HUMANİZMİN PƏRDƏ ARXASI
rethinkFevral 7, 2008 19:03
“Humanizm” anlayışı çox insanın ağlında müsbət mesajlar oyadır: “İnsan sevgisi”, “sülh”, “qardaşlıq”. Ancaq fəlsəfi mənada humanizmin daha da önəmli bir mənası var: Humanizm, “insanlıq” anlayışını, insanların yeganə məqsəd və mərkəzi nöqtəsi halına gətirən bir düşüncədir. Başqa sözlə, insanı, Yaradıcımız olan Allahdan üz çevirməyə, sadəcə öz varlığı və mənliyi ilə məşgul olmağa çağırır. Humanizmin bu mənası, xüsusən də kəlmənin qərb dillərindəki istifadəsində aşkardır. Humanizmin İngilis dilində hərfi mənası belədir:
Ən yaxşı dəyərlər, xarakterlər və davranışların fövqəltəbii bir qüvvədə yox, insanlarda olduğuna inanan düşüncə sistemi.1
Humanizmin ən açıq tərifini isə, bu fəlsəfəyə inananlar vermişdir. Günümüzün qabaqcıl humanistlərindən biri olan Corliss Lamont, “The Philosophy of Humanism” (Humanizm Fəlsəfəsi) adlı kitabında belə yazır:
Humanizm, bütün gerçəkliyin tamamilə təbiətin özündən ibarət olduğuna inanır, kainatın təməl materyalı, zehin yox maddə-enerjidir... (Humanizmə görə) Fövqəltəbii varlıqlar həqiqət deyil; yəni insan səviyyəsində, insanlar fövqəltəbii və ölümsüz ruhlara sahib deyillər və bütün kainat miqyasında, kainatımızın fövqəltəbii və sonsuz bir Yaradıcısı yoxdur.2
Göründüyü kimi, humanizmin təməli birbaşa ateizmə söykənir. Bu ateist iddialar isə elm tərəfindən də yalanlanan yalnışlar və yalanlardan ibarətdir.
Günümüzdə humanizm, ateizmin digər bir ismi kimidir. Amerikan, “The Humanist” (Humanist) jurnalının Darwin heyranlığı, bunun örnəklərindən biridir.
Keçən əsrdə humanistlər tərəfindən yayımlanan iki önəmli “manifesto”, yəni bəyannamə vardır. Birinci manifesto 1933-cü ildə yayımlanmış, dövrün bəzi isimləri tərəfindən imzalanmışdır. 40 il sonra, 1973-cü ildə yayımlanan II. Humanist Manifesto isə, birincisini təkrar etmiş, ancaq aradan kəçən zamanın dəyişikliklərinə görə bəzi əlavələr edilmişdir. II. Humanist Manifestonu imzalayan bir çox ideoloq, elm adamı, yazıçı, medya nümayəndəsi vardır və bu sənəd “American Humanist Association” (Amerikan Humanist Birliyi) tərəfindən müdafiə olunur. Manifestoları təhlil etdikdə, hər ikisində də ən təməl məsələnin; kainatın və insanın yaradılmadığı, öz başına var olduğu, insanın özündən başqa heç bir varlığa qarşı məsuliyyət daşımadığı, Allah inancının insanların və cəmiyyətlərin geri qalmasına səbəb olduğu kimi yalnışlar, məlum ateist dogma və propagandalar olduğu görünür. Məsələn, I. Humanist Manifestonun ilk altı maddəsi belədir:
Biz aşağıdakı baxışları elan edirik:
BİR: Dini humanistlər, kainatın öz-özünə var olduğunu və yaradılmadığını qəbul edirlər.
İKİ: Humanizm, insanın təbiətin bir parçası olduğuna və davamlı bir prosesin nəticəsində yarandığına inanır.
ÜÇ: Həyat haqqında organik baxışı qəbul edən humanistlər, zehin və bədən arasındakı ənənəvi dualizmi rədd edirlər.
DÖRT: Humanizm, insanın dini inancı və mədəniyətinin, antropologiya və tarix tərəfindən açıqca təsvir edildiyi kimi, insanın təbii mühit və sosial irslə olan əlaqəsindən qaynaqlanan tədrici inkişafın məhsulu olduğunu qəbul edir. Müəyyən bir inanc (və ya adət-ənənə) içində doğulan bir fərd, əsasən o inanc tərəfindən formalaşdırılır.
BEŞ: Humanizm iddia edir ki, kainatın müasir elm tərəfindən təsvir olunan təbiəti, insan dəyərlərinə aid hər hansı bir fövqəltəbii və kosmik zəmanəti qəbul edilə bilməz hala gətirir...
ALTI: Biz bu qənaətə gəlmişik ki, teizm, deizm, modernizm və müxtəlif “yeni düşüncə”lərin zamanı keçmişdir.3
Yuxarıdakı maddələr, materyalizm, Darwinizm, ateizm və agnostisizm kimi isimlər altında ortaya çıxan ortaq və batil bir fəlsəfənin ifadələridir. İlk maddədə “kainat sonsuzdan bəri vardır” şəklindəki materyalist dogma irəli sürülür. İkinci maddə, insanın, təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi, yəni yaradılmadan var olduğu iddiasıdır. Üçüncü maddədə, insan ruhunun varlığı rədd edilməktə, insanın maddədən ibarət olduğu iddia edilir. Dördüncü maddədə “inanc təkamülü” iddiası qaldırılır və insanın “fitrətinin” (yaradılışdan gələn xüsusiyyətlərinin) varlığı rədd edilir. Beşinci maddə, Allahın kainat və insan üzərindəki hakimiyətini rədd edir. Altıncı maddə isə, “Teizm”in, yəni Allah inancının tərk edilməli olduğunu, bunun “zamanın zərurəti” olduğunu müdafiə edir.
Diqqət yetirilərsə bu iddialar, haqq din əxlaqına düşmən olanların demək olar ki, hər zaman istifadə etdikləri yalanların məcmusudur. Bunun səbəbi, humanizmin, din düşmənliyinin əsasını təşkil etməsidir. Çünki, humanizm Allahı inkarın tarix boyunca ən böyük çıxış nöqtələrindən biri olan “insanın özünü başıboş və məsuliyyətsiz sayması” yanılmasının bir ifadəsidir. Allah bu barədə Quranda belə buyurur:
Sonra da ondan biri kişi, biri qadın olmaqla iki çift (həmtay) yaratdı.
Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?! (Qiyamət Surəsi, 36-40)
Allah insana “başlı-başına” olmadığını bildirir və bunun ardınca ona öz yaradılışını xatırladır. Çünki, insan, onu Allahın (c.c) yaratdığını qavradıqda, “başıboş” olmadığını, Allaha qarşı cavabdeh olduğunu da anlayacaq. Məhz bu səbəbdən humanizm, insanın “yaradılmamış” olduğu yalnışını, fəlsəfəsinin təməl doktrinası halına gətirmişdir. I. Humanist Manifestonun ilk iki maddəsi, birbaşa bu doktrinanı ifadə edir. Humanistlər bu manifestolarında elmin onları dəstəklədiyini iddia edirlər.
Halbuki, yanılırlar. I. Humanist Manifestonun yayımlanmasından bu yana, bu fəlsəfənin humanistlər tərəfindən “elmi” kimi göstərilən iki əsası birbaşa elmin özü tərəfindən çürüdülmüşdür:
1) Sonsuzdan bəri var olan (yəni yaradılmamış) kainat yalnışı, I. Humanist Manifestonun yazıldığı illərdə başlayan bir sıra astronomik və fiziki kəşflərlə çürümüşdür. Kainatın genişlənməsi, kosmik fon radiasiyası, hidrogen-helium miqdarının hesablanması kimi məsələlər, kainatın bir başlanğıcı olduğunu və təqribən 15-17 milyard il öncə “Böyük Partlayış” (Big Bang) adlandırılan güclü bir partlayışla yoxdan yaradıldığını göstərmişdir. Big Bang nəzəriyyəsi, humanist və materyalist fəlsəfələrin tərəfdarları tərəfindən uzun müddət qəbul edilməsə də, nəticədə onları da inandıracaq şəkildə qalib gəlmişdir. Günümüzdə, ortaya çıxan elmi faktlara görə, elm dünyası “kainatın yaradılışı” demək olan Big Bang-i qəbul edirlər və bu, humanistləri çıxılmaz vəziyyətə salır. Mütəfəkkir Anthony Flewun ifadəsi ilə, “Big Bang modeli, bir ateist üçün olduqca sıxıntı vericidir. Çünki, elm, dini mənbələr tərəfindən müdafiə olunan bir iddianı isbat etmişdir: Kainatın bir başlanğıcı olduğu iddiasını.”4 (Ətraflı məlumat üçün bax. Harun Yahya, Kainatın Yaradılışı, 1999)
2) I. Humanist Manifestonun “elmi əsası” olan təkamül nəzəriyyəsi də yenə Manifestonun qələmə alınmasından sonrakı on illər ərzində elmi olaraq böyük bir çöküş yaşamışdır. Həyatın kökü haqqında 1930-cu illərdə Oparin və Haldane kimi ateist (və şübhəsiz humanist) təkamülçülər tərəfindən ortaya atılan senarilərin heç bir elmi əsası olmadığı, canlılığın bu senarilərdə irəli sürüldüyü kimi cansız maddədən öz-özünə yarana bilməyəcəyi bu gün anlaşılmış vəziyyətdədir. Aşkar olunmuş canlı qalıqları, canlıların bir təkamül prosesi nəticəsində yaranmadıqlarını, fərqli quruluşları ilə yer üzündə anidən meydana gəldiklərini göstərir və bu həqiqət 70-ci illərdən bu yana təkamülçü paleontoloqlar tərəfindən açıqca etiraf edilir. Modern biyologiya, canlıların təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi təbiət qanunlarının və təsadüflərin məhsulu olmadıqlarını, hər orqanizmdə yaradılışı sübut edən nümunələr aşkar olunduğunu göstərir. (Bax. Harun Yahya, Həyatın Həqiqi Kökü, 2000)
I. Humanist Manifestonun insanlığı geridə qoyan və ya müharibəyə sürükləyənin dini inanclar olduğu yalnış iddiası da, tarixi təcrübələrlə çürümüşdür. Humanistlər, dini inanclar aradan qaldırıldığında insanlığın xoşbəxtlik və hüzur tapacağını iddia etmişlər, halbuki bunun tam əksi olmuşdur. I. Humanist Manifestonun yayımlanmasından 6 il sonra başlayan II. Dünya Müharibəsi, tamamilə dindən kənar bir ideologiya olan faşizmin insanlığa gətirdiyi fəlakətlərin sənədidir. Humanist bir ideologiya olan komunizm, öncə Sovetlər İttifaqında, sonra da Çin, Kamboca, Viyetnam, Şimali Koreya, Kuba və müxtəlif Afrika və Latın Amerika ölkələrində insanlığa tayı-bərabəri görülməmiş bir vəhşilik yaşatmış, ümumilikdə 120 milyon insanın həyatına son qoymuşdur. Qərb tipi humanizmin (kapitalist sistemlərin) də öz cəmiyyətlərinə və dünyanın digər bölgələrinə sülh və hüzur gətirmədiyi bəllidir.
Qısası, humanizmin həm elmi əsasları çürükdür, həm də vədləri boşdur. Amma, bunların ortaya çıxmasına baxmayaraq, Humanistlər fəlsəfələrindən əl çəkməmişlər, hətta bunu kütləvi təbliğat yolu ilə bütün dünyaya yaymağa çalışmışlar. Xüsusilə, II. Dünya Müharibəsindən sonrakı dövrdə, elm, fəlsəfə, musiqi, ədəbiyyat, rəsm, kino kimi sahələrdə yoğun bir humanist təbliğat diqqəti cəlb edir. Humanist ideologların istehsal etdikləri içi boş, amma bəzədilmiş mesajlar, kütlələrə israrla təlkin edilmişdir. Bütün zamanların ən populyar musiqi qrupu olaraq qəbul edilən Beatlesın solisti John Lennonın məşhur “Imagine” (Xəyal Et) adlı mahnısının sözləri, burada diqqəti cəlb edən bir nümunədir:
John Lennon, “Xəyal et ki, heç bir din yox” şəklindəki sözləri ilə, humanist fəlsəfənin XX əsrdəki önəmli təbliğatçılardan biri idi.
Xəyal et ki, heç bir cənnət yox
Əgər sınasan asandır bu,
Altımızda bir cəhənnəm yox,
Üzərimizdə sadəcə göy üzü var
Xəyal et ki, bütün insanlar
Bu gün üçün yaşayırlar...
Xəyal et ki heç bir ölkə yox
Bunu etmək çətin deyil
Öldürəcək ya da uğrunda öləcək bir şey yox
Və heç bir din də yox...
Mənim bir xəyalpərəst olduğumu söyləyə bilərsən
Amma, tək başıma deyiləm
Umuram bir gün sən də bizə qoşularsan
Və bütün dünya tək olar.
Bu mahnı, elmi və əqli əsasları olmayan humanizmin, kütlələrə duyğusallıq yolu ilə necə qəbul etdirildiyinin qəribə bir göstəricisidir. Dinə və dinin insanlara öyrətdiyi həqiqətlərə qarşı heç bir məntiqi etiraz gətirə bilməyən və gətirməsi də mümkün olmayan humanizm, ancaq bu kimi duyğusal təlkinlərlə təsirli olmağa çalışır. 1933-cü ildə yayımlanan I. Humanist Manifestonun vədlərinin boşa çıxmasından 40 il keçdikdən sonra, humanistlər ikinci bir mətn qələmə aldılar. II. Humanist Manifesto olaraq bilinən bu mətnin başlanğıcında, humanist vədlərin boşa çıxmış olmasına bir açıqlama gətirilməyə çalışılırdı. Bu açıqlama son dərəcə zəif olmasına baxmayaraq, yenə də humanistlərin fəlsəfələrinə bağlılıqda israr etdikləri, hətta özlərinə həddindən artıq güvənən bir üslub istifadə etdikləri diqqəti cəlb edirdi. Humanist fəlsəfənin vədlərinin əksinə, ateizm və dinsizlik XX əsrdə dünyaya sadəcə müharibə, acı və zulüm gətirmişdir. Manifestonun ən aşkar xüsusiyyəti isə, 1933-cü ildəki ilk manifestonun din əleyhdarı xəttini eynilə qoruması idi: (Bu ifadələrdən Allahı tənzih edirik.)
1933-cü ildə olduğu kimi, humanistlər hələ, ənənəvi teizmin, xüsusilə də duaları eşidən, insanlara qarşı rəhmli olan və dualarına cavab verən Tanrı inancının, əsassız və vaxtı keçmiş bir inanc olduğu düşüncəsindədirlər... Vəhy, Tanrı, ibadət və ya inanc anlayışlarını insan ehtiyaclarının və ya təcrübələrinin üzərinə çıxaran ənənəvi, dogmatik və ya otoritar dinlərin, insana zərər verdiyinə inanırıq... Teist olmayanlar olaraq, Tanrıyla deyil insanla, müqəddəsliklə yox, təbiətlə işə başlayırıq.5
Bu ifadələr, humanistlərin son dərəcə səthi izahlardır. Dini anlamaq üçün dərin bir ağıl və qavrayış gərəkdir. Bunların başlanğıc nöqtəsi isə, səmimiyyət və tənqidi yanaşmadan uzaq olmaqdır. Humanizm isə, ilk başdan dinə və Allaha qarşı çıxan insanların, bu tənqidi yanaşmalarını özləri üçün məntiqi və elmi kimi göstərmək cəhdindən başqa bir şey deyil. Və bu cəhdləri hər zaman boşa çıxmağa məhkumdur. Humanistlərin, Allah inancı və İlahi dinlər haqqında önə sürdükləri ağıl və məntiqdən uzaq iddialar isə, əslində yeni bir fikir deyil, minlərlə ildir inkarçılar tərəfindən irəli sürülən yalnışların təkrarıdır. Allah Quranda bu inkarçı düşüncəni belə bildirir:
Sizin tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun əyməyi, Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar. Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz! (Müşriklərdən: ) “Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?” – deyə soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” – deyə cavab verərlər. (Nəhl Surəsi, 22-24)
Ayələrdə, inkarçıların din haqqında həmişə “qədimlərin əfsanələri” dedikləri və bu inkarın həqiqi səbəbinin qəlblərindəki böyüklənmə hissi (təkəbbür) olduğu bildirilir. “Humanizm” deyilən fəlsəfə isə, ayədə tərif edilən bu inkarçı düşüncənin sadəcə bu dövrə aid bir təsviridir. Başqa sözlə humanizm, bu fəlsəfənin bağlılarının iddia etdiyi kimi “yeni” bir düşüncə deyil, tarixin qədim dövrlərindən bəri inkarçıların “dünya görüşü” olmuş olan köhnə bir yalnışdır.
Belə ki, humanizmin Avropa tarixindəki seyrini tədqiq etdiyimizdə, bu mövzuda çox dəqiq həqiqətlər ortaya çıxır.
Humanizmin Kabalistik Kökü
Kabalanın içində yer alan bəzi ifadələrin, Allahın İsrailoğullarına verdiyi haqq dinə sonradan daxil edilən və əsil kökü Qədim Misirə uzanan batil bir təlim olduğunu öyrənmişdik. Bu təlimin əsasında isə, insanı “yaradılmamış, sonsuzdan bəri var olan ilahi bir varlıq” olaraq görən sapıq bir anlayış yatdığını görmüşdük.
Vatikan Universiteti tarixçisi Malachi Martinin bildirdiyi kimi, Avropada humanizmin doğuluşu ilə Kabala arasında yaxın bir əlaqə vardır...
Avropaya humanizm bu qaynaqdan girdi. Xristiyanlıq inancında Allahın varlığına və bütün insanların Onun yaratdığı aciz qullar olduğuna iman əsas idi. Ancaq, templyer (məbədçi) ənənəsinin Avropada yayılması ilə birlikdə, Kabala bəzi mütəfəkkirləri cəzb etməyə başladı. Beləcə XV əsrdə Avropa fikir dünyasına damğasını vuran humanizm axını başladı.
Humanizm ilə Kabala arasındakı bu bağ, tarixi hadisələrin pərdə arxasını araşdıran bir çox qaynaqda vurğulanır. Bu qaynaqlardan biri, Vatikan Papalıq Müqəddəs Kitab İnstitutunda tarix professoru olan məşhur yazıçı Malachi Martinin “The Keys of This Blood” (Bu Qanın Açarları) adlı kitabıdır. Prof. Martin, humanistlərdə açıqça müşahidə olunan Kabala təsirini belə izah edir:
Renesans (intibah) İtalyasının ilkin dövrlərində özünü göstərən adət olumuşun xaricindəki qeyri-müəyyənlik və üsyan atmosferində, qurulan nizamın bütün nəzarətini təsirsiz hala gətirmək məqsədi daşıyan humanist dərnəklərin fəaliyyətləri başladı. Bu cür məqsədlərə sahib olduqlarından bu dərnəklər, ən azından başlanğıc üçün, gizlilik yolu ilə qorunmalıydılar. Ancaq, gizliliklə yanaşı bu humanist qrupların aşkar bir xüsusiyyətləri daha vardır; bu dərnəklər Kilsə və digər qüvvələr tərəfindən edilmiş olan İncilin ənənəvi şərhinə və Kilsənin mülki və siyasi sahədə gətirdiyi fəlsəfi və dini məcburiyyətlərə qarşı çıxırdı... Bu cəmiyyətlərin Müqəddəs Kitabın orijinal mesajı ilə bağlı fərqli şərhləri var idi. Bu anlayışlarını Şimali Afrikada, xüsusilə də Misirdə olan bəzi məzhəb və fövqəltəbii qaynaqlardan götürmüşdülər; bunların başında da Yəhudi Kabalası gəlirdi... İtalyan humanistləri zamanla Kabala haqqında daha da irəli gedərək, Kabalanı bir yol göstərici olaraq qəbul etdilər. Gnosis (Xristiyanlığın ilk dövrlərində yaranmış və yenə Kabala ilə əlaqəli olan metafizik adət) qavramını təkrar şərh etdilər. Və bu anlayışı, böyük həcmdə bu dünya mərkəzli hala gətirdilər. İstədikləri şey, Kabala yolu ilə, təbiətin gizli güclərini sosial-siyasi məqsədlər üçün istifadə etməkdir.6
Qısacası, o dövrdə qurulan humanist dərnəkləri, Avropaya hakim olan Katolik inancın yerinə kökü Kabaladan gələn yeni bir adət-ənənə yerləşdirmək, bu məqsədə doğru bir “sosial-siyasi dəyişim” həyat keçirməyi hədəfləmişdilər. Bu inamın qaynağında, Kabala ilə yanaşı, Qədim Misir təlimlərinin olması isə qəribə idi. Prof. Martin belə yazır:
Bu humanist cəmiyyətlərin üzvləri, Kainatın Ulu Memarını axtardıqlarını və özlərini ona həsr etdiklərini deyirdilər. Kainatın Ulu Memarı, dört müqəddəs ibri dili hərfi ilə yəni, YHWH ilə təsvir olunurdu... Humanistlər, bununla yanaşı, piramida və göz kimi adətən Misir qaynaqlı olan simvolları da aldılar.7
Humanistlərin, günümüz masonluğunda hələ də istifadə olunan “Kainatın Ulu Memarı” kateqoriyasını istifadə etmələri isə olduqca maraqlı idi. Bu vəziyyət, humanistlər ilə masonlar arasında bir əlaqə olduğuna işarə edirdi. Belə ki, Prof. Martin bu barədə yazır:
Burada, Avropanın digər şimal bölgələrində, humanistlərlə paralel olan daha önəmli bir birlik yarandı. Heç kimin önəmini o dəqiqə qavraya bilmədiyi bir birlik... 1300-cü illərdə Kabalist-humanist cəmiyyətlər özlərini yeni-yeni formalaşdırmağa başlamışkən, İngiltərə, Şotlandiya və Fransada Orta əsr divarçı loncaları vardı. Bu loncalar, yavaş-yavaş mason lojaları halına gəldilər. Və o dövrlərdə yaşayan heç kim masonlarla İtalyan humanistləri arasında bir fikir birliği olduğunu təxmin edə bilməzdi... Masonluq, humanistlər kimi Roma Katolik Kilsəsindən tamamilə uzaqlaşdı. Və yenə, İtalyan humanist məzhəbində olduğu kimi masonlar, özlərini böyük bir gizlilik prinsipi içində qoruyurdular.
Bu iki qrupun başqa ortaq cəhətləri də var idi. Spekulyatif masonluğa ait yazı və qeydlərdən İtalyan humanistlərdəki Kainatın Ulu Memarı inancının masonlar tərəfindən də eyni ilə qəbul edildiyi anlaşılırdı... Bu Ulu Memar, (Katolik inancından fərqli olaraq) maddi kainatın bir parçası və aydınlanmış düşüncə tərzinin bir məhsulu idi... (Humanistlərin və masonların qəbul etdiyi) bu yeni inancın, klassik Xristiyan inancı ilə uzlaşan demək olar ki, heç bir cəhəti yox idi. Günah, cəhənnəm, cənnət, peyğəmbərlər, mələklər, rahiblər və Papa kimi bir çox qavram inkar edilirdi.8
Qısacası, Avropada XIV əsrdə, kökü Kabalaya gedib çıxan humanist və masonik bir təşkilat meydana gəlmişdi. Və bu təşkilatlanma, Allahı Yəhudilikdə, Xristiyanlıqda və İslamda olduğu kimi, bütün kainatın yaradıcısı, hakimi və bütün insanların tək Rəbbi və İlahı olaraq görmürdü. Bunun əvəzinə, “Kainatın Ulu Memarı” kimi fərqli bir anlayış istifadə edirdi və nəzərdə tutduqları bu varlıq, onlara görə “maddi kainatın bir parçası” idi. Yəni, XIV əsr Avropasında ortaya çıxan bu gizli təşkilatlanma, Allahı üstü qapalı olaraq inkar edir, “Kainatın Ulu Memarı” anlayışı altında, maddi kainatı sözdə ilah olaraq qəbul edirdi. (Allahı tənzih edirik.)
Bu yalnış inancın daha açıq bir tərifini görmək istəsək, bir anda XX əsrə uzana bilər və günümüz masonlarının öz üzvlərinə məxsus olaraq çıxardıqları yayınlara baxa bilərik. Məsələn, ən böyük Türk masonlarından biri olan Selami Işındağın, gənc masonları öyrətmək üçün yazdığı və 1977-ci ildə sadəcə masonlara məxsus olaraq yayımlanan “Masonluktan Esinlenmeler” adlı kitabında, masonların “Kainatın Ulu Memarı” haqqındakı inancı belə izah olunur:
Masonluq Tanrısız deyildir. Amma, onun mənimsədiyi Tanrı qavramı, dinlərdəkinin eyni deyildir. Masonluqda Tanrı bir uca prinsipdir. Təkamülün son pilləsi, mərhələsidir. Öz varlığımızı tənqid edərək, öz-özümüzü tanıyaraq, bilərək, elm, ağıl və iradə yolundan yürüdükcə, onunla aramızdakı məsafə azala bilər. Sonra, onda insanların yaxşı, ya da pis cəhətləri yoxdur. Şəxsiləşdirilməmişdir. Təbiətin və insanların idarə edicisi sayıla bilməz. Kainatdakı böyük və uca çalışmanın, birliyin, harmoniyanın Memarıdır. Kainatdakı bütün varlıqların məcmusudur. Hər şeyi əhatə edən ümumi gücdür, enerjidir. Bütün bunlara qarşı, onun bir başlanğıc olduğu mənimsənilə bilməz... Böyük bir sirdir.9
Yenə eyni mənbədə, masonların “Kainatın Ulu Memarı” deyərkən, əslində təbiəti nəzərdə tutduqları, yəni “təbiətə tapındıqları” belə ifadə edilir:
Təbiət xaricində bizi idarə edən, düşüncə və davranışlarımızdan məsul bir güc ola bilməz... Masonik ideya və təlimlər, təməllərində elm və ağıl olan elmi həqiqətlərdir. Ekosizmin başlıca şərti budur… Tanrı şərtsiz təkamüldür. Bunun bir tərəfi də təbiətin gücüdür. Beləcə, mütləq həqiqət də kainatın özü və onu əhatə edən enerjidir…10
Türk masonlarının üzvlərinə xas yayım orqanlarından biri olan Memar Sinan jurnalında isə, eyni masonik fəlsəfə belə açıqlanır:
;Kainatın Ulu Memarı sonsuza doğru bir meyl deməkdir. Sonsuza bir gedişi anladır. Bizə görə, bir “yaxınlaşma”dır. Sonsuzluqdakı saltlığı (absolu/tamlıq), mükəmməli, axtarmaq və təkrar-təkrar axtarmaq deməkdir. Düşünən Masonla, qısacası şüurla, yaşanan an arasında bir məsafə yaranır.11
Beləliklə, masonların “biz Allaha inanırıq, aramıza ateist olanları əsla qəbul etmərik” deyərkən nəzərdə tutduqları “inanc” budur. Masonluğun sapıq inanışlarına görə, əslində Allaha deyil, masonik fəlsəfə içində sözdə ilahlaşdırılan “təbiət”, “təkamül”, “insanlıq” kimi humanist və natüralist anlayışlara tapılır. Belə ki, masonik ədəbiyyatı bir az tədqiq etdiyimizdə, bu təşkilatın əslində “təşkilatlı humanizm”dən başqa bir şey olmadığı və məqsədinin bütün dünyada dindən uzaq, humanist bir nizam qurmaq olduğu ortaya çıxır. XIV əsr Avropasının humanist dərnəklərində formalaşan fikirlər, günümüz masonları tərəfindan eynilə qorunur və müdafiə olunur.
Masonik Humanizm: İnsana Tapınma
Masonların öz üzvlərinə xas yayımları, təşkilatın humanist fəlsəfəsini və bu fəlsəfə içində İlahi dinlərə qarşı olan düşmənliyi ətraflı olaraq tərif edirlər. İstər əcnəbi, istərsə də Türk masonlarının yayımlarında bu haqqda saysız-hesabsız deyilə biləcək qədər çox açıqlama, şərh, sitat və simvolik izahlar vardır.
Məşhur Kabalacı humanistlərdən biri: Pico Della Mirandola
Humanizm, əvvəldə də bildirdiyimiz kimi, insanın onu yaradan Allahdan üz çevirməsi və tamamilə özünü “kainatın ən uca varlığı” olaraq görməsi yalnışıdır. Bu əslində “insana tapınmaq” mənasına gəlir. XIV və XV əsrlərdə ortaya çıxan Kabalacı humanistlərdən günümüz masonlarına qədər, ağılsızcasına bu inanc davam etdirilmişdir.
XIV əsrin Kabalacı humanistlərin ən məşhurlarından biri, Pico Della Mirandoladır. Mirandolanın “Conclusiones” adlı çalışması, Papa VIII. Innocent tərəfindən “inkarçı və sapıq düşüncələri olması” səbəbindən 1489-ci ildə lənətlənmişdir. Çünki, Mirandola, “dünyada heç bir şey, insana heyran olmaqdan daha üstün deyildir” deyə yazmışdı. Kilsə, əslində “insana tapınma”dan başqa bir şey olmayan bu sapıq düşüncəni inkar olaraq dəyərləndirmişdir. Həqiqətən də bu düşüncə inkardır, çünki, əsil heyran olunacaq varlıq, Allahdır. İnsan ancaq Onun bir əsəri, itaətkar bir qulu və bir təcəllisi olaraq dəyərə sahibdir. Günümüz masonları isə, Mirandolanın qapalı olaraq ifadə etdiyi “insana tapınma” olan bu sapıq inancı çox daha açıq şəkildə elan edirlər. Məsələn, “Selamet Mahfilində Üç Konferans” adlı yerli bir masonik kitabcıqda belə yazılır:
“İbtidai cəmiyyətlər, acizdilər, acizliklərindən ətraflarındakı qüvvələri və hadisələri ilahlaşdırdılar. Masonizm isə insanı ilahlaşdırdı.”12
Mason yazıçı Manly P. Hall tərəfindən qələmə alınan “The Lost Keys of Freemasonry” (Masonluğun İtmiş Açarları) adlı kitabda isə, həmin masonik humanist doktrinanın, kökünün Qədim Misirə uzanan bir təlim olduğu belə izah olunur:
İnsan, Misirin mistik əfsanələrində olduğu kimi, inşa halındakı bir tanrıdır, bir çömləkçi qəlibində şəkilləndirilir. Hər şeyi qaldırmağa və qorumağa yönəlmiş ışığı parıldadığı zaman isə, üçlü bir tanrılıq tacı qazanır və Ustad Masonların sırasına qatılmış olur. Onlar ki, mavi və altın rəngli cübbələrinin içində, mason locasının üçlü ışığı ilə gecənin qaranlığını söndürməyi hədəfləməkdədirlər.13
Masonların batil inancına görə, insan bir ilahdır, amma, yalnız ustad mason olduğunda bu səviyyəyə yetişir. (Allahı tənzih edərik.) Ustad mason olmanın yolu isə, Allaha inanmaqdan və Onun qulu olma şüurundan tamamilə uzaqlaşmaqdan keçir. Bir başqa araşdırmacı, J. D. Buck Mystic Masonry (Mistik Masonluq) adlı kitabında belə deyir:
“Masonluğun qəbul etdiyi tək tanrı, insanlığın bütünüdür... Dolayısı ilə insanlıq anlayışı, masonluqdakı tək qəbul olunan tanrıdır.”14
Göründüyü kimi masonluq bir növ dindir. Amma, bu din, İlahi bir din deyil, humanist və dolayısı ilə batil bir dindir; Allaha deyil, insanın birbaşa özünə tapınmağı əmr edən sapıqlıqdır. Masonik mənbələr bunu israrla vurğulayırlar. Türk Mason jurnalındakı bir yazıda, “Həmişə təqdir edirik ki, masonluğun yüksək idealı “Humanism” doktrinası içindədir” deyilir.15 Bu doktrinanın bir din olduğu da yenə Türk masonlarına aid bir qaynaqda belə açıqlanır:
Qatı bir şəkildə vaaz edilmiş dini dogmalardan uzaq və fəqət həqiqi bir din və beləcə həyatın mənası içində kök salmış olan humanizmamız gənclərin fərqində olmadıqları istəklərini qarşılayacaqdır.16
Masonlar, inandıqları bu batil dinə necə xidmət edirlər? Bunu görmək üçün, masonların ictimaiyyətə verdikləri mesajların mənasını bir az daha yaxından təhlil etmək lazımdır.
Humanist Əxlaq Nəzəriyyəsi
Günümüzdə masonlar, həm Türkiyədə, həm də dünyada, özlərini ictimaiyyətə tanıtma və anlatma istiqamətində bir cəhd içindədirlər. Mətbuat konfransları, internet saytları, hətta qəzet elanları yolu ilə, “əslində sadəcə cəmiyyətin yaxşılığı üçün çalışan” bir qurum olduqlarını bildirirlər. Bəzi ölkələrdə masonların dəstəklədikləri xeyriyyə təşkilatları da vardır.
Masonların “humanist əxlaq” nəzəriyyəsi son dərəcə aldadıcıdır. Tarix, dinin ortadan qalxdığı cəmiyyətlərdə əxlaqın da yox olduğunu, müharibə və xaosun hakim olduğunu göstərir. Böyük Fransa İnqilabının vəhşiliyi humanizmin həqiqi nəticələrini təsvir edir.
Eyni fikir, masonluğun daha xəfif və sərbəst versiyaları olaraq qəbul edilən Rotary və Lions klubları kimi qurumlar tərəfindən də istifadə olunur. Bütün bu təşkilatlarda “cəmiyyətin yaxşılığı üçün çalışma” anlayışı xüsusi vurğulanır.
Şübhəsiz, “cəmiyyətin yaxşılığı üçün çalışmaq” pis bir anlayış deyil və bizim də buna bir etirazımız yoxdur. Ancaq, bu anlayış altında, örtülü amma, son dərəcə önəmli bir mesaj yatır. Masonlar, “din olmadan da insanların əxlaqlı ola biləcəyi, din olmadan da əxlaqlı bir dünya qurula biləcəyi” iddiasındadırlar və verdikləri bütün “xeyriyəçilik” mesajlarının altında bu fikri cəmiyyətə yayma niyyəti vardır.
Bu iddianın niyə son dərəcə aldadıcı olduğunu bir azdan təhlil edəcəyik. Ancaq, bundan öncə, masonların bu haqqdakı görüşlərinə baxmaqda yarar vardır. Masonların internet saytlarında, haqqında danışdığımız “dinsiz əxlaq” anlayışı belə izah edilir:
İnsan nədir? Haradan gəlib haraya gedir?.. İnsan necə yaşayır? Necə yaşamalıdır?
Bu suallara, dinlər, qoyduqları əxlaq prinsipləri ilə cavab verməyə çalışırlar. Fəqət prinsiplərini, Allah, cənnət, cəhənnəm, ibadət kimi, metafizik qavramlara bağlayırlar. İnsanların isə, anlamadan inanmalarını gərəktirən metafizik probləmlərə getmədən, həyat prinsiplərini tapmağı bacarmaları lazımdır. Masonluq bu prinsipləri, hürriyyət, bərabərlik, qardaşlıq, çalışma və sülh sevgisi, demokratiya və s. olaraq, əsirlərdir ki, bəyan edir. Bunlar, insanı, dini əqidələrində tamamilə sərbəst bıraxmaqda fəqət, yenə də bir həyat fəlsəfəsi verə bilməkdədir. Təməllərini isə, metafizik anlayışlarda deyil, bu dünyada yaşayan “kamil” insanın özündə axtarır.17
Bu məntiqə sahib masonlar, bir insanın Allaha inandığı üçün, Onun rızasını qazanmaq məqsədi ilə bir xeyir işi görməsinə tamamilə qarşı çıxırlar. Onlara görə, hər şey, sadəcə “insanlıq” üçün edilməlidir. Mason Dərnəyi Yayımları tərəfindən çıxarılan, masonlara aid olan “Üçüncü Derece Ritüelinin İncelenmesi” adlı kitabda bu düşüncəni açıqca görmək mümkündür:
Masonik əxlaq, hər şeyden öncə insanlıq sevgisinə dayanır. Bir nəfərdən, dini ya da siyasi bir quruluşdan, təbiətdən kənar bilinməz güclərdən qorxaraq gələcək, yarar, mükafatlanma, cənnət... umid edərək yaxşı olmağı tamamilə rədd edir... Amma, bütün yaxşılığı ailə, vətən, insan və insanlıq sevgisi ilə edənləri, yalnız bu duyğularla yaxşı olanları mənimsəyir və ucaldır. Masonluq inkişafının ən önəmli məqsədlərindən biri budur. İnsanları sevmək və bir şey gözləmədən yaxşı olmaq, bu mərtəbəyə çatmaq çox böyük bir inkişafdır.18
Bu sitatdakı iddialar son dərəcə aldadıcıdır. Din əxlaqı olmayan bir yerdə millət, vətən, ailə sevgisi kimi anlayışlar yaşana bilməz. Yaşanır kimi görünsə də, əslində saxta bir sevgi və bağlılıq vardır. Din əxlaqını yaşamayan insanlar Allah qorxusu da olmayan insanlardır və Allah qorxusunun olmadığı bir vəziyyətdə yalnızca insanların öz mənfəət narahatlıqları qalır. İnsanlar öz mənfəətlərinə bir zərər gələcəyini düşünsələr sevgi, sədaqət, bağlılıq göstərməzlər. Ancaq, bir fayda əldə edə biləcəkləri insanlara sevgi və hörmət göstərərlər. Çünki, öz sapıq inanclarına görə, dünyaya bir dəfə gəlmişlər və burada nə qədər fayda əldə edə biləcəklərsə, o qədər qazanclı olacaqlar. Üstəlik bu batil inanışlarına görə, dünyada etdikləri heç bir saxtakarlıq və pisliyin cəzasını çəkməyəcəklər.
Masonik ədəbiyyat bu həqiqəti gizləməyə çalışan “əxlaq” vaazları ilə doludur. Amma, əslində bu “dinsiz əxlaq” tamamilə görüntü xarakterli və saxtadır. Tarix, dinin insan ruhuna qazandırdığı həqiqi tərbiyə və Allahın yol göstərici hökümləri olmadıqdan sonra, heç bir surətdə həqiqi bir əxlaq qurula bilməyəcəyini sübut edən faktlarla doludur.
Bunun çox aşkar bir nümunəsi, 1789-cu ildəki Böyük Fransa İnqilabıdır. İnqilabı hazırlayan masonlar, “azadlıq, qardaşlıq, bərabərlik” kimi zahirdə əxlaqi anlayışlar bəyan edən şüarlarla ortaya çıxmış, amma, on minlərlə insanı günahsız yerə ölümə yollamış, ölkəni qan gölünə çevirmişdilər. İnqilabın liderləri də bu vəhşilikdən canlarını qurtara bilməmiş, bir-biri ardınca ölümə göndərilmişlər.
XIX əsrdə yenə “dinsiz əxlaq” yalnışı ilə yola çıxan komunizm, daha da qorxunc nəticələr meydana gətirmişdir. Sözdə ədaləti, bərabərliyi, istismarsız bir cəmiyyəti müdafiə edən və bu məqsədlə də dinin yox edilməsi gərəkdiyini irəli sürən komunizm, XX əsrdə Sovyet İttifaqı, Şərq Bloku, Çin, Hindiçini, Afrika, Mərkəzi Amerika kimi bir çox bölgədə insanlara böyük acılar yaşadmışdır. Komunist rejimlərin qətl etdiyi insan sayı 120 milyon kimi inanılmaz bir rəqəmi ifadə edir.19 Bundan əlavə, komunist rejimlərdə heç bir zaman iddia edildiyi kimi ədalət və bərabərlik qurulmayıb, dövlətə hakim olan komunist kadrlar seçilmiş sinif halına gəlmişdilər. (Yugoslaviyalı mütəfəkkir Milovan Djilas, Yeni Sinif adlı klassikləşmiş kitabında, “nomenklatura” olarak bilinən komunist kadrların, komunizmin iddialarının əksinə bir “imtiyazlı sinif” yaratdığını çox gözəl izah edir.)
Günümüzdə də, ictimaiyyətə açıqlamalarında davamlı olaraq “cəmiyyətin xeyrinə çalışma”, “insanlıq üçün fədakarlıq” kimi ifadələri vurğulayan masonların iç üzünə baxıldıqda, olduqca kirli bir məqsəd ortaya çıxır. Bir çox ölkədə masonluq, qaranlıq maddi mənfəət münasibətlərinin mərkəzi kimidir. 1980-ci illərdə İtalyanı çalxalayan “P2 Mason Locası” qalmaqalı, masonluğun bu ölkədə mafya ilə iç-içə olduğunu, loca idarə edicilərinin silah qaçaq malçılığı, narkotik ticarəti, çirkli pullarla əlaqəli işlərlə məşğul olduqlarını, rəqiblərinə və ya özlərinə “xəyanət” edənlərə sui-qəsdlər təşkil etdiklərini ortaya çıxarmışdır. 1992-ci ildə Fransada gündəmə gələn “Böyük Şərq Locası Qalmaqalı”nda, 1995-ci ildə İngiltərədə mətbuatda əks olunan “İngilis Təmiz Əlləri” əməliyyatında, həmişə mason localarının qaranlıq qazanc əlaqələri ifşa olmuşdur. Masonların “humanist əxlaq” anlayışı, sadəcə sözdədir. Belə olması da qaçılmazdır, çünki, əvvəldə də dediyimiz kimi, bir cəmiyyətdə əxlaq həqiqətdə sadəcə İlahi bir dinin yaşanması sayəsində qurula bilər. Əxlaqın təməlində, insanın təkəbbürdən və eqoizmdən uzaqlaşması durur. Bunu isə ancaq, Allaha qarşı olan acizliyini və məsuliyyətini bilən insanlar bacarar.
Allah, Quranda möminlərin fədakarlıqlarını anlatdıqdan sonra “(Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” (Həşr Surəsi, 9) buyuraraq, bu həqiqi əxlaqın təməlini xəbər verir.
Quranın Furqan Surəsində isə, ancaq “Rəhmanın qulları”nın sahib olduqları əxlaqın xüsusiyyətləri belə bildirilir:
Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.
Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.
Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!
Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!”
Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.
Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.
Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!
Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər.
O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);
O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani-dildən qulaq asar). (Furaan Surəsi, 63-73)
“Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmamaq”, yəni Allaha qarşı hörmət dolu bir qorxu və sədaqətlə dolu olmaq, bir möminin əsas vəsfidir. Bu vəsf sayəsində bir insan mənliyindəki eqoistliklərdən, həvəslərdən, hirslərdən, özünü insanlara bəyəndirmə istəyindən qorunar. Yuxarıdakı ayələrdə bəzi xüsusiyyətləri sayılmış olan əxlaqa da bu sayədə nail olar. Buna görə də, Allaha imanın və Allah qorxusunun olmadığı bir cəmiyyətdə, əxlaq da olmaz. Heç bir şeyin mütləq bir tərifi olmadığı üçün, insanlar “doğru” və “yalnış” anlayışlarını öz mənfəətlərinə görə təsvir edər və ona əmə edərlər.
Masonluğun dindən kənar humanist əxlaq nəzəriyyəsinin həqiqi məqsədi də, “əxlaqlı bir dünya qurmaq” deyil, dinsiz bir dünya qurmaqdır. Başqa sözlə, masonlar, əxlaqa çox önəm verdikləri üçün deyil, sadəcə topluma “din gərəkli deyil” mesajını verə bilmək üçün humanist fəlsəfəyə sarılırlar. Halbuki, nə humanist fəlsəfə, nə də bir başqa batil düşüncə insanlara gözəl əxlaqı yaşada bilməz. Ancaq, Allahdan lazımınca qorxan insanlar həqiqi mənada gözəl əxlaq sahibi ola bilərlər.
Masonik Hədəf: Humanist Bir Dünya Qurmaq
Buraya qədər öyrəndiyimiz kimi, masonlar humanist fəlsəfəyə bağlıdırlar. Buna görə də, Allaha imanı rədd edir, Allah yerinə insana və “insanlıq” anlayışına tapınırlar. (Allahı tənzih edərik.) Ancaq, burada önəmli bir sual ortaya çıxır: Masonlar bu inancı sadəcə özlərinə saxlayırlar, yoxsa bu inancı digər insanlara da mənimsətmək istəyirlər?
Masonik qaynaqlara baxdıqda cavabı açıqca görə bilərik: Təşkilat, humanist fəlsəfəni bütün dünyaya yaymaq və bunun nəticəsində İlahi dinləri (İslam, Xristiyanlıq və hətta Yəhudiliyi) tamamilə aradan qaldırmaq məqsədi güdür.
Məsələn, Memar Sinan jurnalında, Moiz Berker imzalı bir məqalədə, “masonluq, pislik, ədalət, dürüstlük düşüncələrinin kökünü fiziki aləmin xaricində axtarmaz, insanların bağlı olduqları sosial qanunlardan və qarşılıqlı sosial əlaqələrdən, həyat mübarizəsindən doğduğuna inanır” deyirlir və əlavə olunur: “Masonluq bu tezisi dünyanın hər tərəfinə yaymağa çalışır”20
Türk masonlarının ən böyüklərindən Selami Işındağ isə, “Masonluktan Esinlenmeler” adlı kitabında belə yazır:
Masonluğa görə, fövqəltəbii ilahi təməllərə əsaslanmış bir əxlaqdan insanları xilas edərək, insani əxlaqı, yəni insanlıq eşqinə əsaslanan, izafi olmaqdan çıxmış əxlaqı qurmaq gərəkdir. Ənənəvi (əxlaqi) ideallarında; insan orqanizminin tələblərini, ehtiyaclarını, cəmiyyət həyatının qanunlarını, nizamını, vicdan, düşünmə və söz azadlıqlarını, nəhayət təbiətin bütün formalarını nəzərdə tutduğundan masonluq, bütün cəmiyyətlərdə insani əxlaqı qurub inkişaf etdirmək məqsədi güdür.21
Ustad mason Işındağın “İlahi təməllərə əsaslanmış bir əxlaqdan insanları qurtarmaq” ifadəsiylə nəzərdə tutduğu hədəfin daha açıq mənası, “bütün insanları dinsizləşdirmək”dir. Işındağ, eyni kitabında bu hədəfi, sözdə “mütərəqqi bir sivilizasiyanın qurulması üçün ideallar” olaraq belə açıqlayır:
Masonluğun müsbət idealları, mütərəqqi bir sivilizasiyanın qurulması üçün zəruri və kifayət edən təsirlərdir. Belə ki:
- Tanrının (Kainatın Ulu Memarının) təkamül olmasının mənimsənilməsi.
- Vəhy inancı, gizli mənalar elmi və boş inanclarla dogmaların qəbul edilməməsi.
- Rasional humanizmin və əməyin ucalığı.
Bu üç maddənin ilki, Allahın varlığının inkar edilməsini nəzərdə tutur. (Masonlar Allaha deyil “Kainatın Ulu Memarı”na inanırlar və yuxarıdakı sitatda da ifadə edildiyi kimi, bu “təkamül”dür.) İkinci maddə, Allahdan gələn vəhyin və buna əsaslanan bütün dini biliklərin inkar edilməsidir. (Işındağ bunu “boş inanc” adlandırır.) Üçüncü maddə isə, humanizmin və humanist mənada “əmək” anlayışının (komunizmdə olduğu kimi) cahilcə ucaldılmasıdır. Bu sapıq düşüncələrin günümüz dünyasında nə qədər geniş yayılmış olduğunu düşünsək, masonluğun dünya üzərindəki təsirini də anlaya bilərik.
Burada diqqət yetirilməli olan bir digər bir vacib məsələ, masonluğun üzərinə götürdüyü bu din əleyhdarı missiyanı hansı vasitələrlə yerinə yetirdiyidir. Masonik mənbələrə baxdıqda, dini xüsusilə də fikri səviyyədə, kütləyə təlkin etmə yolu ilə yıxmaq istədiklərini görürük. Ustad mason Selami Işındağın kitabındakı bu hissə, bu mənada olduqca vacibdir:
... İfrat azadlıqsız rejimlər belə, din quruluşunu qaldırma cəhdlərində müvəffəqiyyətə nail ola bilməmişlər. Hətta bu siyasi metodların, dini boş inanclardan və dogmalardan insanları qurtararaq, cəmiyyəti aydınlığa qovuşdurmaq cəhdində ifrata, zor istifadə etməyə çalışmalarının bir əks təsiri olaraq bağlamaq istədikləri ibadət yerlərinin bu gün daha çox dolduğu və qadağan olduğu üçün dini inanclar və dogmaların daha çox tərəfdar topladığı müəyyənləşdirilmişdir. Belə bir könül və duyğu işində qadağalar və zor tətbiqinin bir nəticə vərmədiyini, bir başqa müzakirəmizdə bildirmişdik. İnsanları qaranlıqdan aydınlığa çıxaracaq tək yol, pozitiv elm, ağıl və müdriklik prinsipləridir. İnsanlar bu yolla tərbiyə olunsalar, dinlərin humanist və müsbət cəhətlərinə hörmət edər, amma boş inanclarından və dogmalarından özlərini qurtararlar.22
Burada nə nəzərdə tutulduğu təhlil edilməlidir. Işındağ, dinə qarşı zor tətbiqinin dindarları daha çox motivasiya etdiyini və dini gücləndirəcəyini və buna görə də, dini bu şəkildə gücləndirməmək üçün, masonların dini, fikri səviyyədə yox etmələri lazım olduğunu bildirir. Işındağın “pozitiv elm, ağıl və müdriklik prinsipləri” deyərkən nəzərdə tutduğu anlayışlar isə, əslində elm, ağıl və müdriklik deyildir. Sadəcə, bu sözcüklərlə ifadə edilən humanist və materyalist fəlsəfədir, təkamül nəzəriyyəsidir. Işındağ, bunların cəmiyyətə yayılması ilə, “dinlərin sadəcə humanist cəhətlərinə hörmət ediləcəyini”, yəni İlahi dinlərin sadəcə humanist fəlsəfəyə uyğun görülən qismlərinin qalacağını bildirir. Buna əvəzində İlahi dinlərin təməli olan həqiqətlərin (Işındağ bunları “boş inanc və dogma” olaraq ifadə edir) rədd ediləcəyini iddia edir ki, bunlar insanın Allahın qulu olduğunu ortaya qoyan təməl iman əsaslarıdır. Işındağın və özü kimi düşünən masonların böyük bir yalnış içində olduqları aşkardır.
Qısası masonlar, dinin təməli olan iman əsaslarını aradan qaldırmağı (yəni Allahın varlığını, birliyini, hər şeyi Onun yaratdığını, insanın da Allaha qarşı cavabdeh olduğunu rədd etdirməyi) hədəfləyirlər. Dini, özlərinə görə, sadəcə bəzi ümumi əxlaqi məsələlərdə fikir verən bir “etik ünsür” halına gətirmək istəyirlər. Bunu yolu isə, masonlara görə, “pozitiv elm və ağıl” adı altında kütlələrə ateizmi qəbul etdirməkdir. Son hədəfləri isə, dini bu “etik ünsür” olmaqdan da çıxarmaq və tamamilə dinsiz bir dünya qurmaqdır. Yenə Işındağın bu dəfə Mason jurnalında yayımlanan “Pozitiv Elm-Ağlın Əngəlləri və Masonluq” adlı bir məqaləsində eyni masonik ideal belə açıqlanır:
Nəticə olaraq bunları söyləmək istəyirəm: Hamımıza düşən ən böyük insani və masonik vəzifə, pozitiv elm və ağıldan ayrılmamaq, bunun təkamüldə ən yaxşı və tək yol olduğunu mənimsəyərək bu inancımızı insanlar arasında yaymaq, xalqı müsbət elmlərlə yetişdirməkdir.
Ernest Renanın bu sözləri çox önəmlidir: Ancaq, xalq pozitiv elm və ağıl ilə tərbiyə olunarsa, aydınladılarsa, dinlərin boş inancları öz-özünə yıxılar. Lessingin bu sözləri də bu düşünücəni dəstəkləyir: “İnsanların pozitiv elm və ağıl ilə aydınladılması ilə bir gün dinə ehtiyac qalmayacaq.23
Masonluğun son hədəfi bax budur: Dinləri tamamilə yox edərək, “insan” anlayışının müqəddəsləşdirildiyi humanist bir dünya qurmaq. Yəni insanların, onları yaradan Allahı inkar edib, özlərini “ilah” zənn etdikləri yeni bir “cahiliyyə” nizamı qurmaq... Bu hədəf, masonluğun var oluş səbəbidir. Ayna adlı mason jurnalında, bunun bir “İdeyalar Məbədi” olduğu belə izah olunur:
Günümüz masonluğu qədim masonluğun fiziki (maddi) Məbəd inşa etmək hədəfini öz deyimləri ilə “İdeyalar Məbədi” inşa etmə şəklinə salmışdır. İdeyalar Məbədi inşası, masonik ideal və iradənin yayılıb yerləşməsi nəticəsində bir yerə toplaşan yetkin insanların yer üzündə çoxalması ilə mümkün olacaq.24
Masonluq bu məqsəd üçün dünyanın bir çox ölkəsində var gücüylə çalışır. Universitetlərdə, digər təhsil qurumlarında, medyada, sənət və fikir dünyasında təsirli olan masonik təşkilatlanma, topluma davamlı olaraq humanist fəlsəfəni yaymağa, dinin təməli olan imani həqiqətləri rədd etdirməyə çalışır. Təkamül nəzəriyyəsi, masonların bir nömrəli təbliğat vasitəsidir. Bununla yanaşı, Allahdan və dindən heç bəhs edilməyən, sadəcə insan zövqlərinə, hirs və istəklərinə əsaslanan bir mədəniyyət qurmaq üçün çalışırlar. Bu, Quranda bəhs edilən Mədyən qövmü kimi “Allahı unudub saymayan” insanların inancıdır. (Hud Surəsi, 92) Bu cahiliyyə mədəniyyəti içində Allah qorxusu, Allah sevgisi, Allah rizası, ibadət, axirət kimi anlayışlara yer yoxdur. Hətta bu anlayışlar sanki “qədim beyinli” və ya “savadsız” insanlara aidmiş kimi göstərilir. Filmlərdə, karikaturalarda, romanlarda həmişə bu yalan təlkin edilir.
Bu böyük yalan içində masonlar hər zaman lider rolu oynayırlar. Ancaq, onlarla eyni mövqedə olan daha bir çox fərqli qrup və fərd vardır. Masonlar bunları da müəyyən mənada “fəxri mason” qəbul edir və özləri ilə müttəfiq sayırlar. Çünki, eyni humanist fəlsəfə üzərində birləşirlər. Selami Işındağ bu belə yazır:
(Masonluq) bu həqiqəti də qəbul edir: Xarici aləmdə elə müdrik insanlar vardır ki, mason olmadıqları halda, mason ideologiyasını çox yaxşı mənimsəyiblər. Çünki, bu ideologiya, tam mənası ilə insan və insanlıq ideologiyasıdır.25
Şərhlər(0)
173 oxunma
POSTATEIZM
humanizm materializm darwin ateizm avropa

