Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 4
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 20
  • Ümumi hit: 65270

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

DOLLAR SƏLTƏNƏTİ

rethink
Fevral 12, 2008 19:17

1971-ci ildə dollar-qızıl əlaqəsi pozulandan sonra ABŞ yüksək sürətli inkişaf əldə etmişdi. Çap etdiyi kağızlar (dollarlar) sayəsində dünyanın mal və xidmətini ölkəyə çəkərək (istismar edərək) böyük bir səltənət meydana gətirirdi. Bu vəziyyət Soyuq Müharibə dövrünün sonuna qədər sürdü.  

Soyuq Müharibə dövrü sonrasında Fransa və Almaniya ABŞ-ın tək başına faydalandığı bu istismar vasitəsinə (ehtiyat pul meydana gətirmə) ortaq olmağa qərar verdilər. ABŞ-ın dollar səltənətinə qarşı bazara Avronu buraxdılar 

Nəticədə, hər iki pul da bir ovuc qlobal elitin kontrolundadır. Ancaq bu kontrol bu iki tərəfin arasında hərb olmayacağı demək deyildir! 

Dünyanın ən yüksək mənfəətli işi neft ticarətidir. İndiki halda bu ticarətin böyük bir qismi London və New York birjalarında həyata keçirilir. Hər ikisinin də sahibi Amerikadır və bu ticarətlər də dollar ilə edilir.

1999-cu ildən Avronun dövriyyəyə buraxılması ilə maliyyə kapitalının müstəmləkə döyüşləri də başlanmış oldu. İlk cəphə İraq idi. Səddam neft satışında artıq dollar deyil avro istifadə edəcəyini elan edirdi. Dərhal sonra İran, Rusiya, Venesuela, Liviya və s. kimi neft ixracatçısı ölkələr avrodan istifadədən açıqca danışmağa qiymətləndirməyə başladılar. İraq 2000-ci ildə neftini avro ilə satmağa başladı. 2002-ci ildə də İraq azqala bütün dollar rezervlərini avroya çevirdi. Bu əməliyyatlardan bir neçə ay sonra İraq işğal edildi. Bütün dünyanın gözü qarşısında ABŞ dollar səltənətini silah gücü ilə qorumağa çalışırdı. Venesuelada Chavez qaçırıldı, xalq küçələrə töküldü, ordu Chavezə sahib çıxmaq məcburiyyətində qaldı. Nəticədə ABŞ üçün böyük bir itki və biabırçılıq oldu.

2000-ci ilin noyabr ayında avro-dollar kursu 0.82 ətrafında idi və aşağı düşürdü. İraq öz neftini avro ilə satmağa başlayınca avronun enişi dayandı. 2003 Avqust ayında İran da bəzi Avropa ölkələrinə avro ilə neft satışına başlayınca avro ciddi bir sıçrama ilə 1.2 səviyyəsini aşdı. İran 2004 ili iyun ayında London və New York neft birjalarına rəqib bir Neft Birjası quracağını açıqladı. Chavez 2006-cı ilin ortalarında Londona etdiyi ziyarətində İran neft birjasına yaxşı baxdığını söylədi. Avropalılar da İranın Neft Birjasına müsbət baxırlar. Zatən, İran neftinin azqala 70 %-ni Avropaya satır. İran isə neft birjasının açılışını təxirə salır. Ancaq əvvəl-axır birjanı açacaq və o zaman da qiyamət qopacaq. 

Nəticə olaraq, ABŞ dollarını çox çətin günlər gözləyir. Buna bağlı olaraq da digər ölkələri də çox çətin günlər gözləyir. 

Bu zamana qədər dollar səltənətinə güvənən ABŞ`ın indi bu səltənəti yıxılır. ABŞ ciddi iqtisadi problemlər ilə qarşı-qarşıyadır. Çətinliklər qarşısında ABŞ hakimiyyəti nə edəcək? 

Məsələn, Yeni ABŞ Dolları deyə bir pul vahidi ortaya çıxara bilərmi? Bu halda dünyanın qalan üçdə ikisinin vay halına! 

Ya da dolların avro qarşısında həddən artıq itkisini gözə ala bilərmi? Məsələn, kursun 2-yə çıxması riskinə gedə bilərmi? 2 dollar bir avro olarmı? Bu vəziyyətdə də hər şey alt-üst olar. 

Bəs İranı işğal etmək məsələsi necə? Bu cür bir vəziyyət dünya balanslarını alt-üst edən yeni formasiyalar belə ortaya çıxara bilər. 

Bu halda digər dövlətlər də ABŞ-a tam təslim olaraq hərəkət etməməlidirlər, dəyişməlidirlər. Çünki ABŞ dəyişir!


Bookmark and Share

Şərhlər(3)
219 oxunma
PUL VƏ SİYASƏT
dollarizm abş birja neft avro 

1
Murad yazıb:

Men de ele bilirdim ki,AMERIKA Iranda demokratiyani berpa etmek isteyir razz

Fevral 15, 2008 19:40
2
Oktay yazıb:

Dünyanın dördüncü neft istehsal edən ölkəsi İran dollardan imtina edərək avro və digə valyutalardan istifadə edir.Vaxt var idi İraqda dollardan imtina etdi və bir müddət sonra bu İraqın bombalanmasıyla nəticələndi.Bu zaman bir sual ortaya çıxıır bəs görəsən ABŞ-İrana necə cavab verəcək və yaxud İranın bu addım atması ABŞ iqtisadiyyatına nə qədər təsir edə bilər.ABŞ ekspertlərinin fikirincə bu heçdə Ölkə iqtisadiyyatına təsir edə bilməz və bu yalnış addımın atması İranın öz iqtisadiyyatına mənfi təsir edər....Amma sübutlar dəlillər var ki, İran dollardan imtina etdikdən sonra Avropa ölkələrinə Avro Asiya ölkələrinə Yapon yeni"lə satdıqdan sonra neftdə illik gəlirini 70 milyard dollar əldə edib.amma ötən ilki gəlir 60 milyard dollar olmuşdur.buda İran islam inqilabından sonra rekordur.İran bunu sübut etdi ki, dollar onlar üçün heçdə bir əhəmiyyət kəsb etmir.Ölkə digər ölkələridə bu addım atmağa çağırır.Bunlardan Venesuela və bir neçə ölkələr İrana dəstık olublar.Əgər Dünyanın böyük ölkələrindən olan Səudiyyə Ərəbistanı, Yaponiya və s.ölkələr İranın çağırışına qoşularsa bu zaman bu çağırış Amerika üçün heçdə yaxşı olacağı görünmür.amma görsək ki hala hazırda bu böyük ölkələr öz ticarətini dollardan istifadə edirlər.Bu Çekişmələr dünya iqtisadiyyatına çox təsir edir bu zaman neft və qeyri neft sektorda qiymətlər qalxır.Əlbətdəki bu proseslər bizdəndə yan keçməyir..

May 14, 2008 19:19
3
Vusal yazıb:

Eslinde inanmiram ki, avro ile dollar bir birlerine dusmendirler ve avro dollara qarsi yaradilib. Bu cutluk bir-birleriyle vals oynayirlar.-(ritmi de 5/3-dur.) Nece ki, igtidar-muxalifet modelleri. 2-sinden birini seceksen-hansini secirsen sec, secilen bir amaca xidmet edir. Bu bir aldanisdir menim fikrimce. Dollarin iflasindan soz gede bilmez tebii ki, bu yaxin vaxtlar erzinde. Hetta demek olar ki, yaxin 2-3 iller erzinde dollar ozunu tamam berpa edecek-hetta demek olar ki, 1,2-1,1 -e qeder ve belke daha da cox. Yeni 1 avro 1,1 dollara. Ondan sonra ola biler tezeden tendensiya yoluna davam etsin-davam etmesi de labud ve qanunauygun olacaqdir. Dollar yene avroya qarsi zeyiflemesi ve bunun 1-in 2-ye nisbetine qeder getmesi bir daha 3-5 il ceke biler. Bu hamisi birlikde asagi-yuxari 8 il demekdir.Her seyin dogrusu Allah bilir. Bizim isimiz texmin etmek ve tedbir qilmaqdir.Mence dollar-avro munasibetlerine aldanmaq laziim deyil. Her halda sohbet dollat-lire cutluyunden getmir. Seytanin sag papisi, sol papisi ne ferqi var? wink

İyun 25, 2008 16:15

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog