Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 71
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 100
  • Ümumi hit: 65350

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

FRİEDRİCH NİETZSCHE: VƏHŞİLİYİ ÖYƏN XƏSTƏ BEYİN

rethink
Fevral 8, 2008 18:14

Darwinizmin gətirdiyi neopaqan anlayışı mənimsəyən, onu şərh edən və bu yolla faşizmin təməllərini quran çox önəmli bir XIX əsr mütəfəkkiri: Alman filosof Friedrich Nietzsche.

Nietzsche 1844-cü ildə Leipzig yaxınlarındakı bir Alman kəndində doğulmuş və gənc yaşda yunanca öyrənərək Yunan mədəniyyəti ilə tanış olmuşdu. 1868-ci ildə İsveçrədə, Baseldə fəlsəfə tədris etməyə başladı.
Nietzsche, Xristiyanlığa, İslama, Yəhudilik kimi digər ilahi dinlərə nifrət edirdi və Qədim Yunan paqan (bütpərəst) inancına heyran idi. Baseldə dövrün məşhur bəstəkarı Wagner ilə yaxın dost oldu. "Tanrıların Alacaqaranlığı" (Die Gotterdammerung) adlı bəstəsiylə məşhurlaşan Wagner də yenə paqanlıq heyranı, ilahi dinlərə düşmən olan bir Alman irqçisi idi. (Hitlerin dövründə Wagner, Almanyanın ən böyük incəsənət dahisi kimi qəbul edilmişdi.)

Nietzschenin kitablarının yayımcısı Peter Gast, onu "dünyadaki ən fanatik ateistlərdən və Xristiyanlıq düşmənlərindən biri" olaraq tanımlamışdı.1 Nietzschenin ən məşhur kitablarından birinin isminin “Dəccal” (Andi-Christ) olması, onun dinə olan nifrətinin bir digər ifadəsiydi. Nietzsche, “Belə Buyurdu Zərdüşt” adlı kitabıyla da, ilahi dinlərdən uzaq bir əxlaq anlayışı qurmağa çalışmışdı. Nietzschenin həyat hekayəsini qələmə alan tarixçi H. F. Petersın ifadəsiylə, Nietzschenin fəlsəfəsi Roma və Yunan paqanizminə əsaslanırdı və "dünyanı dəyişdirəcək yeni bir Sezar" axtarışının nəticəsi idi. Nietzsche xüsusilə Xristiyanlıq, İslam və Yəhudilikdə ortaq olan əxlaq anlayışına böyük bir nifrət duyurdu. Nietzscheyə görə bu əxlaqın təməli olan şəfqət, mərhəmət, təvazökarlıq, sevgi kimi anlayışlar tərk edilməli və bunun yerinə savaşçılığı, acımasızlığı qəbul edən sözdə "üstün insan əxlaqı" formalaşmalı idi. "Sərt olun və acıma hissini unudun" deyə yazırdı Nietzsche, "çünki pislik insanın ən böyük gücüdür." 

Nietzsche eyni zamanda irqçi idi. İnsanların bir qisminin "üstün insan" (Übermensch) olduğunu, digərlərinin bunlara xidmət və itaət etməli olduğunu iddia edirdi. Hətta, bu sözdə "üstün insanların" quracağı aristokratik bir dünya nizamını müdafiə edirdi. Nietzschenin bu nəzəriyyəsi, Hitlerin orduları tərəfindən 1939-cu ildə II. Dünya Müharibəsinin başlamasıyla həyata keçirildi. Nietzschenin bu iki xüsusiyyəti, yəni irqçiliyi və şiddətə olan meylliliyi, diqqət yetirilərsə Darwinizmlə xeyli uzlaşır. Belə ki, Nietzsche fəlsəfəsini yaradarkən Darwindən xeyli dərəcədə bəhrələnmişdir. Birinci növbədə, Darwinin insan irqləri arasında etdiyi ayrılıq, Nietzschenin "üstün insan-aşağı insan" tanımına uyur. Bundan başqa, Nietzsche, dinə qarşı duyduğu nifrəti də, Darwinizmin ateizmiylə birləşdirmişdir. Nietzsche, Darwinizmin gətirdiyi neopaqan anlayışı mənimsəmiş və faşizmin fikri təməllərini atmışdır. Qatı bir din düşməni olan Nietzschenin, “Andi-Christ” (Dəccal) və “Belə Buyurdu Zərdüşt” adlı kitablarında, ilahi dinlərə düşmənlik və paqanizmə heyranlıq son dərəcə aşkardır.

Darwinist yazıçı Daniel C. Dennet, “Darwin's Dangerous Idea” adlı kitabında Darwinin Nietzsche üzərindəki təsirini belə ifadə edir: "Friedrich Nietzsche Darwində olduqca böyük bir mesaj tapmışdır... Əgər Nietzsche egzistansiyalizmin atasıdırsa, o zaman bəlkə Darwin də bu fəlsəfənin babası adına layiq olmalıdır."2 Dennet, kitabında Darwinin və Nietzschenin fikirlərinin çox paralel olduğunu ətraflı izah edir, Nietzschenin bəzi yazılarında Darwini tənqid edirmiş kimi görünməsinə baxmayaraq, əslində Darwinist düşüncəni tamamilə mənimsədiyinə dair bir çox fakt təqdim edir.

Nietzschenin ölümündən sonra fəlsəfəsini müdafiə edən və onu təmsil edən ən önəmli şəxs bacısı Elisabeth Nietzsche olmuşdur. Elisabeth Nietzsche, Hitler Almanyasında Nasist ideologiyasının mühüm bir müdafiəçisi olaraq tanınmış və qardaşının irəli sürdüyü "üstün insan" modelinin Hitler tərəfindən həyata keçiriləcəyini elan etmişdir.3

Nietzschenin Nasist ideologiyası üzərindəki böyük təsiri, bir çox tarixçi tərəfindən vurğulanan tam bir həqiqətdir. Tarixçi W. Cleon Skousen, "Hitlerin ‘Mənim Savaşım’ adlı kitabını yazması, sanki Nietzschenin məzarından danışması kimi olmuşdur" deyir.4

Bir digər tarixçi George Lichtheim isə belə yazır: "Nietzsche olmadan, Hitlerin SS birliklərinin Şərqi Avropada həyata keçirdikləri qətliamları davam etdirəcək ilhama sahib olamayacaqlarını söyləmək heç də mübaliğə deyildir."5

Tarixçi H. F. Petersın tanımıyla, "Nietzsche faşizmin atasıdır".6 Nasist ideologu Alfred Rosenberg XX Əsrin Əfsanəsi adlı kitabında Nietzscheni xeyli tərifləmişdir. Nasistlərin gənclik qolu rolundakı "Hitler Gəncliyi" (Hitlerjugend) təşkilatı, Nietzschenin “Belə Buyurdu Zərdüşt” adlı kitabını "müqəddəs kitab" olaraq qəbul etmişdir. Adolf Hitler Nietzschenin xatirəsinə xüsusi bir memorial tikdirmiş, bunun yanında da "Alman gəncliyinin Nietzschenin üstün irq doktrinasını öyrənəbiləcəkləri bir təhsil mərkəzi və kitabxananın əsasını qoymuşdur.7 "Friedrich Nietzsche zum Gedächniserbau" (Friedrich Nietzsche Memorial Binası) Hitler tərəfindən Avqust ayında 1938-ci ildə açılmışdır. Nietzschenin təsiri sadəcə Alman faşizmi ilə məhdudlaşmamış, faşizmin ana vətəni İtalyada da böyük olmuşdur. İtalyanın faşist diktatoru Mussolininin fikir atası sayılan Gabriele D'Annunzio, Nietzsche fəlsəfəsindən xeyli təsirlənmişdir,8 Mussolininin də çıxışlarında Nietzschedən sitatlar gətirdiyi və onun kitablarından təsirləndiyi, tarixçilər tərəfindən qeyd edilir.9

Nietzschenin ideoloji atası olduğu faşizmin XX əsrdə insanlığa gətirdiyi fəlakətlər, bu Alman filosofun Darwinist düşüncələrinin nə qədər yalnış olduğunu göstərən tarixi bir fakt olmuşdur. Allahın insanlara vəhy yoluyla öyrətdiyi üstün əxlaqa qarşı çıxan, bunun yerinə bütpərəst cəmiyyətlərin qan tökən, zalim mədəniyyətinə heyran olaraq bunu müasir dövrə daşımağı hədəfləyən, Darwinin insanları heyvan olaraq görən, onları üstün irq-aşağı irq deyə siniflərə ayıran fikirlərini insanlara təlkin edən Nietzsche, dinsizliyin insanları və toplumları sürükləyəcəyi qaranlıq dünyanı ən yaxşı şəkildə təmsil edir. Nietzschenin həyatı da bu baxımdan ibrətlidir. 44 yaşında bir ağıl xəstəliyinə tutulmuş və getdikcə artan xəstəlik nəticəsində tamamilə dəli olmuş və ölmüşdür. 1902-ci ildə P. J. Mobius adlı bir həkim, insanlara "Nietzsche haqqında diqqətli olmaları gərəkdiyini, çünki, fikirlərinin xəstə bir beynin məhsulu olduğunu" bildirmişdir.10

Amma, almanlar bu xəstə beynin xəstə fəlsəfəsinə etibar etmişlər və bu da Nasist Almanyasını doğurmuşdur. Nietzschenin ağıl xəstəliyinin sifilisdən qaynaqlandığı və buna da Cenovadakı bir homoseksual məkanda yaxalandığı ehtimal edilir.11 Nietzschenin şəxsi həyatı, ən az fəlsəfəsi qədər qaranlıq və xəstədir. Sonu da tarix boyunca yaşayan bütün inkarçılar kimi çox acı olmuşdur:

Küfrə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir! Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar! Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər! (Al-i İmran Surəsi, 176-178)

1. H. F. Peters, Zarathustra's Sister: The case of Elisabeth and Frederich Nietzsche, Crown Publishers, New York, 1977, s. 119

2. Daniel C. Dennet, Darwin’s Dangerous Idea, Touchstone Books, New York, 1996, s. 62
3. H. F. Peters, Zarathustra's Sister: The case of Elisabeth and Frederich Nietzsche, Crown Publishers, New York, 1977, s. 220
4. W. Cleon Skousen, The Naked Communist, Salt Lake City, Utah, Ensign Publishing Co., 1958, s. 348
5. Georg Lichtheim, Europe in the Twentieth Century, New York: Praeger Publishers, 1972, s. 152.
6. H.F. Peters, Zarathustra's Sister The Case of Elisabeth and Friedrich Nietzsche, New York: Crow Publishers, 1977, 11
7. H.F. Peters, Zarathustra's Sister: The case of Elisabeth and Frederich Nietzsche, Crown Publishers, New York, 1977, s. 222
8. N. Kogan, "Fascism as a Political System" (S. J. Woolf, ed.), The Nature of Fascism, London, 1968, s. 16.
9. H.F. Peters, Zarathustra's Sister: The case of Elisabeth and Frederich Nietzsche, Crown Publishers, New York, 1977, s. 212
10. H.F. Peters, Zarathustra's Sister: The case of Elisabeth and Frederich Nietzsche, Crown Publishers, New York, 1977, s. 184
11. Scott Lively, Kevin Abrams, The Pink Swastika, Founders Publishing Corp., Oregon, 1997, s. 69


Mussolininin İdeoloji Ataları: Nietzsche və Darwin 



Mussolininin komunizmə olan bağlılığı, əslində şiddətə olan meylindən və şəxsi psixoloji problemlərindən irəli gəlirdi. Dennis Mack Smith, Mussolininin iç dünyasını belə izah edir:

Marxa olan davamlı bağlılığı ilə yanaşı, əslində öz sosializminin çox tutarlı bir doktrinası yox idi. Bəzən özünü bir sindikalist (anarxist sosialist) olaraq tanımlayırdı, amma xüsusi çıxışlarında bütün digər sosialistlər haqqında çok kobud danışırdı və bəzən də hamısından çox bir növ anarxist kimi görünürdü.1

Mussolininin həyatını araşdıran bir digər tarixçi, Angelica Balabanoff isə belə yazır: "Mövqeyi, müəyyən bir anlayış və qavrayışdan başqa, öz üsyankar eqoizminin bir əksi idi... daha çox öz qeyri-stabil və hüzursuz ruh halından və narazılığından, öz eqosunu təmin etmə istəyindən və şəxsi intiqam hissindən qaynaqlanırdı."

Əslində Mussolininin tək əllə tutulan dünyagörüşü, "qırğın" və "müharibə" anlayışlarına olan inancı idi. Bunları da faşizmin ideoloji rəhbərlərindən öyrənmişdi: Yəni Friedrich Nietzschedən və onun da fikri təməlini formalaşdıran Charles Darwindən...

Mussolininin bu iki şəxsə olan heyranlığına dair bir çox fakt vardır. Nietzscheyə olan bağlılığını, "Nietzsche məni ruhi bir erotizmlə doldurur" deyərək özü açıqca ifadə etmişdir. Dennis Mack Smith, Mussolini adlı kitabında bu barədə bunları yazır:

Nietzschedə, təvazökarlıq, fədakarlıq, yardımsevərlik və yaxşılıq kimi Xristiyan dəyərlərinə qarşı girişdiyi savaşa dair bir bəraət tapırdı. Nietzschedən, "təhlükəli həyat", "güc istəyi" kimi məşhur anlayışlarını öyrənmişdi. Burada Tanrıya və kütlələrə qarşı gələn böyük eqoist anlayışı, Nietzschenin "üstün insan" fikrini görürük.2

Mussolininin Darwinizmə olan ideoloji bağlılığı isə, müəyyən dövr redaktoru olduğu “La Lotta di Classe” (Sinif Mübarizəsi) adlı həftəlik komunist jurnalda əks olunurdu. “La Lotta di Classe”nin ilk sayının afişində Marx və Darwinin böyük rəsmləri var idi. Giriş yazısını qələmə alan Mussolini, bu iki materyalist ideoloqdan, "keçən əsrin ən böyük iki mütəfəkkiri" deyə söz açmış, Darwinin nəzəriyyəsinə böyük təriflər yağdırmışdı.3 Mussolini, “La Lotta di Classe” jurnalında Darwinist, komunist və din əleyhdarı bir çox yazı yazdı, ancaq 1922-ci ildən sonra, yəni Mussolini iqtidara gəldikdən sonra, bu jurnalın nüsxələri anidən kitabxanalardan itdi.4

1. Dennis Mack Smith, Mussolini, s.13
2. Dennis Mack Smith, Mussolini, s.15
3. Dennis Mack Smith, Mussolini, s.18
4. Dennis Mack Smith, Mussolini, s.17


Bookmark and Share

Şərhlər(3)
376 oxunma
POSTATEIZM, MƏDƏNİYYƏT
nietzsche paqan hitler darwin mussolinini 

1
Zaur Bayramov yazıb:

Cox teshekkurler,yuxaridakilar menim ucun yenilik oldu.Sehv etmiremse Hitler de homosexsualist olub.Heyret edirem o insanlara ki,"O vaxt Almanlar Bakini ele kecirseydiler bizi ag gune cixarardilar" deyirler.Belelerine minimum heyvan telebati kifayetdir,ancaq qarin ve ondan ashagini fikirlesirler.

Fevral 10, 2008 7:15
2
ANAR yazıb:

zehmet olmasa mene ''main kamfin'' elektron unvanini gonderin

Aprel 25, 2008 23:46
3
Writer yazıb:

Hitler ve Fasizm haqqinda gerekli informasiya tapa bileceyiniz sayt:
http://www.harunyahya.org/kitap/hy_fasizm/fasizm.html

Aprel 29, 2008 1:48

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog