Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 55
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 72
  • Ümumi hit: 65322

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

İNGİLİS MÜSTƏMLƏKƏÇİLİYİ VƏ DARVİNİZM

rethink
Fevral 11, 2008 18:53

Darwinin irqçi fikirlərindən ən çox qazanc əldə edən ölkə, Darwinin öz vətəni İngiltərə oldu. Darwin, nəzəriyyəsini ortaya atdığı illərdə, İngiltərə dünyanın bir nömrəli müstəmləkə imperiyasını qurmuşdu. Hindistandan Latın Amerikaya qədər uzanan böyük bir coğrafiyanın bütün təbii sərvətləri, İngilis İmperiyası tərəfindən istismar olunurdu. “Bəyaz adam”, öz mənfəəti naminə dünyanı talan edirdi.

Amma, əlbətdə, başda İngiltərə olmaqla müstəmləkəçi ölkələrin heç biri “talançı” olaraq, görünmək və tarixə bu adla yazılmaq istəmirdilər. Buna görə də, gördükləri işi haqlı kimi göstərəcək bir açıqlama axtarırdılar. Bu açıqlama, istismar edilən insanları “vəhşi insanlar”, hətta “heyvani canlılar” kimi göstərə bilmək idi. Beləcə, qətl edilənlər və ya vəhşicəsinə davranışlara məruz qalanlar, insan deyil, yarı insan yarı heyvan canlılar olaraq görünə biləcək və onlara qarşı edilənlər bir cinayət olmayacaqdı.

Əslində bu axtarış yeni deyildi; dünya üzərində müstəmləkəçiliyin ilk yaranma dövrü olan XV və XVI əsrlərə qədər uzanırdı. Bəzi irqlərin yarı heyvan xarakterli olması ilə bağlı iddialar, ilk olaraq Christopher Columbusun Amerika səfərində ortaya atılmışdı. Bu iddialara görə, Amerikalı yerlilər əslində bir insan deyil, inkişaf etmiş bir heyvan növü idi. Buna görə də, İspan müstəmləkəçilərin xidmətinə qoşula bilərdilər.

Hər nə qədər Amerikanın kəşfi haqqında yayımlanan filmlərdə Columbusun yerlilərə qarşı çox insani və isti bir münasibəti olduğu imici verilsə də, həqiqətdə Columbus yerliləri insan olaraq görmürdü.1

Christopher Columbus, böyük bir qətliamı başladan ilk şəxs oldu. Kəşf etdiyi yerlərdə İspaniya koloniyaları quran Columbus yerliləri kölələşdirdi və ilk olaraq kölə ticarətini başlatdı. Columbusun yerlilərə qarşı həyata keçirdiyi təzyiq və istismarçı siyasətini, onu izləyən İspaniya “fatihləri” davam etdirdilər; həyata keçirilən qətliamlar çox yüksək miqyasda oldu. Məsələn, Columbusun gəlişində əhalisinin sayı 200 min olan bir adada 20 il keçmədən sadəcə 50 min, 1540-cı ildə isə sadəcə min nəfər qalmışdı. İspaniya fatihlərinin ən məşhuru Fernando Cortés isə 1519-cu ildə fevral ayında Meksikaya ayaq basdıqda Qırmızı dərili əhalini sayı cəmi 25 milyon olduğu halda, 1605-ci ildə 1 milyona enmişdi. Əhalisinin sayı 1492-ci ildə 7-8 milyon olan Hispaniola adasında, 1496-cı ildə 4 milyon, 1570-ci ildə isə 125 nəfər qalmışdı. Tarixçilərin verdikləri rəqəmlərə görə, Columbusun qitəyə ayaq basmasından sonrakı bir əsrdən daha az bir müddətdə 95 milyon yerli müstəmləkəçilər tərəfindən öldürüldü. Columbus, Amerikanı kəşf etdiyi ildə qitədə 30 milyon Qırmızı dərili yaşıyırdı. O zamandan bu günə qədər həyata keçirilən qətliamlar nəticəsində isə əhalisinin sayı 2 milyon olan itmiş bir irq oldular.

Bu qətliamların bu qədər zalim miqyasda olmasının səbəbi, Qırmızı dərililərin insan olaraq görülməmələri, heyvan olaraq qəbul edilmələriydi.

Ancaq, müstəmləkəçilərin bu iddiaları çox tərəfdar toplamadı. Çünki, o dövrdə Avropada, bütün insanları Allahın bərabər olaraq yaratdığı və hamısının tək bir atadan, Hz. Adəmdən (ə) gəldikləri həqiqətinə inanc geniş yayılmışdı. Hətta, Katolik Kilsəsi, bu qarətçi, talançı istilaçılara qarşı qəti bir mövqe ortaya qoymuşdu. Bunun məlum örnəklərindən biri Chiapas keşişi Bartolome de Las Casasın, Columbus ilə birlikdə Yeni Dünyaya ayaq basan koloniyaçıların “yerlilər bir növ heyvandır” iddiasına yerlilərin “həqiqi bir insan” olduqlarını söyləyərək verdiyi cavabdır. 1537-ci ildə isə Papa III. Paul yayımladığı bir fərmanda yerlilərə qarşı vəhşi davranışları lənətləmiş, Qırmızı dərililərin iman edə biləcək həqiqi insanlar olduqlarını açıqlamışdır.2

Lakin, XIX əsrə gəldikdə vəziyyət dəyişdi. Materyalist fəlsəfənin yayılmasıyla və insanların kütləvi surətdə dindən uzaqlaşmasıyla birlikdə, hər kəsi Allahın yaratdığı həqiqəti də etinasız qarşılanmağa başlandı. Bu, əvvəl də dediyimiz kimi eyni zamanda irqçiliyin də yüksəlişi idi.

Darwinist-materyalist fəlsəfənin XIX əsrdə yüksəlməsiylə, irqçilik də güclənmişdi və bu da Avropanın imperyalist sisteminə böyük bir dəstək qazandırdı.

Oxford, Stanford, Harvard kimi universitetlərdə illərlə tarix professoru olmuş James Joll, hələ də universitetlərdə dərs kitabı olaraq tədris olunan “Europe Since 1870” (1870-ci ildən Bu Yana Avropa) kitabında, Darwinizm ilə imperyalizm və irqçilik arasındakı ideoloji əlaqəni belə izah edir:

İmperyalizm anlayışına ilham verən fikirlərin ən önəmlisi, “Sosial Darwinizm” başlığı altında təsnifləşdirilə biləcək olanlardır. Bu fikirlər; dövlətlər arasındakı əlaqəni daimi bir mübarizə olaraq qəbul edir. Bu mübarizədə bəzi irqlər digərləri ilə müqayisədə “üstün” sayılmış və təkamül prosesində güclülərin özlərini davamlı olaraq ortaya qoymaları zəruriliyi qəbul edilmişdir.

İngilis təbiətşünas Charles Darwin, 1859-cu ildə yayımlanan “Növlərin Kökü”, onu 1871-ci ildə izləyən “İnsanın Törəyişi” adlı kitablarıyla böyük bir mübahisə başlatmış və Avropa düşüncəsinin fərqli sahələrinə eyni anda təsir göstərmişdir… Darwinin və onun ingilis filosof Herbert Spencer kimi bəzi çağdaşlarının düşüncələri, çox sürətli bir şəkildə elm xaricindəki sahələrə də tətbiq olunmuşdur… Darwinizmin kütlələrə ən çox tətbiq oluna bilən cəhəti isə, dünyada təbii qaynaqların bəsləyəməyəcəyi bir əhali artıqlığı olduğu və bunun hər zaman ən güclülərin və ya " ən uyğun gələnlərin" qalib gələcəyi daimi bir həyat mübarizəsinin zəruriliyi inancıdır. Bəzi sosioloqlar üçün, buradan yola çıxaraq, "ən uyğun gələn" anlayışına əxlaqi bir məna qatmaq və dolayısı ilə həyat mübarizəsində üstün gələn növlərin və ya irqlərin əxlaqi cəhətdən üstün olduqlarını müdafiə etmək çox asan olmuşdur.

Dolayısı ilə təbii seçmə doktrinası, asanlıqla Fransız yazıçı Arthur Gobineau tərəfindən inkişaf etdirilən bir başqa fikir cərəyanı ilə də birləşmişdir.

Gobineaunun, 1853-cü ildə İnsan İrqlərinin Bərabərsizliyi Üzərinə Bir Məqalə adlı əsəri yayımlanmışdır. Gobineau inkişafdakı ən önəmli amilin irq olduğunu iddia etmiş və digərlərinə üstün gələn irqlərin, öz irqi mənsubiyyətini ən mükəmməl qoruya bilənlər olduğunu irəli sürmüşdür. Gobineauya görə, tarixdəki bu həyat mübarizəsində ən üstün gələn irq, Arian irqi olmuşdur… Bu fikirləri daha da inkişaf etdirən isə, ingilis yazıçı Houston Stewart Chamberlaindir… Hitler yazıçıya (Chamberlainə) o qədər heyran olmuşdur ki, onu 1927-ci ildə ölüm döşəyində ziyarət etmişdir.3

Göründüyü kimi, Darwindən irqçi mütəfəkkirlərə, imperyalistlərə və oradan da Hitlerə qədər uzanan bir ideoloji zəncir vardır. Darwinizm, həm XIX əsrdə dünyanı qana bulayan imperyalizmin, həm də XX əsrdə eyni işi həyata keçirən Nasizmin ideoloji təməlidir.

Kraliça Victorianın adıyla anılan Viktoria Dövrü İngiltərəsi, axtardığı sözdə elmi zəmini Darwinizmdə tapmışdı. İngiltərə müstəmləkəçilikdən böyük bir qazanc əldə edirdi və müstəmləkələrində yaşayan insanları öz mənfəətləri üçün bəlalara uğratmaqdan çəkinmirdi. İngilis imperyalizminin bu çirkin siyasətinin örnəklərindən biri Çinə qarşı aparılan “Tiryək Müharibəsi” oldu. İngiltərə Hindistanda yetiştirdiyi narkotik maddələri XIX əsrin ilk rübündən etibarən Çinə qaçaq yolla soxmağa başladı. Xarici ticarətindəki kəsiri örtmək üçün apardığı bu tiryək qaçaqmalçılığını getdikcə daha da sürətləndirdi. Narkotiklərin ölkəyə daxil olması isə Çin dövlətinin öz torpaqları üzərindəki hakimiyyətini dərindən sarsmışdı. Cəmiyyətdə pozğunluq qısa müddətdə yüksək səviyyə çatdı. Çin hökümətinin uzun müddət tərəddüt etdikdən sonra qadağan etməyə məcbur olduğu tiryək, ilk Tiryək Müharibəsinə (1838-1842) səbəb oldu. Bu müharibə ölkəni məhvə sürüklədi. Çin, xarici qüvvələrlə hər dəfə qarşılaşdıqda ordusunun zəifliyi ucbatından boyun əyməyə və onların getdikcə artan istəklərini qəbul etməyə məcbur olurdu. Qərblilər 1842-ci ildən etibarən yavaş-yavaş Çin torpaqlarında yaşayış bölgələri əldə etdilər; Çinlilərin əlindən böyük liman məhəllələrini (imtiyazlar) aldılar, tarlaları icarəyə götürdülər və ölkənin özlərinə ən çox yarar verəcək şəkildə xaricə açılmasını şərt qoydular. Bütün bunların nəticəsində ölkədə yaşanan səfalət, hökümətin zəifliyi və Çin torpaqlarının yavaş-yavaş əldən getməsi bir çox üsyanlara səbəb oldu.

Çində yaşananlar, İngiltərənin siyasətinin nəticələrindən sadəcə biriydi. XIX əsr boyunca Cənubi Afrika, Hindistan, Avstraliya kimi bölgələrdə İngilis imperyalizminin istismarı ən acı miqyaslarıyla yaşandı.

İngiltərənin bu istismar nizamınına bəraət qazandırmaq, onu haqlı kimi göstərmək işi isə, bəzi İngilis sosioloqları və alimlərinin vəzifəsi idi. Beləliklə, Charles Darwin, bunların ən əhəmiyyətlisi oldu. Təkamül prosesində “irəli irqlər” olduğunu irəli sürən, bunların “bəyaz irq” olduğunu iddia edən və bəyazların digərlərini istismar etməsini “təbiət qanunu” olaraq göstərən Darwindir.

Darwinin müstəmləkəçi irqçiliyə qazandırdığı bu haqq səbəbindən, İsveçrə Federal Texnologiya İnstitutu Coğrafiya Departamentinin Sədri məşhur və əslən Çinli alim Kenneth J. Hsu, Darwini “Victoria Dövrü İngiltərəsi üçün ideal bir elm adamı, Çinə zorla tiryək sata bilmək üçün bu ölkəni işğal edən, bunu da sərbəst ticarətdə rəqabət və 'ən güclülərin həyatda qalması' qaydasına əsaslandıran ölkənin elmi əsası” şəklində təsvir edir.4


1- Jacques Attali, 1492, Çev: Mehmet Ali Kılıçbay, 1.b. İstanbul: Yapı Kredi Yayınları, Ekim 1992, s.197

2- François de Fontette, Irkçılık, Çev., Haldun Karyol, İstanbul: İletişim Yayınları, 1991, s. 40-41

3- James Joll, Europe Since 1870: An International History, Penguin Books, Middlesex, 1990, s. 102-103

4- Kenneth J. Hsu., Geology, Aprel 1987, s. 377


Bookmark and Share

Şərhlər(0)
133 oxunma
500 İLLİK REAL TARİX
müstəmləkə ingiltərə christopher-columbus imperyalizm sosial-darwinizm 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog