ABŞ SEÇKİYƏ DOĞRU
rethinkFevral 12, 2008 19:23
Amerikan Mərkəz Bankına (FED) təxminən 18 il başçılıq etmiş olan Alan Greenspan xatirələrini bir kitab halına gətirib. Bu kitabda İraq müharibəsinin böyük ölçüdə neft naminə edildiyini söyləyir.
Alan Greenspan bir Respublikaçıdır, yəni Bush ilə eyni partiyadandır. İraq işğalı ilə əlaqədar olaraq söylədiyi söz isə hər kəsin ortaq fikridir. Bushun "demokratiya", "İraq xalqını tərkisilah etmək" ya da "kütləvi qırğın silahları" bəhanələrinə qarşı bir Respublikaçı olan Alan Greenspan niyə görə birdən-birə İraqın işğal səbəbini neftə söykəyib?
Bu xəbəri oxuyanda adamın ağlına belə bir sual gəlir. Niyə belə bir şərhi Alan Greenspan indi edir? Greenspan`ın çətinlikləri ya da təlaşı nədir? Bu mövzuda ağıla gələn ilk cavabları da ana xətləri ilə belə ifadə edə bilərik.
Birincisi, 2008-in noyabrında ABŞ-da prezident seçkiləri var və Respublikaçılar Bushun etdikləri ilə seçkini qazana bilməyəcəklərini bilirlər. Yəni, etdikləri edəcəklərinin təminatı deyil! Başqa sözlə "Bush" anlayışı ilə "Respublikaçılar" anlayışını ayırmağa çalışırlar. Bunu da Alan Greenspan kimi 18 illik uğurlu bir iqtisadçıya etdirmələrinin səbəbi demokratların "iqtisadi strategiyalarının" qarşısında bir sədd yaratma düşüncəsi ola bilər. Çünki, Amerikalılara görə Demokrat Clinton dövrü iqtisadi baxımından Bush dövründən çox daha yaxşı idi. Bu halda onların etdikləri edəcəklərinin təminatı ola bilər.
Bu mövzuda ağılımıza gələn daha başqa bir səbəb də budur. İrqçi İmperialistlər Alan Greenspan`ın belə şərhi ilə BOP`un (Böyük Orta-Şərq Proyekti) gündəliyini gizləmiş ola bilərlər.
Bildiyiniz kimi BOP Mərakeşdən İndoneziyaya qədər olan bölgənin yenidən qurulması proyektidir. Bu proyekt çərçivəsində bölgəmiz 7 baxımdan yenidən qurulmağa çalışılır.
1. Bölgə xəritələri yenidən çəkilmək istənilir.
2. Enerji qaynaqlarının sahibliyi əl dəyişdirməkdədir.
3. Yüksək texnologiya idarə altına alınmaqdadır.
4. Bölgə iqtisadiyyatları "maliyyə kapitalı"nın idarəsi altına salınır.
5. Bölgə qlobal bir bazarın passiv parçası halına gətirilir.
6. Bölgə xalqlarına "məğlubiyyət psixologiyası" təlqin edilir.
7. "Asılı İslam Proyekti" ilə bölgədəki müsəlmanlar asan partnyor halına gətirilmək istənilir.
İndi Alan Greenspan kimi şəxsiyyətlərin şərhləri ilə İraq işğalı yalnız yuxarıda saymış olduğumuz ikinci səbəbə əsaslansa digər əməliyyatlar gizlənmiş olar!
Halbuki, istər demokrat istərsə də respublikaçı olsun, fərq etməz kim gəlirsə gəlsin BOP proyektinə davam edəcəkdir. Yeganə fərqləri yuxarıdakı siyahıdan hansı maddəyə ağırlıq verəcəkləridir. Bunu periodik olaraq "bir yumşaq, bir sərt" şəklində hazırlamaları ehtimalı çox yüksəkdir.
Nəticədə, kim gəlirsə gəlsin yenə İrqçi İmperialistlərin istədikləri olacaq.
Mövzü ilə bağlı məqalə: CFR`İN GÜCÜ və ABŞ`DA SEÇKİLƏR
Şərhlər(0)
155 oxunma
GÜNDƏM
cfr abş seçki alan greenspan

