Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 40
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 57
  • Ümumi hit: 65307

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

DÜNYANIN MÖHTAC OLDUĞU "İSLAM BİRLİYİ"

rethink
Fevral 11, 2008 19:01

11 Sentyabr terror hadisələri, dünyanın siyasi və strateji balansını kökündən dəyişən bir dönüş nöqtəsi idi. Buna görə də, bəzi analitiklər siyasi mənada XXI əsrin 11 Sentyabrla başladığını deyirlər. XX əsri şəkilləndirən ən önəmli fikri ünsür, ideologiyalar və onlar arasındakı əlaqələr idi. XXI əsrə isə mədəniyyətlər, inaclar və onların arasındakı əlaqə yön verəcək.
Bəziləri mədəniyyətlər və inanclar arasındakı bu əlaqənin “qarşıdurma” təməlli olacağını iddia edir. Amma bizim istədiyimiz, insanlar və mədəniyyətlər arasında barış və dostluğun hakim olmasıdır. Bir Müsəlman olaraq bizə barədə yol göstərən qaynaq Quran'dır. Allah Quran'da insanlar arasındakı fərqliliklərin bir "tanışlıq" vəsiləsi olmasını lazım bilmişdir:

Ey insanlar, həqiqətən, biz sizi bir kişi və bir qadından yaratdıq və bir-birinizlə tanış olmağınız üçün sizi xalqlar və qabilələr (şəklində) qıldıq. Şübhəsiz, Allah qatında sizin ən üstün (kərim) olanınız, (irq ya da soyca deyil) təqvaca ən irəlidə olanınızdır. Şübhəsiz Allah, biləndir, xəbər alandır. (Hucurat Surəsi, 13)

Digər ayədə isə, Müsəlmanlara, Kitap Əhli'nə, yəni Yəhudi və Xristiyanlara yaxşılıqla davranmalarını əmr edir:

İçlərində zülm edənləri xaric, Kitab Əhlinə ən gözəl olan bir tərzdən başqa tərzdə davranmayın. Və deyin ki: "Bizə və sizə endirilənə iman etdik; bizim ilahımız da, sizin ilahınız da birdir və biz O'na təslim olmuşuq." (Ənkəbut Surəsi, 46)

Dolayısı ilə Müsəlmanların yer üzündəki insan qruplarına xoş yanaşması və bütün bu fərqli qruplar arasında barış və qarşılıqlı tolerantlığı təmin edən bir sistem qurulması üçün cəhd etməlidir. İnsanları İslam'a dəvət etmək əlbətdə ki, bir Müsəlmanın başlıca borcudur. Amma bu dəvətə baxsınlar və ya baxmasınlar, bütün insanlara qarşı ədalət və yaxşılıqla davranılması şərtdir. Allah'ın "Siz, insanlar üçün xeyirli bir ümmətsiniz..." (Ali İmran Surəsi, 110) ayəsində buyurduğu kimi, Müsəlmanlar bütün insanların yaxşılığını hədəfləməlidirlər.


Ancaq 11 Sentyabr və sonrasının ortaya qoyduğu bir problem var: İslam adına ortaya çıxan, əslində İslam'ın əslini qavramaqdan çox uzaq olan bəzi insanlar, "insanların yaxşılığı" üçün deyil insanlara əzab vermək üçün cəhd edirlər. Məsum insanlara qarşı təşkil etdikləri təcavüzlərlə İslam'ın qadağan etdiyi ən böyük günahlardan birini işləyərək, yəni "yer üzündə fitnə" çıxarmaqdadırlar. İstifadə etdikləri vəhşi metodlar, təcavüzkar yollarla, İslam adına İslama təmamilə tərs bir əxlaq nümayiş etdirirlər. Buna görədir ki, dünyadakı 1 milyardan çox Müsəlman gərəksiz və haqsız yerə qınanır.


Dini əyri analiz edən, din adına ortaya çıxaraq terror törədən bu kimi insanların varlığına Quran`da diqqət çəkilib. (Ali İmran Surəsi, 7; Neml Surəsi, 48-49) Allah, elmsizlikləri ucbatından dinin təməlindəki gözəl əxlaqı qavraya bilməyən, sərt təbiətlərinə görə "inkar və nifaq" baxımından şiddətli olan kimsələrin varlığına da işarə etmiş və bu mövzuda Müsəlmanları xəbərdar etmişdir. (Tövbə Surəsi, 47; Hucurat Surəsi, 14) Necə ki, İslam tarixində də bu kimi cahillərin (məsələn, Xaşxaşilər və Xaricilərin) din adına terrorla fitnə çıxardıqları misalları var.


Bu həqiqətən önəmli bir məsələdir və həll olunmalıdır. Həll olması üçün də İslam dünyasının bu kimi məntiqsiz axımlardan uzaqlaşdırılması, xurafatlardan və radikallıqdan təmizlənmiş, Quran'a söykənən bir İslam anlayışı ilə yenidən maarifləndirilməsi lazımdır.


ABŞ Strategiyasındakı Problemlər


Bu məsələni qismən də olsa Qərblilər, xüsusən 11 Sentyabrın hədəfi olan ABŞ-da görmüşlər. Buna görə də, ABŞ hökuməti, önümüzdəki 10-15 illik dövrdə "İslam dünyasını formalaşdırma" kimi bir strategiya izləyir. Ancaq bu strategiyada iki önəmli çatışmazlıq var:


1) ABŞ Hərbi Metodları Seçməməlidir:


Əfqanıstan'da aparılan əməliyyatlar, hərbi müdaxilələr dövrü başlatdı və bu davam etdi. İraq müharibəsi buna misaldır. Bəzi Analitiklərə görə ABŞ`ın hərbi müdaxilələri İraqdan sonra digər Yaxın Şərq ölkələrinə də yönələcək. Belə olsa nə ABŞ istədiyinə nail olar, həm də daha çox insan zəlil olar. Hərbi metodlar, istər istəməz Müsəlmanlarda “İslama qarşı savaş” olaraq qəbul edilir, bu da qarşıdurmanın radiusunu artırır.


ABŞ adminstrasiyası “terrora qarşı mübarizə” edirsə bunu əsasən fikri zəmində etməlidir. Terror əllə tutulan konkret düşmən deyil, bir qrup insanın qapıldığı sapqın fikirlərdən doğan metoddur. Metoda qarşı savaş olmaz, bu metodu istifadə edən güclə mübarizə etmək lazımdır. Bu güc bir fikir olduğuna görə də, onu fikri zəmində məğlub etmək gərəkdir. Terroru doğan ideologiya və psixologiya ortadan qaldırılmalıdır, terrora yol açan yalnış din anlayışlarının yerinə insanlara Quran`a söykənən gerçək din öyrədilməlidir.


2) ABŞ Problemi “Bayırdan” Həll Etməyə Çalışmamalıdır.


Yuxarıda açıqladığımız metod, ABŞ`ın məsələni “bayırdan” həll etməyə çalışmasının da lazımi şəkildə olmadığını göstərir. Problem, İslamın bir qrup insan tərəfindən yalnış dərk olunması və ya təhrifindən doğduğundan, çözüm İslam dünyasının içindən gəlməlidir. İslamın doğru anlaşılması və İslamı səhv anlayıb tətbiq edənlərin bundan uzaqlaşdırılması, Müsəlmanlar tərəfindən ediləsi bir işdir. ABŞ`ın bu yöndə izləməli olduğu siyasət, İslam dünyasının içindən gələn bir həlli dəstəkləməsi, bunun yolunu açmasıdır.


Amerikanın yanaşmasının bu yöndə şəkillənməsi, həm ABŞ, həm İslam dünyası həm də bütün dünya üçün çox xeyirli olacaq. Bunun əksini müdafiə edənlər, dünyanı bir qan gölünə doğru apadıqlarını hesaba alaraq yenidən düşünməlidir. Bununla yanaşı, ABŞ hökuməti, bir qrup güc mərkəzlərinin bu mövzuda yalnış təlqinlərinə də etibar etməmə məsələsində diqqətli olmalıdır. Bu güc mərkəzləri, İslamı bir din və ya mədəniyyət olaraq “düşmən” sayan, Qərb ilə İslam arasında qanlı bir müharibə olmasını şiddətlə arzu edən bəzi ideoloqlar və strateqlərdir. Bunlar, ABŞ hökumətinin terrorla mübarizə siyasətini israrla “İslamla mübarizə” kimi göstərmək və nəticədə bu hala gətirməyə cəhd edirlər. Başda Prezident Buş olmaqla Amerika idarəçilərinin “Qərb-İslam Savaşı” ssenarilərini qəti rədd edən bəyənatları, 11 Sentyabrdan bu yana pozitiv nəticələr verib. Ancaq bu bəyənatların siyasətə də yön verdiyi dünya ictimaiyyəti tərəfindən hiss ediləcək səviyyədə olmalıdır.


İslam Birliyi Necə Olmalıdır?


"Terrora qarşı mübarizənin əslində firkin zəmində aparılması və bunun da İslam dünyasının içindən gəlməli olduğundan, nə eymək lazımdır?
Bu suala cavab vermədən öncə, bir məsələni də bildirmək lazımdır: İslam dünyasının pərakəndəliyi. Bu gün İslam dünyasının dörd tərəfində bir-birindən son dərəcə fərqli dini təhllillər, görüşlər və modellər hakimdir. Nəyin həqiqətən İslam'a uygun, nəyinsə əksinə olduğunu müəyyən edən, bu mövzuda dünya müsəlmanlarının hamısını yönləndirən mərkəzi bir quruluş yoxdur. Katoliklərin Vatikan'ı, Ortodoks Xristiyanlarının Patrikliyi vardır, ama İslam dünyasında dini bir birlik və mərkəz yoxdur.
Ancaq İslam'ın özəyində belə bir dağınıqlıq və anarxiya deyil, birlik var. Peyğəmbərimiz Hz. Muhəmməd'in (s.a.v.) vəfatından sonra, İslam dünyası Xilafət tərəfindən yönləndirilmiş, bu məqam müsəlmanların dini məsələlərdə yolgöstərici olmuşdur.


Bü gün də İslam dünyasının bütününə yol göstərən mərkəzi bir quruluş qurulabilər. Necə ki, Allah Quran'da müsəlmanlara "əmr sahiblərinə" itaət etmələrini əmr edir (Nisa Surəsi, 59); bu əmr sahibinin necə müəyyən olunacağı [məsələn səltənət, təyin edilmə və ya səs çoxluğu ilə] məsələsi isə, çağımızın şərtlərinə görə dəyişə bilər. Bu istiqamətdə, demokratik əsaslara və hüququn üstünlüyü prinsipinə söykənən mərkəzi bir İslami quruluş və bir "İslam Birliyi"nin qurulması mümkündür. Elə həmin İslam Birliyi:


1) İslam dünyasının hamısına xitab edə bilməli, dolayısı ilə ən təməl İslami dəyərlərə və əsaslara dayanmalı, müəyyən bir məzhəbin və ya təriqətin təmsilçisi olmamalıdır.


2) İnsan haqlarına, demokratiyaya, sərbəst bazaar dəstək verməli, İslam dünyasının iqtisadi, mədəni və elmi yöndən qalxınmasını hədəfləməlidir.


3) Digər ölkələr və mədəniyyətlərlə son dərəcə barışçıl və normal əlaqələr qurmalı, kütləvi qırğın silahlarının idarəsi, terrorizm, beynəlxalq cinayət, ətraf mühit kimi mövzularda beynəlxalq birliklər və Birləşmiş Millətlər ilə əməkdaşlıq etməlidir.


4) İslam dünyasındakı azlıqların (məsələn Yəhudi və Xristianların) və İslam ölkələrinə gələn xaricilərin haqqlarının qorunması, təhlükəsizliyinin təmini və hörmət göstərilməsi kimi mövzuları prioritet olaraq ələ almalı, dinləraraəsı dialoq və əməkdaşlığa əhəmiyyət verməlidir.


5) Fələstin, Kəşmir, Azərbaycan, Moro kimi, Müsəlmanlar ilə Müsəlman olmayan xalqları qarşı-qarşıya gətirən problemlərə; hər iki tərəf üçün bəzi qazanclar və güzəştlər nəzərdə tutan, ədalətli və barışçıl həllər gətirilməsinə əhəmiyyət verməlidir. Həm Müsəlmanların haqqlarını müdafiə etməli həm də mövcud problemlərin, İslam dünyasındakı bəzi radikal ünsürlər tərəfindən müşkülə çevrilməsinə mane olmalıdır.

İslam dünyasının belə məntiqli, sağlam fikirli və ədalətli bir liderliyə qovuşması, həm bu gün xeyli problemlə qarşı-qarşıya olan 1.2 milyard Müsəlman üçün, həm də digər insanlar üçün çox xeyirli olacaq. Dünya, bu gün bu birliyə möhtacdır. Müsəlmanlar, peyğəmbərimiz Hz. Məhəmmədin (s.a.v) dövründən bu yana, insanlığa; ağıl, elm, düşüncə, sənət, mədəniyyət, mədəniyyət kimi sahələrdə liderlik etmiş, "insanların xeyiri"nə nəhəng əsərlər ortaya qoymuşlar. Avropa Orta əsrlərin qaranlığında ikən, dünyaya elmi, maafiri, tibbi, sənəti, təmizliyi və digər çox xüsusiyyəti Müsəlmanlar öyrətmişdir. Quranın nurundan və hikmətindən qaynaqlanan bu İslami yükləlişi təkrar başlatmaq üçün də, keçmişdə olduğu kimi bu gün də Müsəlmanların Quran əxlaqını təməlinə alan bir yol göstəriciliyə ehtiyacları vardır.


Bu proyekt necə həyata keçirilə bilər? Bu mövzuda bütün İslam ölkələri ilə bərabər Türkiyəyə böyük bir rol düşür. Çünki Türkiyə, bu mənada bir İslam Birliyini qurmuş və 5 əsrdən çox bir müddət müvəffəqiyyətlə idarə etmiş olan Osmanlı İmperiyasının varisidir. Bu məsuliyyəti təkrar üstünə götübilən bir ictimai infrastruktura və dövlət ənənəsinə malikdir. Hələ Türkiyə, İslam dünyasının Qərb ilə əlaqələri ən inkişaf etmiş ölkəsidir ki, bu Qərb ilə İslam dünyasındakı problemlərin həllində araduzəldicilik edə bilməsini təmin edər. Türkiyənin tarixi baxımdan xoşgörüşlü və mötədil bir anlayışa sahib olması; Türkiyənin İslam dünyasında dar bir təriqəti deyil, dünya müsəlmanlarının böyük əksəriyyətinin izlədiyi Əhli Sünnə inancını təmsil etməsi də, əhəmiyyətli bir nöqtədir.
Sonda ifadə etmək lazımdır ki, burada ifadə olunan həllin dəqiqliklə həyata keçirilməsi son dərəcə əhəmiyyətlidir. Çünki İslam dünyası ilə Qərb arasında bir "mədəniyyətlər qarşıdurması" təhlükəsi hər keçən gün böyüməkdədir. İraq Müharibəsi, Kürd Problemi, Soyqırım Yalanı və əgər vəziyyət dəyişməzsə ardı gələn başqa məsələlər. Bunların günahsız insanların həyatına son verməsi qaçılmazdır. İslam və Müsəlmanlar haqqındakı bəzi səhv anlama və stereotiplər davam etməkdə, və bu, Qərb ölkələrində yaşayan Müsəlmanlar üçün bir sıra çətinliklər doğurmaqdadır. Qərblilər isə, terrorizm kabusu səbəbiylə narahat yaşamaqda, öz ölkələrində təhlükəsizlikdən məhrum qalmaqdadırlar. Bütün bu çətinlikləri ortadan qaldıracaq bir həllə çox təcili olaraq ehtiyac vardır. Həll isə bütün bu problemləri barışçı və qalıcı bir şəkildə həll edəcək bir İslam Birliyinin qurulmasındadır.

XX əsr ideologiyalar və onlar arasındakı əlaqələr, XXI əsr isə mədəniyyətlər, inaclar və onların arasındakı əlaqə əsridir. Hərbi metodlar istər istəməz Müsəlmanlarda “İslama qarşı savaş” olaraq qəbul ediləcək, bu da qarşıdurmanın radiusunu artıracaq.

ABŞ adminstrasiyası “terrora qarşı mübarizə” edirsə fikri zəmində etməlidir. Terror əllə tutulan konkret düşmən deyil, bir qrup insanın qapıldığı sapqın fikirlərdən doğan metoddur.
Terroru doğan ideologiya və psixologiya ortadan qaldırılmalıdır. Bu güc mərkəzləri, İslamı bir din və ya mədəniyyət olaraq “düşmən” sayan, Qərb ilə İslam arasında qanlı bir müharibə olmasını şiddətlə arzu edən bəzi ideoloqlar və strateqlərdir. Katoliklərin Vatikan'ı, Ortodoks Xristiyanlarının Patrikliyi vardır, ama İslam dünyasında dini bir birlik və mərkəz yoxdur. Bu istiqamətdə, demokratik əsaslara və hüququn üstünlüyünə söykənən mərkəzi bir İslami quruluş və bir "İslam Birliyi"nin qurulması mümkündür. Dünya, bu gün bu birliyə möhtacdır. Müsəlmanlar insanlığa; ağıl, elm, düşüncə, sənət, mədəniyyət, mədəniyyət kimi sahələrdə liderlik etmiş, "insanların xeyiri"nə nəhəng əsərlər ortaya qoymuşlar.

Avropa Orta əsrlərin qaranlığında ikən, dünyaya elmi, maafiri, tibbi, sənəti, təmizliyi və digər çox xüsusiyyəti Müsəlmanlar öyrətmişdir.

Çözüm İslam Birliyi...


Bookmark and Share

Şərhlər(4)
172 oxunma
GÜNDƏM
islam siyasət birlik dünya quran 

1
Hemid yazıb:

SUPER smile

Fevral 13, 2008 15:53
2
heqiqet yazıb:

Varmi islam birliyinde demokratiya,o dindeki insanin boyukluyu azadligi muxtelif soz ve soz birleshmeleri ile hedelenir!Varmi? Hansi Islam birliyi var? Iran Ermenistana, Misir Israile komek edir, Tunis, Merakesh ise Elcezairin maraqlarini nezere almadan AI ile muttefiqlik edir! Indi yuxarida yazilanlarin ne derecede dogru oldugunu deyin? Siz sadece olaraq her seyini itirmish yalniz elinde quru kitabi olan "yashayanlardansiniz!"

İyul 16, 2008 23:48
3
Heqiqete cavab: Iman yazıb:

Niye de Islam Birliyi olmasin? Niye de reallasmasin? Kim tesevvur ede bilerdi ki Turkiyede hakimiyyete Erbakan, Erdogan kimi dindar siyasetciler gelecek? Haminin bedbin oldugu bir dovrde bu bas verdi. Indi dunyadaki veziyyet heqiqeten pisdir, ama Islam Birliyi mutleq qurulacaq, InsaAllah.

İyul 19, 2008 20:45
4
Samir yazıb:

mence islam birliyinin qurulmasi ucun addim atmaq lazimdir. Avropa birliyi komur birliyi ile quruldu. Konkret sahe uzre bashlayan emekdahliq butun sahelerde bir olan ittifaq halina geldi. Mence bunun ucun basiz var. hetta deyerdim ki, qiskanc NAFTA ve AB-den daha ugurlu olar. Cunki altyapisi Qurana soykenecek.

İyul 24, 2008 20:38

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog