Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 39
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 56
  • Ümumi hit: 65306

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

KARL POPPER, KARL MARX VƏ KONSPİRASİYA NƏZƏRİYYƏLƏRİ

rethink
Fevral 11, 2008 18:47

“Bir konspirasiyanın ilk tədbiri hər kəsi konspirasiyanın var olmadığına razı salmaqdır”.

Gary Allen, None Dare Call It Conspiracy

Bu kitabda söz edilən ən təməl iddialardan biri bəzi güc mərkəzlərinin tarixin inkişafı üzərində siravi insanlar tərəfindən hiss edilməyən bir təsirə sahib olduqlarıdır. Kitabda müəyyən bir güc mərkəzinin uzun vədəli planlar edərək tarixin axışını dəyişdirdikləri və öz hədəflərinə uyğun olan bəzi böyük sosial dəyişmələr meydana gətirdikləri izah edilməkdədir. Ancaq bəzi insanlar bu dünyagörüşünə "konspirasiya nəzəriyyəsi" adı verirlər və konspirasiya (gizli anlaşma və ya türkcə komplo) nəzəriyyəsinin dünyanı anlamaq üçün son dərəcə pis və yetərsiz bir üsul olduğunu qarşıya qoyurlar. Onlara görə sosyal hadisələrin arxasında bəzi güc mərkəzlərinin planlı hərəkətlərinin, yəni "konspirasiya"ların var olduğunu düşünmək bir növ paranoyadır. Əksinə, sosyal hadisələr bir-birindən çox fərqli və müstəqil faktorların bir yerə gəlməsiylə meydana gəlir və dolayı yolla bir qrup insanın bu hadisələri istiqamətləndirməsi əsla mümkün olmaz.  

Konspirasiya nəzəriyyələrinə olan bu allergiya əsl olaraq 20-ci əsrin mühüm elmi filosoflarından olan Karl Popperin fikirlərindən qaynaq tapmaqdadır. Buna görə də Popperin bu mövzudakı düşüncələrinə toxunmaq lazımdır.  

Karl Popper və Karl Marx-ın Səfaləti 

Karl Popper 19-cu əsrin modernist elm anlayışına qarşı çıxmış və bu anlayışa qarşı son dərəcə tutarlı tənqidlər etmişdi. Modernist alimlərin ən böyük xüsusiyyətləri isə determinizmi mənimsəmələri idi. Determinizm, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini müəyyən qaydalara bağlayır və "eyni şərtlər hər zaman eyni nəticələr verir" qanununu qəbul edirdi.  Bəzi modernistlər fizika, kimya kimi müsbət elm sahələri üçün inkişaf etdirdikləri bu determinizm qaydasını sosial elmlərə də tətbiq etməyə çalışdılar. Bir kimyəvi reaksiyada reaksiyaya daxil olan maddələr bilindiyində ortaya çıxacaq nəticə də əvvəldən bilinirdi. Eyni məntiq sosial elmlərə tətbiq olunduğunda isə ortaya bu nəticə çıxdı: Bir cəmiyyətdəki sosial şərtlər analiz edilərsə nəticədə bir sonrakı sosial inkişaf da əvvəldən bilinərdi. Bu modernist sosial elm anlayışının ən mühüm nümunəsi isə Marksizm oldu. Karl Marx sosial hadisələri də determinizm süzgəcindən keçirdi və öz aləmində "tarixin elmi şərhi"ni etdi. Marxın adına "Elmi Sosializm" dediyi ideologiyasına görə fizika ya da kimyanın qaydaları olduğu kimi tarixin də qaydaları var. Sözdə bir "dahi" olan Marx bu qaydaları kəşf etmişdi və bunlara baxaraq gələcəkdə nələr olacağını əvvəldən açıqlaya bilirdi. Marx tarixi hadisələrin iki böyük aktyorunun olduğu nəticəsinə varmışdı: Sərmayə sahibləri (kapitalistlər) və işçilər. Ona görə bütün tarix bu iki sinif arasındakı qarşıdurmanın "elmi" qanunlara uyğun bir şəkildə inkişafından ibarət idi.  Amma Karl Popper Marxizmdə şəkillənmiş olan bütün bu modernist düşüncələrə qarşı çıxdı. Ən çox üzərində dayandığı mövzu isə "tarixin qaydaları" deyə bir şeyin ola bilməyəcəyi idi. Ona görə tarix bir-birindən asılı olmayan və sonsuz sayda şüursuz faktorun birləşməsiylə hərəkət edirdi və qətiyyən bir qaydaya ya da istiqamətə sahib deyildi. Heç bir tarixi inkişaf heç bir qaydaya uyğunlaşdırıla bilməz, başqa sözlə tarix əvvəldən müəyyənləşdirilə bilməz.  Qısası, Karl Marx (ya da bənzəri modernist ideoloqlar) ilə Karl Popper bir-birinə tamamilə zidd olan iki düşüncəni müdafiə edirdilər. Birincisinə görə tarixin qaydaları və bir istiqaməti vardı. O birisinə görə isə tarix bir xaos idi və heç bir şəkildə qaydası və istiqaməti ola bilməzdi.  Ancaq bu iki zidd fikir adamının ortaq bir xüsusiyyətləri vardı. Hər ikisi də sekular (secular), yəni dindən kənar bir zehin quruluşuna sahibdilər. İkisi də heç bir şəkildə ilahi bir yol göstərənə sahib deyildi.  Lakin biz belə düşünə bilmərik. Çünki insanın yeganə gerçək yol göstəricisi öz ağılı deyil, Allahdan ona çatan məlumat yəni vəhydir. Əlimizdəki tək dəyişdirilməmiş vəhy də Quran olduğuna görə tarixin mənası ilə əlaqədar sualları da Quranın yol göstəriciliyi ilə cavablamaq lazımdır.  Qurana baxdığımızda isə bu mövzuda çox fərqli gerçəklərlə qarşılaşarıq. Əvvəla tarix Popperin iddia etdiyi kimi təsadüf yığını bir xaos deyil. Əksinə, bütün varlıqlar müəyyən bir məqsədə uyğun olaraq yaradılmışlar və nə olursa olsun yaradılış məqsədlərinə boyun əyirlər. Heç bir şey faydasız, məqsədsiz, təsadüfi deyil ilahi hədəflərə sahibdir. Var olan hər şey Onun elmi içindədir və Onun təyin etdiyi şəkildə davranır. Bir ayə bu böyük həqiqət haqqında belə yazılır: 

Qeybin açarları Onun qatındadır, Ondan başqa heç kim qeybi bilməz. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin qaranlıqları içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın! (Ənam, 59) 

Allah, bütün məlumatları biləndir və "elm baxımından hər şeyi əhatə etmişdir". (Ən'am, 80)

Bir başqa ayə isə belədir:  

Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. And olsun, onların bütününü əhatə etmiş və onları ədəd olaraq saymışdır. (Məryəm, 93-94)

Bu ayətlərin də bizə göstərdiyi kimi var olan hər şey Allahın elmi ilə əhatə edilmişdir. Hər şey Allahın təyin etdiyi qədərə (taleh) görə yaradılmışdır və əsla bu qədəri aşıb dəyişdirilə bilməz. İnsanlar da bu qədərə (talehə) daxildir. Başqa sözlə, tarix də Allah tərəfindən təyin olunub təsbit edilmiş bir qədərdən başqa bir şey deyildir. Bu tarixin qaydaları da vardır. Tarix, Allahın qoyduğu qaydalara (sünnətullah) görə işləyir və bu qaydalar əsla dəyişməz: "... Sən, Allahın sünnəsində heç bir dəyişiklik tapa bilməzsən və sən, Allahın sünnəsində heç bir çevrilmə də tapa bilməzsən." (Fatir, 43) Qısası, Karl Popperin tarixin hədəfsiz və nizamsız olduğu yönündəki düşüncəsi təməldən səhvdir. Amma əlbəttə Marxın düşüncələri də təməldən səhvdir. Çünki Marx tarixin hədəfinin və qaydalarının özü tərəfindən kəşf edildiyini hesab etmiş, insan ağılının belə bir qabiliyyətə sahib olduğunu iddia etmişdir. Halbuki bu boş sözdür. Çünki var olan bütün məlumat Allaha aiddir və Onun tərəfindən yaradılan insan da ancaq Onun dilədiyi qədər məlumata çata bilər. Ayədə deyildiyi kimi insanlar “onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər”. (Bəqərə, 255) Qısaca bunu söyləyə bilərik: tarix müəyyən bir məqsədə istiqamətli və müəyyən qaydalara bağlı olaraq işləməkdədir. Ancaq biz bu qaydaları və məqsədi öz məhdud məlumatımızla həll edib qavraya bilmərik.  Belə bir məşhur hekayə var. Üç-dört kor bir yerə gəlir və bir fili araşdırıb təyin etməyə çalışarlar. Biri filin xortumunundan tutur və heyvanın uzun bir boruya bənzədiyini söyləyir. O biri filin qarınına toxunur və böyük həm də geniş bir qab tutduğunu iddia edir. Bir digəri də heyvanın quyruğunundan tutur və əlindəki canlının bir ilan növü olduğunu düşünməkdədir... İnsanoğlunun əldə edə biləcəyi məlumat da bu fil hekayəsindən çox fərqli deyil. Sonsuz bir kainatdakı sonsuz məlumatın yanında insanın son dərəcə məhdud olan ağılı və hissləri fili araşdıran korların halından belə daha kədərlidir.  Başqa sözlə gerçək bilgiyə çatmanın tək yolu əlimizdəki bilgi və ağıl qırıntılarıyla kifayətlənmək deyil, bilgi və ağılın yeganə qaynağına yönəlməkdir. Quran, bu qaynaqdan bizə çatan vəhydir və yeganə yol göstəricimizdir.  Əgər tarix haqqındakı gerçəkləri öyrənmək istəyiriksə təməl referansımız da yenə Quran olmalıdır. 

QURAN`DA "Hiyləli Sistem Quranlar" 

Tarixin mənası və qanunları haqqındakı bu ön məlumatdan sonra bu önsözün əsl mövzusu olan "konspirasiya nəzəriyyələri"nə girə bilərik.  Karl Popper tarixin bir xaos olduğunu iddia etdiyində təbii olaraq konspirasiya nəzəriyyələrinə də şiddətlə qarşı çıxmışdı. Çünki konspirasiya nəzəriyyələri bəzi güc mərkəzlərinin tarix üzərində kontrola sahib olduğunu irəli sürməkdədir, halbuki Popperə görə tarixin əllə tutulub dəyişdirilə biləcək heç bir tərəfi yoxdur. Tarix ona görə nizamsız bir təsadüflər mozaikasıdır. Başqa sözlə bir insan ya da insan qrupu əvvəldən təyin etdiyi bir hədəf üçün tarixi dəyişdirməyə cəhd etdiyində nəzərdə tutmadığı faktorlarla qarşılaşar və böyük ehtimalla uğursuz olar.  Popper konspirasiya nəzəriyyələrinə inanmanın bəzi insanları "ilahlaşdırmaq" mənasına gəldiyini də iddia edir. Ona görə bir qrup insanın ard-arda müvəffəqiyyətli konspirasiyaları reallaşdırdığını düşünmək onlarda insanüstü bir güc olduğunu düşünməkdən qaynaqlanmaqdadır. Halbuki Popperin bu iddiaları da etibarsızdır. Çünki tarix bir az əvvəl ifadə etdiyimiz kimi bir təsadüflər xaosu deyil, təyin olunmuş bir qədərdir (taleh). Və əgər bu təyin olunmuşluq içində bəzi insanlara "konspirasiya" rolu verilmişsə bu insanların bu rolu oynamaları son dərəcə təbii olacaqdır. Bu cür insanlar olduğunu iddia etmək onları "ilahlaşdırmaq" mənasına gəlmir. Əksinə, konspiratorların da gerçəkdə sadə bir fiqur olduqları nəticəsi alınmaqdadır. Hadisələrin arxasında bəzi konspiratorların rol oynadığından danışırıq, çünki Quran bizlərə bu yöndə məlumatlar verməkdədir. Bəzi ayətlərdə, yer üzündəki pisliklərin (Allaha üsyan, pozqunçuluq, zülm, qarışıqlıq kimi) öz-özlərinə meydana gəlmədikləri, əksinə bəzi "konspirator"lar tərəfindən qurulduqları xəbər verilir.  Məsələn Nəhl Surəsi 45-ci ayətdə "pis hiylələr quranlar"dan danışılır. Fatir Surəsinin 10-cu və 35-ci ayələrində yenə "pislikləri hazırlayıb təşkil edənlər"dən bəhs edilir. Bunların yanında çox sayda ayətdə yer üzündə "hiyləli nizamlar" quran konspiratorların varlığından xəbər verilməkdədir.  Bu ayətlərdən yer üzündə "konspirasiya" qurmağı özlərinə peşə etmiş insanların var olduğunu öyrənirik. Qurduqları konspirasiyaların hədəfi isə müvafiq ayətlərin çoxunda vurğulandığı kimi əsas olaraq müsəlmanlardır.  Bəzi başqa ayətlərdən anladığımıza görə də konspiratorların qurduqları "hiyləli nizam"ların bir başqa məqsədi dini aradan götürmək və yerinə inkarı yerləşdirməkdir. Hz. Nuhun bir duasında bu açıqca müəyyənləşir:

Nuh dedi: "Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular. (Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular. Və (tabeçiliyində olanlara) dedilər: "Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suva’ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!" Onlar çoxlarını yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq onların zəlalətini artır!" (Nuh, 21-24) 

Ayətlərdən aydın olduğu kimi bəzi inkarçılar insanları gerçək dindən uzaq tuta bilmək üçün "hiyləli nizamlar" yəni konspirasiyalar qurmuşlar. Bu vəziyyət yalnız Hz. Nuhun dövrü və cəmiyyəti üçün deyil bütün zamanlar və cəmiyyətlər üçün etibarlıdır əlbəttə. Necə ki bir başqa ayətdə axirət günü cəhənnəmə gedən inkarçılar arasındakı dialoqlar izah edilərkən inkarçı avamın liderlərinə "...bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz" (Səba, 33) deyəcəkləri xəbər verilər.  Qısası, Quranın xəbərlərinə görə yer üzündəki pisliklər yalnız özbaşına meydana gəlməməkdə, əksinə bəziləri tərəfindən şüurlu bir şəkildə təşkil edilməkdədir. Bu pisliklərin başında isə Allahı inkar ya da Ona üsyan gəlir. Quranda "küfr" adı verilən bu vəziyyət insanların Allahı unutmaları, Ondan asılı olmayan bir həyat qurmağa çalışmaqları ilə meydana çıxır. Quranın "küfr" adını verdiyi bu vəziyyətin Qərb mənbəli bir başqa ifadəsi isə "sekularizm"dir. Sekulyar olmaq dinin hökmlərinə və dini meyarlara görə düşünməmək və davranmamaq mənasına gəlir ki, "küfr" də zatən tam olaraq budur.  Bu gün içində yaşadığımız dünyanın nizamı isə tək sözlə sekulyar bir nizamdır (sistemdir). 17-ci əsrdən etibarən Qərbdəki İntibah dövrü fəlsəfəsi və onu izləyən sekulyar ideologiyalar dinin cəmiyyət həyatındakı rolunu həddindən artıq zəiflətmiş və Avropada tam mənasıyla sekulyar bir nizam (sistem) qurulmuşdu. Bu nizam ya da məşhur adıyla müasirlik daha sonra Avropa imperializmi ilə digər mədəniyyətlərə də ixraç edildi. Nəticədə tarixdə görünməyən sekulyar bir dünya quruldu.  Beləliklə bu kitabın çıxış nöqtəsi buradadır. Madam Quran bizlərə sekulyarizmin öz-özünə meydana gəlmədiyini, "konspirator"lar tərəfindən qurulduğunu xəbər verməkdədir, o halda mövcud sekulyar dünya nizamı da mütləq bir sıra "konspirator"lar tərəfindən qurulmuş olmalıdır. Bu konspiratorların varlığına inanmaq, təşkil etdikləri konspirasiyaları ya da böyük konspirasiya araşdırmaq isə Popperin iddia etdiyinin əksinə onları "ilahlaşdırmaq" mənasına gəlmir. Çünki yuxarıda da ifadə etdiyimiz kimi konspiratorlar da gerçəkdə təyin olunmuş taleh içində özlərinə düşən rolu yerinə yetirməkdədirlər. Bir ayə bu mövzunu belə açıqlayır: 

Biz bir ölkəni məhv etmək istədiyimiz zaman, onun ‘varlıq və güc sahibi başçılarına’ əmr edərik, beləliklə onlar onda pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik. (İsra, 16) 

Konspiratorların yer üzündə çıxardıqları pozğunçuluğun ən əhəmiyyətli məzmunu sekulyarizm, yəni "küfr"dür. Ancaq sekulyarizmin mənfi təsirləri də olur; ədalətsizlik, anarxiya, zülm, terror, işgəncə, müharibə, əxlaqi degenerasiya kimi. Başqa sözlə konspiratorların təsirlərini bütün bu mənfi təsirlərdə də görə bilərik. Dünyadakı ədalətsizliklərdə, haqsız yerə tökülən qanlarda, günahsız yerə çəkilən ağrılarda, qətliamlarda və müharibələrdə də konspiratorların rolu vardır.  Ancaq burada əhəmiyyətli bir nöqtəyə nəzər yetirmək lazımdır. Konspiratorlar bütün bu işlərini heç bir zaman etiraf etməzlər. Quran bu vəziyyəti

"Onlara: "Yer üzündə (küfr və günah işlədərək, mö’minləri aldadaraq) fəsad törətməyin!"-dedikdə: "Bizim işimiz ancaq yaxşılıq etməkdir", -deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər” (Bəqərə, 11-12)

ayələriylə xəbər verir. Buna görə, konspiratorlar konspirasiya quraraq yer üzündə fəsad törətdiklərini əsla qəbul etməməkdə, əksinə özlərinin gerçəkdə yaxşılıq istədiklərini və bu yöndə səy göstərdiklərini iddia etməkdədirlər.  Bu vəziyyətdə əgər bu gün dünyadakı sekulyar sistem və onun təsirinin nəticəsi olan pozğunçuluq (fəsad) bir sıra konspiratorlar tərəfindən meydana gətirilmiş və hələ də meydana gətirilirsə (belə olması gərəkdiyini Qurandan öyrənirik) bu konspiratorlar ortada bir konspirasiyanın olmadığı mövzusunda son dərəcə israrlı davranacaqlar. Çünki Amerikalı tədqiqatçı Gary Allenin “None Dare Call It Conspiracy” (Kimsə Buna Bir Konspirasiya Deyə Bilmir) adlı kitabının önsözündə dediyi kimi "bir konspirasiyanın ilk tədbiri hər kəsi bir konspirasiyanın var olmadığı mövzusunda razı salmaqdır". (Garry Allen, None Dare It Conspiracy, New York: 1971, s. 7) Əgər həqiqətən də hal-hazırda konspiratorlar varsa onda təşkil etdikləri konspirasiyanın ilk tədbirini də yaxşı bir şəkildə almış olduqlarını söyləyə bilərik. Çünki bu gün bütün dünyada Karl Popperin konspirasiya nəzəriyyələri haqqındakı düşüncələri azqala rəsmi ideologiya halına çevrilmiş vəziyyətdədir. İntellektualların hamısında konspirasiya nəzəriyyələrinə qarşı böyük bir allergiya var. Sosial hadisələrin arxasında güc mərkəzləri axtarışının səhv olduğu yönündəki paradiqma çoxları tərəfindən qəbul edilmiş vəziyyətdədir. Halbuki bu anlayış bir çox mövzuda gerçəklərin ortaya çıxmasına mane olmaqdadır. Noam Chomsky də bu mövzuya toxunur və siyasi mövzulardakı bir çox gerçəyin "konspirasiya nəzəriyyəsi möhürü vurularaq asan bir şəkildə göz ardı edildiyini" söyləyir. Məşhur yazara görə, "bu, düşüncənin qarşısını almağın və təşkilatları tədqiqatdan qorumağın lazımlı olduğu zamanlar üçün bilinən bir refleksdir". (Noam Chomsky, Medya Gerçeği, çev. Abdullah Yılmaz, 1.b., İstanbul: Tümzamanlar Yayıncılık, Ağustos 1993, s. 177.) Biz yenə də iki ehtimalı eyni anda nəzərdə tutaq. Əgər bu gün intellektuallar arasında güclü bir konspirasiya nəzəriyyəsi düşmənliyi varsa bunun iki şərhi ola bilər. Ya həqiqətən konspirasiya nəzəriyyəsi çox xəyali və qeyri-realdır. Ya da konspiratorlar insanları konspirasiya olmadığına inandırmaq üçün konspirasiya nəzəriyyələrini tənqid etmişlər və bu konspirasiyanın özü də alınmışdır. Bu iki ehtimalın hansının doğru olduğunu anlamaq üçün araşdırma lazımdır. Əlinizdəki kitab bunu etməkdədir. 

Kitabın PDF variantını yüklə: http://api.fmanager.net/api_v1/xmlapi.php?dev-t=7EZU2FZ0164&with=mod=file,id=29633


Bookmark and Share

Şərhlər(0)
214 oxunma
500 İLLİK REAL TARİX
sekularizm karl marx popper marxizm 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog