Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 16
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 33
  • Ümumi hit: 65283

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

İSRAİLİN ORTA ŞƏRQ ÖLKƏLƏRİNİ PARÇALAMA STRATEGİYASI

rethink
Fevral 24, 2008 1:09

Orta şərqin, Yəhudi dövlətinə təhlükəsizlik və sabitlik təmin edəbilən bir "hinterland", bir növ "həyat sahəsi" halına gəlməsi hədəflənir. İsrailin Orta Şərq strategiyasının hissəsi olan çevrə strategiyası, açıq elan edilmiş bir siyasət idi. Yəhudi dövləti, özünə strateji yaxın gördüyü ölkələrlə yaxınlaşmaq istəmişdi və bunu gizli tutmaq üçün də bir gərək yox idi.

Halbuki Orta Şərq strategiyasının daha da əhəmiyyətli bir başqa hissəsi, bu cür rahat və açıq bir şəkildə ifadə edilə biləcək bir məzmuna sahib deyildi. Çünki bu, İsrailin Ərəb dövlətlərini necə parçalaya biləcəyi sualına cavab axtarırdı və belə bir planı diplomatik sahədə ifadə etməsi şübhəsiz böyük bir skandal olardı. Bu səbəblə, Orta Şərq strategiyasının, bir başqa deyişlə gələcək strategiyasının bu hissəsi, gizlicə hazırlandı və tətbiqə olundu.

Ancaq siyasətdə az-az görüldüyü kimi, bu mövzuda da bəzi "sızıntı"lar oldu və gələcək strategiyanın bu gizli hissəsi ilə əlaqədar bəzi məlumatlar, bilvasitə də olsa İsrail dövlət aparatının xaricinə çıxıb dünyaya çata bildi.  

İsrail Xarici işlərində köhnə bir vəzifəli Oded Yinonun, 1982-ci ildə Dünya Siyonist Təşkilatına bağlı Məlumat Dairəsinin İbranicə nəşr orqanı Kivunimdə yazdığı bir hesabat, elə bu "sızıntı"ların ən əhəmiyyətlisi idi. "1980-ci illərdə İsrail Üçün Strategiya" başlığını daşıyan yazı, İsrailin bütün Orta şərqi öz gələcək strategiyası istiqamətində tənzimləməyi, bütün bölgəni "həyat sahəsi" halına gətirməyi hədəflədiyini göstərirdi çünki …  

Yinonun hesabatı, Orta şərq ölkələrinin demoqrafik quruluşunu əsas alırdı. Yinona görə Orta şərq ölkələrinin hamısında, dini və ya etnik yöndən azlıq vəziyyətində olan qruplar vardı və İsrail bu ölkələri iç qarışıqlığa sürümək və sonunda da parçalamaq üçün bu azlıqlar arasındakı anlaşılmazlıqları qızışdıra, qarşıdurmaya çevirə bilərdi. Yinon, belə yazırdı: 

Müsəlman Ərəb aləmi, buralarda yaşayan insanların istək və arzuları heç hesaba alınmadan xaricilər tərəfindən bir araya gətirilmiş, kağızdan düzəldilmiş oyuncaq bir ev kimidir. Keyfi olaraq 19 dövlətə bölünmüşdür. Hər biri bir-birinə düşmən azlıqlardan və etnik qruplardan meydana gətirilmişdir. Dolayısı ilə, bu gün hər Müsəlman Ərəb dövləti, içəridən etnik ictimai çöküntü təhlükəsi altındadır; bəzilərində vətəndaş müharibəsi artıq başlamışdır da.(1) 

Yaxşı belə qarışıq bir Orta şərqdə İsrailin gələcək strategiyası nə olacaq? Cavab sadədir; böl və idarə et, yəni bu süni dövlətlərin parçalanıb məhvini təmin etmək. Yinon, hər Ərəb ölkəsinə sıra ilə toxunur və necə parçalana biləcəklərini açıqlayır. 

Oded Yinon`un 1982-ci ildə "İsrail Üçün Strategiya" başlığı altında yazdığı bütün bu ssenariyə baxdığımızda, çox ciddi, əhatəli və uzun vədəli bir "Orta Şərq Strategiyası" ortaya çıxır. Bu, eyni zamanda İsrailin gələcək strategiyasıdır. Yəhudi dövlətinin Orta Şərqdə həmişəlik qala bilmək, Xaçlıların aqibətindən xilas ola bilmək, əsla bir "Hıttin" yaşamamaq üçün bütün Orta Şərqi yenidən tənzimləməsi nəzərdə tutulur. Orta şərqin, Yəhudi dövlətinə təhlükəsizlik və sabitlik təmin edəcək bir "hinterland", bir növ "həyat sahəsi" halına gəlməsi hədəflənir. Ancaq unutmamaq lazımdır ki, bütün bölgəni yenidən qurmağa cəhd etmək, üstəlik bunun üçün fərqli qruplar arasında qarşıdurmanı qızışdırmaq, ölkələri parçalamaq, əsla təhlükəsizlik və sabitlik gətirməyəcək. Dinclik və sabitlik ancaq, insancıl, ədalətli və yumşaq bir siyasət izlənilərək bərqərar edilə bilər. Bu yerdə əhəmiyyətli bir sual ortaya çıxır: Yinonun yazdıqları, görəsən İsrail dövlət aparatının gerçək və etibarlı strategiyasıdırmı, yoxsa öz təxəyyülünün məhsulu? 

Bu sual, mövzuyla əlaqədar əhəmiyyətli isimlər tərəfindən təhlil olunmuşdur və dərhal hamısı da Yinonun yazdıqlarının İsraildəki "dərin dövlət"in həqiqi strategiyası olduğu barəsində həmfikirdir. Qüds İbrani Universitetinin professoru Israel Shahak, Yinonun hesabatını əsas alaraq yazdığı The Zionist Plan for the Middle East (Orta Şərq Üçün Siyonist Plan) adlı çalışmasında, hesabatda yazılanların İsrailin uzun vədəli strategiyasının bir xülasəsi olduğunu vurğulayır.(2) Hesabatda üzərində durulan bir başqa məşhur isim, Yəhudi əslli Amerikalı linqivist professor və siyasi şərhçi Noam Chomsky də eyni fikirdədir. Bertrand Russel Sülh Fondunun sabiq baş katibi Ralph Schoenman isə, Oded Yinonun həmin hesabatının sadə bir sənəd olmadığını, "İsraildə istər ordu, istərsə də xəbəralma təşkilatının üst səviyyələrinə hakim olan düşüncə quruluşunu" sərgilədiyini söyləyir.(3)  

Bunu təstiq edən ən açıq dəlil isə, reallaşmış konkret hadisələrdir. Barəsində danışdığımız "gələcək üçün parçalama" strategiyası, Oded Yinonun 1982-də yazdığı hesabatı ilə bayıra sızmışdır bəlkə, amma gerçəkdə 1950-ci illərin ortalarından bəri Yəhudi dövlətinin gündəmindədir və zaman-zaman tətbiqi bir siyasətə də çevrilmişdir. İsrailin Ərəb ölkələrindəki qiyam və vətəndaş müharibələrində oynadığı gizli rol, bunu göstərir.

İSRAİLİN AZLIQLARI QIZIŞDIRMA STRATEGİYASI 

Yəhudi dövlətinin Orta Şərqdəki bütün vətəndaş müharibələridəki rolu şübhəsiz son dərəcə əhəmiyyətli bir strateji məna daşıyır. Livan, Yemən, Oman, Çad, Sudandakı vətəndaş müharibələrinin hamısında da "İsrail barmağı"nın varlığı, bizlərə "gələcək üçün parçalama" strategiyasının nə cür həqiqi olduğunu və İsraillilər tərəfindən nə cür israrlı şəkildə izləndiyini göstərir. Aydın olur ki, Orta Şərq ölkələrindəki hər daxili qarşıdurma, Qərbi Qüdsdə böyük bir strateji fürsət olaraq görülür.

Orta Şərq ölkələrindəki bu iç qarşıdurmalar bir ölkənin parçalanmasına səbəb ola bilər ki, İsrailin də ən böyük məqsədi budur. Bunun yanında, parçalanma ilə nəticələnməsə belə, hər iç qarşıdurma heç olmasa sabitliksizlik meydana gətirər və ölkələri zəiflədər. Ətrafındakı Müsəlman/Ərəb ölkələrin destabilizə olunması və gücsüzləşməsi isə, Qərbi Qüds baxımından əhəmiyyətli - ancaq bir o qədər də səhv - bir strateji hədəfdir. 

İsrailin gələcək üçün parçalama strategiyasından imtina etməsi, ancaq qonşularına qarşı dostanə bir dünyagörüşü ortaya qoyması ilə mümkün olacaq. Qonşularını davamlı bir hədə ünsürü olaraq görməkdən imtina edən bir İsrail, həm öz cəmiyyətinə dinclik təmin edəcək həm də bölgənin sabitliyə qovuşmasına vəsilə olacaq. Beləcə başladılan barış müddətləri də, "vaxt qazanmaq üçün" deyil, həqiqətən barışın qurulması üçün qiymətləndirilə bilər. İsrail, gerçək bir barışa yönəlmədiyi müddətcə Orta Şərq dövlətlərinin içindəki azlıqları "kart" olaraq görməyə və qızışdırmağa davam edəcək. 

İsrailin Orta Şərqdə davam etdirdiyi bu xarici siyasəti, tamamilə İslam ölkələrinin içində qarışıqlıq çıxarmaq, qeyri-sabitlik meydana gətirmək üzərinə qurulmuş olduğundan, Müsəlmanların birlik içində olmalarına maneə olan əhəmiyyətli bir xarici faktordur. 

1. Israel Shahak, The Zionist Plan for the Middle East, s. 5

2. Israel Shahak, The Zionist Plan for the Middle East, s. 9-10

3. Ralph Schoenman, Siyonizm'in Gizli Tarihi, s. 103

-----------------------------------------------------------------

http://www.harunyahya.org/kitap/israilinpolitikasi/israildnpl05.html


Bookmark and Share

Şərhlər(0)
211 oxunma
GÜNDƏM
israil bop siyonist islam yinon 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog