Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 71
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 98
  • Ümumi hit: 65348

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

CFR`İN GÜCÜ

rethink
Fevral 12, 2008 19:13

Eustace Mullins, The World Order adlı kitabının əvvəllərində "bu kitabda adı çəkilən azqala hər məşhur Amerikalı CFR (Council on Foreign Relations, yəni Xarici Əlaqələr Şurası) üzvüdür, buna görə hər səfərində bunu təkrarlamağı gərəksiz görürəm" deyir. Həqiqətən də CFR üzvlərinin siyahısı azqala Amerikan siyasətinin "Who's Who" (Kim Kimdir)i kimidir. Henry Kissingerdən John McCloya, Carterin Milli Təhlükəsizlik Məsləhətçisi Zbigniew Brzezinskidən Eisenhowerin Xarici işlər Naziri John Foster Dullesa, CIA başçısı və mason Allen Dullesdən Dean Acheson, George Kennana qədər bir çox məşhur ad CFR üzvüdür. Belə ki, The Rockefeller Syndrome adlı kitabında Ferdinand Lundbergin ifadə etdiyinə görə: "CFR ilə əlaqəsi olan insanlar Amerika bazarlarında mülkiyyətə sahib olanların azqala hamısıdır." Dan Smoot, Invisible Government (Görünməz Hökumət) adlı kitabında təşkilatın ABŞ-ın xarici siyasətinin meydana gəlməsindəki böyük təsirini detallı ilə izah edir. Buna görə CFR yalnız üst səviyyədəki idarəçi elitaları himayəsinə alıb istiqamətləndirməklə kifayətlənmir, xarici siyasət ilə təşkilatların böyük hissəsinə nəzarət edir. Amerikada xarici siyasət ilə əlaqədar çox sayda dərnək və təşkilat da CFR-in nəzarəti altındadır. Amerikan xarici siyasətindəki böyük təsirləri ilə bilinən "think-tank"lar isə gerçəkdə CFR-in alt komissiyaları qismindədir. Eustace Mullins, CFR və think-tanklar arasındakı əlaqədən belə yazır:

Shoupun Imperial Brain Trust adlı kitabına görə 1969-da CFR-də Brookings Institutiondan 22 idarəçi, RAND Corporationdan 29, Hudsondan 14, Middle East (Orta Şərq) Institute-dən 33 üzv vardır. Ayrıca Rockefeller Foundationun 19 idarəçisindən 14-ü, Carnegie Endowmentin 17-indən 10-u, Ford Foundationda 16-dan 7, Rockefeller Brothers Foundun 11-dən 6-sı CFR üzvüdür. Buna görə CFR bu fondların bütününü idarə etməkdədir. Akademik dünyada isə CFR Princeton Universitetindən 58, Chicago Universitetindən 69, Harvarddan 30 üzvə malikdir. (Eustace Mullins, The World Order: Our Secret Rulers, s.52)

 

Mullinsin də vurğuladığı kimi universitetlər CFR-in nəzarətində olan təşkilatlar arasındadır. CFR akademik qurumlardakı üzvləri vasitəsilə xarici siyasət mövzularında "standart"ları təyin edir. CFR-in "rəsmi ideologiyası" universitetlərdə dərs olaraq oxudulur. Təşkilat nəşr etdiyi çox sayda kitabla Amerikan intellektuallarını "yetişdirir". Məsələn, CFR-in son illərdəki nəşrlərində tez-tez söz etdiyi "İslam təhlükəsi" Amerikan şüuruna ustalıqla yerləşdirilməkdədir. Təşkilatın ildə dörd dəfə nəşr etdiyi və dünyanın ən təsirli nəşr orqanı sayılan Foreign Affairs (Xarici Hadisələr) adlı jurnal isə həm siyasi gündəmi təyin edir, həm də ABŞ siyasətini. ABŞ xarici siyasətindəki köklü dəyişiklərin çoxu Foreign Affairs-də nəşr olunaraq həyata keçirilir 

Məsələn, Soyuq Müharibənin əvvəlində ABŞ-ın təməl strategiyasını təyin edən "containment plan" (Sovetlərin yayılmasının qarşısını almaq mənasında; Mühasirə Planı) CFR üzvü George Kennan tərəfindən Foreign Affairs-də nəşr olunduqdan sonra həyata keçirilmişdi. Son olaraq uzun müddət gündəmdə qalan Samuel Huntingtonun "Mədəniyyətlər Qarşıdurması" adlı gələcəkdə Qərb və İslam arasında bir qarşıdurma nəzərdə tutan yazısı da eyni jurnalda nəşr olunmuşdu.

mətbuat üzərində də böyük təsirə malikdir. Təşkilat mətbuatdakı üzvləri sayəsində böyük qəzetləri bir ictimai idarə mexanizmi olaraq istifadə edə bilməkdədir. Nəzarət etdiyi qəbul edilən mətbuat orqanları arasında; New York Times, Washington Post, Time, Newsweek, Life, New York Post, New York Herald Tribune kimi nəhəng adlar sayıla bilər. Bütün bunların yanında CFR eynən Chatham House (ya da uzun adı ilə “Royal Institute of International Affairsİngiltərənin xarici siyasətində mühüm rol oynayan təşkilat) kimi masonluqla da çox əlaqəlidir. Hər iki təşkilatın da qabaqcıl üzvləri həm də ölkələrindəki mason lojalarına üzvdürlər. CFR-in; Harry Truman, George Marshall, Dwight Eisenhower, Allen Dulles, John McCloy, Henry Kissinger, Lyndon Johnson, Dean Acheson, Gerald Ford kimi məşhur adlarla yanaşı daha bir çox üzvü həm də lojaların müdavimidirlər.  

CFR, ya da "Xarici Əlaqələr Şurası" Yəhudi liderlərinin "dünyaya hakim olma" hədəfinə və bu hədəfin sistemləşdirilmiş forması olan Məsih Planına uyğun bir alət mövqeyindədir. CFR-in aldığı qərarlar Amerikan mənfəətlərini, başqa sözlə desək ölkədəki Yəhudi sərmayəsini qorumaq istiqamətindədir. Viyetnam döyüşündən Latın Amerika müdaxilələrinə qədər bir çox xarici siyasət qərarı CFR-in Yəhudi sərmayəsini qoruma missiyasıyla yaxından əlaqədardır. Şuranın Yaxın Şərq siyasəti isə əlbəttə tamamilə İsrail mənfəətlərinin müdafiə olunmasına istiqamətlidir.  

CFR haqqında bəzi maraqlı şərh və məlumatları da jurnalist-yazar Fehmi Koru verir. Koru aylıq Xarici Siyasət jurnalına verdiyi bir reportajda bunları söyləyir: 

Amerikada güc mərkəzi fərqlidir. Məsələn, Türkiyədə güc mərkəzi Çankaya və Baş nazirlikdir. Halbuki Amerikada güc qaynağı Ağ Evdən və hətta prezidentdən də çox daha başqa şeylərdir. Və onlar sistemi ayaqda tutan təşkilat və quruluşlardır. Nədir bunlar? Lobbilər bunların görünən uclarıdır. Onların da arxasında mərkəzlər vardır. Bunlardan biri Amerikada olan dünyanın ən böyük və ən təsirli banklarından bir neçəsidir. Yəni banklar bir güc mərkəzidir və bunların demək olar hamısının sahibi də Yəhudi əsilli super zənginlərdir. Bu banklar dünya alverini və ticarət dövriyyəsini əllərində tuturlar. Yüksək faizli kreditləri, istədikləri maddi şərtlərlə ölkələrə bunlar verirlər...           ... Think tankların ən əhəmiyyətlisi Council on Foreign Relations deyilən bir təşkilatdır... Council on Foreign Relations adının məsumluğuna baxmayaraq ən böyük güc mərkəzidir. Bu təşkilatın başçısı isə məşhur Yəhudi zəngin David Rockefeller-dir. Yenə CIA-in məşhur şeflərindən Paul Henze və məşhur stratejist Prof. Dr. Albert Wohlstetter bu təşkilatın fəxri üzvləridirlər. Bu təşkilatın həm Respublikaçı və həm də Demokrat Partiyadan üzvləri vardır. Əgər seçkini Respublikaçı Partiya qazanmışsa, köməkçiləri də  bu təşkilatın Respublikaçı üzvlərindən seçilir. Yox əgər Demokratlar seçkini qazanmışsa, yenə bu təşkilatın demokrat üzvləri Ağ Evdə üst səviyyə vəzifələrə gətirilirlər. Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi həmişə bu təşkilatın üzvlərindən seçilir. Yəni istər Respublikaçı olsun, istər Demokrat kim olursa olsun işi aparanlar bu təşkilatın üzvləridir. Partiya rozetləri yalnız simvolik bir ayırımdır. Zehniyyət Council on Foreign Relations zehniyyətidir...  

... Məsələn Türkiyədəki prezidentlərin və ya prezidentliyə namizədlərin mütləq Amerikaya gedərək bu institutların və təşkilatların birində görünmək məcburiyyəti vardır. Bizdəki azqala hər prezident və ya baş nazir bir səbəblə Council on Foreign Relationsda ya bir çıxış etməklə və ya heç olmasa orada bir yığıncağa qatılmaqla özünü onlara göstərmək məcburiyyətindədir.  

Kenan Evren (Türkiyənin 7-ci prezidenti) bu Council on Foreign Relations-da bir çıxış etmək ehtiyacını hiss etmişdir. Respublika başçısının bütün proqramlarına biz jurnalistlər qatıldığımız, hətta Yəhudi lobbisiylə Evrenin görüşməsini izlədiyimiz halda heç bir jurnalist yoldaşımız Evrenin bu xarici siyasət təşkilatındakı çıxışını izləyə bilməmişdir. İzləyə bilməzdik, çünki hamımıza giriş qadağan idi!... 

Qısacası, CFR-in gücü tək ABŞ-ın deyil, bəzən onun sisteminə inteqrasiya edən başqa ölkələrin siyasətlərinə də nəzarət edir.


Bookmark and Share

Şərhlər(1)
234 oxunma
GÜNDƏM


1
Elshen yazıb:

Wow...

Fevral 12, 2008 22:27

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog