Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 11
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 28
  • Ümumi hit: 65278

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

AVROPA ŞURASININ MANEƏ QƏRARINA BAXMAYARAQ YARADILIŞ GERÇƏYİ AVROPADA KÖK SALIR

rethink
Fevral 11, 2008 19:31

Düşüncə azadlığına və fikir azadlığını məhdudlaşdırmağa şiddətlə qarşı olduğunu irəli sürən Avropa Şurası, mövzu Yaradılış olunca tam əks bir rəftar etdi. Avropada materialist dairələr, qadağalarla həqiqətləri gizləyə biləcəklərini sandılar. Lakin Yaradılış Gerçəyinin yayılmasını önləmək məqsədiylə alınan bu qərar, Təkamül Nəzəriyyəsi haqqındakı müzakirələri daha da artıracaq, nəticədə Avropa ictimaiyyəti illər boyu aldadılmış olduğunu dərk edəcək.

Avropa məktəblərində Yaradılış Gerçəyinin oxudulmasının dərhal surətlə önlənməsini nəzərdə tutan qərarın tamamilə materialist önfikirlərlə şəkillənmiş olduğu elə ilk bəndlərdən dərhal aydın olur. Hesabatın giriş paraqrafında təkamül nəzəriyyəsinin, sözdə elmin mərkəzində olan əhəmiyyətli bazis olduğu iddia edilir və təkamül nəzəriyyəsindən sübut edilmiş elmi bir həqiqət kimi bəhs edilir.

Təkamül nəzəriyyəsini mütləq gerçək kimi təqdim edən bu hesabat, Yaradılışı isə tamamilə elmdən kənar olaraq qiymətləndirir.Bundan əlavə, hesabatda heyrətləndirici bir üslubla edilərək Yaradılışın tədrisinin insan haqqlarına zidd olduğu kimi məntiqsiz bir iddiaya yer verilir. Başdan ayağa əsassız və önfikirli yanaşmalarla dolu belə bir hesabatın qəbulu Avropanın gerçək simasını ortaya qoyur. Hesabat, materialist mədəniyyətin Yaradılış Gerçəyi qarşısında son nəfəsini vermək üzrə olduğunun tarixi bir sənədi hökmündədir. Hesabatdakı aşağıdakı bəzi ifadələr də bu təsbiti ortaya qoyur: 

…Yaradılışçı fikirlər Avropaya sızmağa başladı və Avropa Şurasının üzvü olan bir çox ölkəyə yayıldı. (maddə 3) 

Əvvəlcə qeyd edək ki, bu kimi ifadələr bütün inananlar üçün gözəl bir müjdə xüsusiyyəti daşıyır. Çünki Allah bir ayədə iman edənlərə belə bildirir:

 “… Allah, batili yox edib-ortadan qaldırır və Öz kəlmələriylə haqqı haqq olaraq möhkəmlədər (gerçəkləşdirər). Çünkü O, sinələrin içində olanı biləndir.” (Şura Surəsi, 24) 

 

Avrupa Birliyi (AB)’nin Ortaq Məxrəci: Dialektik Materializm ve Darvinizm

Bu gün Avropadakı bütün partiyalar; Kommunistlər, Sosialistlər, Xristian Demokratlar, Yaşıllar və digərləri Darvinizmin nəzərdə tutduğu dünya və həyat görüşündə birləşir. İqtidar əlində tutan və ya iqtidar ortağı olmağa can atan xeyli partiya Darvinizm qaynaqlı olan ateizmi mənimsədiklərini elan etmiş vəziyyətdədir. Avropa bu görüşün təsiri altındadır.Avropada rahiblərin belə böyük əksəriyyəti Darvinist təhsildən almış və pasifizə edilmişdir. İctimai araşdırmalara görə Avropa, 75-80 % çatan nisbətdə Allah inancını rədd edir (Allahı tənzih edirik) və Darvinizmi dəstəkləyir. Bütün bu gerçəklər göstərir ki "Avropa Birliyi Xristian bir-birlik deyil, Allah inancını və müqəddəsatı rədd edən Darvinist birlikdir."

Hesabatın Elmdən Uzaq Olduğuna Qəribə Bir Nümunə: 

"Tibbi araşdırmalarda AIDS kimi  xəstəliklərlə effektiv mübarizə məqsədiylə təmin edilən irəliləmələr, təkamülün hər qanunu rədd edildiyi təqdirdə, qeyri-mümkün olacaq. (maddə 11)" 

Avropa Şurasının hesabatında nəşr olunan bu cümlə, şuranın təkamül nəzəriyyəsinin lazımlılığını və doğruluğunu qəbul etdirmək məqsədiylə hər cür yola müraciət etdiyinin açıq dəlilidir. Əvvəlcə ifadə olunmalıdır ki, AIDS kimi ölümcül xəstəliklər üçün müalicə üsulları inkişaf etdirilməsində təkamül nəzəriyyəsinin ən kiçik bir rolu ya da qatqısı olmamışdır və gələcəkdə də ola bilməz. Əksinə təkamül nəzəriyyəsinə doqmatik olaraq bağlanmış olan elm dünyasının üzvləri, bu elmi yalana girdiklərindən özlərini inkişaf etdirə bilməzlər. Lakin həqiqəti israrla göz ardı edən materialist dairələr, bu kimi gülünc üsul və iddialarla - heç bir əlaqəsi olmadığı halda sanki təkamülü xəstəliklərin müalicəsində bir faktormuş kimi göstərərək - ictimaiyyəti aldatmağa davam edir. Avropa Şuranının panika içində hazırladığı hesabatın yalnız bu maddəsi də daxil olmaqla, bu hesabatın tamamilə obyektivlikdən və elmi gerçəklərdən uzaq olaraq hazırlandığını ortaya qoymaq üçün kafidir.

Hesabat Türkiyədən Yayılan Yaradılışçılıq İnancını Hədəf alır 

Şura, Yaradılışçılığın Avropaya əsas olaraq Adnan Oktarın Yaradılış Atlası adlı kitabı yoluyla yayıldığını ifadə edərək, Avropa ölkələrindən bu əsərin yayılmasının qadağasını istəmişdir. Bu hesabatda məktəb tədris planlarında yalnız təkamül nəzəriyyəsinin iştirakı lazım olduğunun müdafiəsi, Yaradılış Gerçəyini öyrənən uşaqların  materialist bir fərd halına gəlməyəcəyindən ötəri duyulan qorxunu açıq ortaya qoyur. İslami Yaradılışçılığın Avropa üçün sözdə bir təhlükə olduğunun irəli sürüldüyü hesabatda, Adnan Oktarın Yaradılış Atlası adlı əsərinə bir çox bənddə irad tapılır. Hal-hazırda yaşayan canlıların keçmişdə yaşamış atalarıyla tamamilə eyni quruluşda olduğunu gözlər önünə sərərək təkamülü yıxan bu əsərdən, təkamülçülərin şiddətlə çəkindiyi dərhal aydın olur. Hesabatı hazırlayan Lüksemburqlu Parlamentari Anna Brasseur, səs vermədən  sonra reallaşdırdığı mətbuat konfransında Yaradılış Atlasının Avropada yayılmasının qadağa olunmasının əsas şərt olduğunu dilə gətirərək əsərdən "qorxduqlarını" açıq ifadə etmişdir. Dinsizliyi təlqin edən materialist fəlsəfə artıq son çırpınışlarını sərgiləyir və insanlıq XXI əsrdə bu kimi aldatmacalardan xilas olaraq - Allahın izni ilə - gerçək yaradılış məqsədinə dönür. İslam dünyasını çox əhəmiyyətli və böyük inkişaf gözləyir. Allah, hər şey üçün olduğu kimi İslam cəmiyyətləri üçün də bir tale cızmışdir. "Allah, nurunu tamamlamağı diləyir" (Tövbə Surəsi 32) ayəsiylə bildirildiyi kimi, Quran əxlaqının bütün dünyaya yayılaraq, dinsiz fəlsəfələrin fikri yöndə yıxılacağı, yer üzündən fitnənin qaldırılmasıyla bütün insanlığa barış və qurtuluş gələcəyi Rəbbimizin bizə bir müjdəsidir. İslam dünyasının nurlu gələcəyini bizə müjdələyən ən əhəmiyyətli qaynaq Peyğəmbər Əfəndimizin hədisləridir. Hədislərdə axır zamanın (qiyamətdən əvvəlki son dövrün) xüsusiyyətləri detallı tərif edilib. Bu məlumatlar araşdırıldığında, axır zaman əlamətlərinin hal-hazırda yaşanan bəzi hadisələrlə çox böyük bənzərliklərə sahib olduğu görülür. İnsanların yaradılış məqsədlərindən uzaqlaşıb cəmiyyətlərdə böyük bir mənəvi çöküşün yaşanması da bu əlamətlərdəndir. Ancaq materialistlər və ateistlər, nə qədər din əxlaqının yayılmaması üçün cəhd göstərsələr də dünya görüşlərinin təməli olan Darvinizm artıq çökmüşdür. Din əxlaqının yayılmaması üçün göstərdikləri səyin heç bir dayağı qalmamışdır. Bu gerçək, gün keçdikcə daha çox insan tərəfindən görülür və dünyanın dörd bir tərəfində insanlar imana və din əxlaqına yönəlir.  Təkamül nəzəriyyəsinin elmi olaraq çökdüyünü, Darvinist propaqandanın içi boş təlqinlərdən ibarət olduğunu görənlərin sayı  artdıqca, Darvinizm bəlası Allahın izni tamamilə ortadan qalxacaq. İman edənlərin, Allah razılığı üçün Darvinizmə və dinsizliyə qarşı edəcəkləri fikri mübarizə, bütün insanlıq üçün ən gözəl şəkildə nəticələnəcək. Birlik içərisində, səmimiyyətlə icra ediləcək işlər, Rəbbimizin Quran-ı Kərimdə vəd etdiyi kimi "Haqqın üstün gəlib, batilin yox olmasına" səbəb olacaq. Uca Allahın bu vədi bütün iman edənlər üçün böyük bir şövq və həyəcan qaynağıdır: 

"Xeyr, Biz haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər. Bir də baxarsan ki, o, yox olub getmişdir. (Allaha qarşı) İsnad etdiklərinizdən ötəri ar olsun sizə." (Ənbiya Surəsi, 18) 

Avropa Birliyi Yaradılış Gerçəyindən Üz Çevirdikcə İctimai Degenerasiyaya Məhkumdur

Avropa düşüncəsinin təməlinə yerləşmiş olan dialektik materialist və Darvinist qanunlar, yalnız Avropa insanına deyil, bu günə qədər bütün insanlığa zərər vermiş və hələ də verməkdədir. Dünya miqyasında böyük yıxıma səbəb olan faşizm, kommunizm kimi ideologiyaların, imperializmin və sapkın fəlsəfi cərəyanların qaynağı Avropadır. Hər iki Dünya Müharibəsi yenə buradan çıxmış, dünyanın dörd bir tərəfini illərcə iflic edən vətəndaş müharibələri, qanlı inqilablar, qiyamlar - bir iki istisna xaricində - fikri təməlini, maddi və siyasi dəstəyi həmişə Avropadan almışdır. Bu səbəbdən bütün dünya Yaradılış Gerçəyinə yönələrkən Avropa Şurasından bu yöndə bir qərar çıxması başadüşüləndir. Halbuki görüləsi iş keçmişdə bir çox zülmə zəmin hazırlamış olan Darvinist Avropa düşüncəsini kökündən tərk etmək və din əxlaqının təməli olan Yaradılış Gerçəyini mənimsəməkdir. Çünki aparılan son araşdırmalar göstərir ki; Avropa gəncləri kiçik yaşlardan etibarən aldıqları Darvinist təhsilin və uzun illərdir davam etdirilən materialist propaqandaların nəticəsi olaraq yaşadıqları şiddətli əxlaqi degenerasiya səbəbiylə böyük bir çöküntü yaşayır. Məsələn: 

* Avropa narkotik ticarətinin, yayılmasının və istehlakının mərkəzi halına gəlmişdir. Gündə 3 milyon adamın narkotik istifadə etdiyi və ən az 70 milyon adamın da narkotik təcrübəsi olduğu məlum olunmuşdur. 

* 44 % - lə dünyanın ən böyük narkotik alıcısı mövqeyində olan Şimal Amerikanın ardınca, Avropa 33 % - ilə narkotik istifadəsinə görə ikinci sıradadır.(1) Darvinizmin qaranlıq təsirindən xilas olmuş olan Türkiyənin isə Avropanın ən aşağı narkotik istifadə edilən ölkəsi olması məmnuniyyət vericidir və Darvinizmin Avropa üzərindəki mənfi təsirinin ən bariz nümunəsidir.   

* Avropa Narkotik və Narkotik Asılılığına Nəzarət Mərkəzinin nəşr etdiyi hesabatda, 530 min Avropalının narkotikə qarşı müalicə aldığına və bunların sayının isə son 10 ildə 7 dəfə artdığına diqqət çəkildi.(2) 

* Hesabatda, Avropada narkotik istifadəsininin xüsusilə gənclərə təsir etdiyi, gənc yaşında ölümlərin başlıca səbəblərindən birinin narkotik olduğu qeyd edildi. 

* Fransada hər 10 adamdan birinin spirt xəstəsi olduğu və hər gün 5 adamın spirt asılılığının səbəb olduğu qəzalarda həyatını itirdiyi müəyyən olunmuşdur. 

* Fransa Səhiyyə  Nazirliyinin verdiyi hesabatda, "5 milyon insanın  (2007 Yanvar ayı üçün 61. 538.322 olan Fransa əhalisinin 8,5 %-i)  həddindən artıq dərəcədə spirt istehlak etdiyi, bunlardan 2 milyonunun spirtdən tamamilə asılı olduğu" ifadə olundu. Spirtin, "gənclərin başlıca ölüm səbəbi" olduğunun ifadə edildiyi hesabatda, qadınların hamiləlik dövründə spirt istifadə etməsinin hər il 750 min uşaqdan 700-nün fetüs spirt sindromuna (FAS) yoluxmasına və şikəst doğulmasına səbəb olduğu qeydə alındı.  

*Almaniya'da 2007 ildə nəşr olunan narkotik və spirt hesabatında, ölkədə 1,6 milyon adamın spirt xəstəsi olduğu, xüsusilə 12-25 yaş arası gənclərin spirti narkotiklə birlikdə istifadə etdikləri ifadə olundu.(3)

Yaşlanmış, həyəcanını itirmiş materialistlərin ardınca gedən Avropa ölümə süründürülür. Avropa, materializm bataqlığına düşmüşdür, onu bu bataqlıqdan qurtaracaq yeganə güc isə Türk Millətində vardır. Türk Milləti – Allah`ın izni ilə- Avropaya, insani duyğuları, sevgini, mərhəməti, vəfanı, sədaqəti, yardımsevərliği öyrədəcək, dünyanın yeni bir çağa girməsinə səbəb olacaq.
Bütün bu ibrət verici misallar göstərir ki; Avropa Şurası təkamül nəzəriyyəsinin keçərsizliyini və materialist tədris sisteminin zərərlərini görməməzlikdən gələrək öz cəmiyyətlərini içəridən yaralayır. Bu rəftarlarında israrlı olduqları müddətcə başda öz gəncləri olmaqla cəmiyyətin bütün fərdlərini materializm bataqlığına sürüməyə davam edəcəklər. Açıqdır ki Avropa Şurası Yaradılış Gerçəyinə gözlərini bağlayaraq öz insanına zərər verir və gənc yaşlardan etibarən ruhi və fiziki olaraq qalıcı zərər görmələrinə şərait yaradır.  

Bu gün Avropa ölkələri bir daxili qanama yaşayır. İllərcə alınan materialist - Darvinist təhsil və təlqinlər ilə hiyləgərcə irəliləyən bu daxili qanamanın dayandırılması isə ancaq Yaradılış Gerçəyinin Avropa cəmiyyətlərində maneəsiz yayılması ilə mümkündür. Əks halda bu daxili qanama Avropa ölkələrini tamamilə saracaq və çökdürəcək. Darvinist, materialist, ateist anlayışın hakim olduğu Avropa, ölümün pəncəsindədir.


Bookmark and Share

Şərhlər(0)
174 oxunma
GÜNDƏM


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog