yeni Masonik Düzən, 3
rethinkFevral 1, 2008 18:39
Zatən bütün anlaşılmazlıqlar bu nöqtədə düyümlənir. Dünyanı anlamağa çalışarkən yol göstəricimiz nədir? . . . Əslində bu sual barəsində çox insan heç düşünməmişdir. Onun rəhbəri cəmiyyətdir. Cəmiyyətdən öyrəndiyi doğru və yalnışlara görə dəyər kriteriyaları formalaşır. Cəmiyyət dünyanın düz olduğuna inanırsa o da elə düşünəcəkdir. Adamyeyənlər qəbiləsində böyüyürsə, insan əti yeməyi təbii qarşılayacaqdır. Faşist Almaniyasında Hitlerə tapınmağa haqq qazandıracaqdır. Qısası, çoxluğa uymaq olmaq dəyər daşımaqdadır.
Dünyanı anlamaq üçün bir də cəmiyyətdən üz çevirib “dahi”lərin tapdıqlarına yönəlmək olar. İdeologiyalardan mədəd umaraq, ideoloqların düşüncələrinə bel bağlamaq olar. Məsələn, Marksın bütün dünyanın, hətta kainatın necə əmələ gəldiyini, hansı qanunlara görə işlədiyini, gələcəyinin nə olduğunu kəşf etdiyinə inana bilər. Bu gedişatda, Marksın ən böyük tələbəsi olan Leninin “o möhtəşəm beyni” mühafizə edilib “insanlığın istifadəsi” üçün saxlana bilər.
Amma gün gələr ideologiyalar çökər və səhv olduqları başa düşülər. Və Leninin beyni zibilliyə atılar . . . BU QAÇILMAZ SONLUQ BÜTÜN İDEOLOGİYALARIN BAŞINA GƏLƏCƏKDİR.
Çünki kainat və dünya haqqında ortaya doğru bir izah qoya bilmək üçün, bütün kainatın bütün məlumatlarına sahib olmaq, bütün keçmişi və gələcəyi bilmək lazımdır. İnsanın belə bir işin milyardda birini belə görməkdə aciz olduğu ortadadır. Dolayısı ilə insan ağlının məhsulu olan bütün ideologiyalar təməldən çürük, hətta komik bir sistemdir. Elə buna görə də, gerçək bir rəhbər ancaq insan-üstü bir qaynaqdan gələ bilər. Bütün kainatı, keçmişi və gələcəyi bilən, heç bir şey bilgisinin və gücünün xaricində olmayan insan-üstü bir qaynaqdan . . . Bu da heç şübhəsiz Allahdır . . . Allah hər şeyi yaradan, elmi ilə hər şeyi əhatə edən, keçmişi və gələcəyi biləndir. İnsanı yaradan onu şəkilləndirən O`dur. İnsana gərəkli olan hər şeyi bilən və onun üçün ən doğrunun nə olduğunu da bilən odur. Dolayısı ilə güvənəbiləcəyimiz bir mənbə və doğrunu yalnışdan ayıran bir rəhbər ancaq O`ndan gələ bilər. Gəlmişdir də . . . Quran, O`nun insanlara rəhbər olaraq göndərdiyi kitabıdır.
Biz Müsəlman olmağın tələbi olaraq, hər şeyi olduğu kimi, dünyada qurulmuş sistemi də təhlil edərkən mənbə və rəhbər olaraq Qurandan istifadə etməliyik. Dünyanı rəsmi tarixə, rəsmi görüntüyə, cəmiyyətə görə doğru olanlarla ya da bir qrup ideologiyalara görə deyil, Quran ayələrinə və Quranın gətirdiyi düşüncə metodlarına görə dəyərləndirməliyik. Çünki belə etməmişik deyə bu günə düşmüşük yoxsa başqa səbəbmi var?
Quranı tanımayan bir adam bunu nə cür etməkdə çətinlik çəkə bilər. Bir “din kitabının ”nın, dünyanın siyasi strukturunu, həm də son dərəcə yeni bir qavram olan Yeni Dünya Nizamını anlamaq üçün təməl qaynaq olmasını yadırğaya bilər. Çünki o, Quranı əsrlər öncəki insanlara səslənən və dolayısı ilə günümüzlə elədə əlaqəsi olmayan bir kitab kimi zənn edir. Amma gerçək belə deyil . . . Quran hər dövrə, hər cəmiyyətə səslənən, onları qavrayan və açıqlayan bir kitabdır. Onun ilahi olmasının xüsusiyyətidir bu.
İmana aid mövzularla bərabər, Müsəlmanların qarşılaşacağı cəmiyyət və dünya modeli də Quranda açıqlanır. Çünki Quran, “müttəqilər (Allahdan çəkinənlər) üçün yolgöstərici olan bir kitabdır” (Bəqərə surəsi, 2) və “hər şeyin açıqlayıcısı” (Nəhl, 89) olaraq endirilmişdir. Dolayısı ilə bir möminin ehtiyac duyacağı hər yol göstərici məlumat, hikmətli bir şəkildə Quranda anladılmışdır. Mömin davasının şərti olaraq içində yaşadığı cəmiyyəti və dünyanı da sosialoji və siyasi yöndən tanımaq məcburiyyətindədir. Bununçün Quran, dünyanın siyasi və sosialoji quruluşu haqqında da çox önəmli məlumat və işarətlər verir.
Biz bu kitabda dünya sistemini və bu sistemin bir pilləsi olan Yeni Dünya Nizamı anlayışını Quranin verdiyi meyarlara görə təhlil edəcəyik. Çünki Yeni Dünya Nizamı ya da onun tərkibində olan “mədəniyyətlər qarşıdurması” Müsəlmanlarla yaxından əlaqəlidir. Müsəlmanlara açılan cəbhədən söhbət gedir. Müsəlmanları bu dərəcə maraqlandıran bir məsələdə isə, Quran`dan daha önəmli bir yol göstərici ola bilməz.
http://www.harunyahya.org/kitap/YMD/YMD.html - Online oxu
http://api.fmanager.net/api_v1/xmlapi.php?dev-t=7EZU2FZ0164&with=mod=file,id=29633 - PDF variantını yüklə
Şərhlər(0)
172 oxunma
500 İLLİK REAL TARİX

