ZAMANIN NİSBİLİYİ BİR DAHA İSBAT EDİLDİ
rethinkFevral 24, 2008 1:38
2004 Oktyabr ayında qəzetlərdə dərc olunan bu başlıqlar zamanın nisbiliyi mövzusunun bir daha təsdiqləndiyinə diqqət çəkirdi.
Nisbilik Nəzəriyyəsini 86 il əvvəl, XX əsrin ən böyük fiziki Albert Einstein irəli sürmüşdür. Nisbilik Qanunu olaraq da adlandırılan bu nəzəriyyəyə görə kosmos və zaman bir hissdir. Başqa cür desək, mütləq zaman deyə bir şey yoxdur. Kosmos və zamanı hiss etmə formamız, harada olduğumuza və necə hərəkət etdiyimizə bağlıdır. Buna görə bir cisimin sürətinə və mövqeyinə (cazibə mərkəzinə olan uzaqlığına) görə, zaman sürətli və ya yavaş keçir. Bir cisim sürətləndikcə (çəkiliş mərkəzlərinin yaxınlığında) o cisimin üzərində zaman yavaşlayır. Yəni sürət artdıqca zaman qısalır, sıxışır; daha ağır, daha yavaş işləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşır.

Bunu Einsteinin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə eyni yaşda əkizlərdən biri Dünyada qalarkən, digəri işıq sürətinə yaxın bir sürətdə kosmosa çıxar. Kosmosa çıxan adam, geri qayıdanda əkiz qardaşını özündən çox daha yaşlı görər. Bunun səbəbi kosmosda sürətlə səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır.
Bir cisimin sürəti ilə bərabər mövqeyi də zamana təsir edir. Ümumi Nisbilik Nəzəriyyəsi, cazibə mərkəzlərinin yaxınlığında zamanın daha yavaş keçdiyini isbat edir. Məşhur fizik Stephen Hawking, bu həqiqəti yenə bir əkiz nümunəsiylə belə izah edir:
"Nisbilik Qanunu mütləq zamanı zibilə atdı. Bir cüt əkizi düşünək. Deyək ki əkizlərdən biri dağın təpəsində yaşayır, o biri dəniz səthində. Birinci (yəni dağın təpəsində yaşayan) ikincisindən daha tez yaşlanacaq. Yəni yenidən qarşılaşdıqlarında o birindən daha yaşlı olacaq." (Stephen Hawking, Zamanın Qısa Tarixi, s. 54)
Nisbilik Qanunu ilə, sürətə və mövqeyə görə kosmosda fərqli zaman dilimləri olduğu ortaya çıxdı. Einsteinin 1900-cü illərdə gəldiyi bu nəticə keçən aylarda NASA`nın dəstəklədiyi bir lahiyə ilə təsdiqləndi.
Peyk Orbitlərindəki Sapma Nisbiliyi Təsdiqləyir
Nisbilik Qanununun doğruluğu, iki elm adamı; Ignazio Ciufolini və Erricos Pavlis tərəfindən müxtəlif ölçmələrlə sübut edildi. NASA, lahiyəyə 600 milyon dollar ayırmışdı. NASA`nın səlahiyyətlilərindən olan Erricos Pavlis, "Einstein`in, Dünya kimi böyük cisimlərin öz oxları ətrafında dönərkən kosmos və zamanı bükdüyünü söylədiyini, özlərinin də bundan yola çıxaraq araşdırma apardıqlarını" ifadə etdi. Araşdırma nəticəsində ölçülən peyklərin orbitində Dünyanın dönmə istiqamətində ildə iki metrlik sapma müəyyən olundu. Yəni peyklər orbitlərindən ildə iki metr xaricə doğru itələnilirlər. Bu, Einsteinin kosmos-zaman sürüşdürülməsiylə əlaqədar hesablamalarıyla 99 % uyğun bir tapıntıdır. Colorado Universiteti fizikalərindən Neil Ashby bu nəticə ilə əlaqədar, "Bu, həqiqətən də kosmos-zaman sürüşdürülməsiylə əlaqədar ilk qəti ölçmə" şərhini etdi.
23 Oktyabr 2004 tarixli Radikal qəzetində, bu əhəmiyyətli kəşflə əlaqədar belə bir xəbər edilmişdi:
... Pavlis, "Əgər Dünya, ətrafındakı kosmos-zamanı əyirsə, yaxınlıqdakı peyklərin orbiti dəyişməli idi" dedi və bu düşüncədən hərəkətlə LAGEOS-1 və LAGEOS-2 adlı peyklərin orbitlərindəki sapmağı lazer şüası istifadə edərək ölçdüklərini izah etdi. Pavlis, "Hər iki peykin orbitində də Dünyanın dönmə istiqamətində ildə iki metrlik sapma təyin etdik. Ölçmərimiz, Nisbilik Qanununu əsas götürərək daha əvvəl edilən hesablamalara 99 % uyğundur" dedi. İtalyanın Lecce Universitetindən Ignazio Ciufolini və ABŞ`dakı Dünya Sistemləri Texnologiyası Birləşmiş Mərkəzi`ndən Pavlis, 11 il iki peykdən gələn lazer siqnallarını araşdırdı.
Einstein, kosmos-zamanın maddədən ayırd edilə bilməyəcəyini, maddi cisimlərin varlığıyla şərtləndiyini və güclü cazibə qüvvəsi yaradan cisimlərin yanında kosmosun 'əyrildiyini' iddia etmişdi. Einstein`in nəzəriyyəsi indiyə qədər bir çox yöndən təsdiqləndi… Bura qədər qısaca yekunlaşdırdığımız məlumatlardan çıxan nəticə, zamanın bir hiss olduğu həqiqətinin bir daha isbatıdır. Bu həqiqət, əsrlər əvvəl Quran`da xəbər verilmişdir.
Zaman Hissi
Zamanın hiss olunması bir anı başqa bir anla müqayisə etmə üsuludur. Bunu bir misalla açıqlayaq. Bir cismə vuranda müəyyən bir səs çıxar. Eyni cisimə beş dəqiqə sonra vuranda yenə bir səs çıxar. Birinci səslə ikinci səs arasında bir müddət olduğunu düşünürük və bu müddətə "zaman" deyirik. Halbuki ikinci səsi eşitdiyimiz vaxt, birinci səs yalnız zehnimizdəki bir xəyaldan ibarətdir. Yalnız yaddaşımızda var olan bir məlumatdır. Yaddaşımızda olanı, yaşamaqda olduğumuz anla müqayisə edərək zaman hissini qəbul edirik. Əgər bu müqayisə olmasa, zaman deyilən bir şey də olmaz.
Eyni şəkildə, bir otağa qapısından girib sonra da otağın ortasındakı bir kresloya oturan bir insanı görsək, müqayisə edərik. Gördüyümüz insan kresloya oturduğu anda, onun qapını açması, otağın ortasına doğru yeriməsi ilə əlaqədar fraqmentlər, yalnız beyində qalan bir məlumatdır. Zaman, kresloya oturan insanla bu məlumatlar arasında müqayisə edilərək ortaya çıxır. Qısası zaman, beyində saxlanan bəzi xəyallar arasında müqayisə edilərək mövcud olur. Əgər bir insanın yaddaşı olmasa, beyni bu cür şərhlər etməz və onun üçün zaman da meydana gəlməz. Bir insanın "mən otuz yaşdayam" deməsinin səbəbi, beynində həmin otuz ilə aid bəzi məlumatların yığılmış olmasıdır. Əgər yaddaşı olmasa, əvvəl belə bir zaman dilimi olduğunu düşünməyəcək, yalnız yaşadığı tək bir "an" ilə kifayətlənəcək.
Zaman bir hissdən ibarət olduğuna görə də, tamamilə qəbul edənə bağlı, yəni nisbi bir anlayışdır. Zamanın nisbiliyi, yuxuda çox açıq bir şəkildə yaşanır. Yuxuda gördüklərimizi saatlarla davam etmiş kimi hiss etsək də, həqiqətdə hər şey bir neçə dəqiqə hətta bir neçə saniyə baş vermişdir.
Mövzunu bir az da açıqlamaq üçün bir nümunə üzərində düşünək. Xüsusi olaraq dizayn edilmiş tək pəncərəli bir otaqda oturub, müəyyən bir müddət keçirdiyimizi fərz edək. Vaxtı görə biləcəyimiz bir saat olsun. Eyni zamanda otağın pəncərəsindən günəşin müəyyən aralıqda çıxıb-batdığını görək. Bir neçə gün keçdikdən sonra, o otaqda nə qədər qaldığımız soruşulduğunda verəcəyimiz cavab; həm bəzən saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə çıxıb-batdığına dair apardığımız hesabdır. Məsələn, otaqda üç gün qaldığımızı hesablayarıq. Amma əgər bizi bu otağa qoyan adam bizə: "əslində sən bu otaqda iki gün qaldın" desə və pəncərədə gördüyümüz günəşin əslində süni olaraq meydana gətirildiyini, otaqdakı saatın da xüsusilə sürətli işlədildiyini söyləsə, bu vəziyyətdə etdiyimiz hesabın heç bir mənası qalmaz. Bu nümunə də göstərir ki zamanın axış sürətiylə əlaqədar məlumatımız, yalnız qəbul edənə görə dəyişir.
Quranda İzafiyyət (Nisbilik)
Göründüyü kimi zamanın nisbiliyi isbat edilmiş elmi bir gerçəkdir. Ancaq yazımızın əvvəlində də qeyd etdiyimiz kimi bu gerçək, əsrin əvvələrində Einstein`in Nisbilik Qanunu ilə ortaya çıxdı. O dövrə qədər insanlar zamanın nisbi bir anlayış olduğunu, mühitə görə dəyişkənlik göstərə biləcəyini bilmirdilər. Amma məşhur alim Albert Einstein, Nisbilik Qanunu ilə bu həqiaəti açıq isbat etdi. Zamanın, kütlə və sürətdən asılı bir anlayış olduğunu ortaya qoydu. Əvvəl heç kim bu mövzunu açıq dilə gətirməmişdi.
Quranda isə - Quranın endirildiyi dövrdə heç bir insan tərəfindən bilinməyən - bu həqiqət xəbər verilmişdi. Quran-i Kərim ayələrində zamanın izafiliyini göstərən məlumatlar var. Mövzuyla əlaqədar bəzi ayələri belə sıralaya bilərik:
... Həqiqətən, Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir! (Həcc Surəsi, 47)
Göydən yerə qədər hər işi O çevirib nizama qoyar. Sonra (işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə Ona (Allahın dərgahına) yüksələr. (Səcdə Surəsi, 5)
Mələklər və Ruh (Cəbrayıl), ONA, müddəti əlli min il olan bir gündə qalxar. (Məaric Surəsi, 4)
610-cu ildə endirilməyə başlanan Quran`da belə açıq şəkildə zamanın nisbiliyindən bəhs edilməsi, onun İlahi bir kitab olduğunun dəlillərindəndir.
Nisbilik və Materialistlərin Böyük Yanılmaları
Nisbilik Nəzəriyyəsinin təsdiqlənmiş olmasının əhəmiyyətli bir nəticəsi də materialistlərin "mütləq zaman - sonsuz kainat" iddialarının etibarsızlığını bir daha ortaya qoymasıdır. Materialistlər, maddə ilə bərabər zamanın da mütləq olduğunu, yəni sonsuzdan gəlib sonsuza getdiyi yalnışını müdafiə edirlər. Bu çürük anlayışa söykənərək də qəza-qədəri, axirət gününü, cənnəti və cəhənnəmi rədd etməyə çalışırlar. Halbuki bu gün müasir elm, maddənin kimi, maddənin bir törəməsi olan zamanın da maddəylə birlikdə yoxluqdan var edildiyini və zamanın da bir başlanğıcı olduğunu isbat etmişdir. Eyni zamanda, zamanın izafi (nisbi - relativ) bir anlayış olduğu, materialistlərin əsrlərdir zənn etdikləri kimi dəyişməz və sabit olmadığı, dəyişən bir qəbul forması olduğu da bu əsrdə ortaya çıxmışdır. Zamanın və məkanın izafiyyəti Einsteinin "Nisbilik" nəzəriyyəsiylə sübut edilmiş və bu həqiqət bu günkü müasir fizikanın təməlini meydana gətirmişdir.
Nəticə olaraq, zaman və məkan mütləq olmayan, başlanğıcları olan, Allahın yoxdan var etdiyi anlayışlardır. Zamanı və məkanı yaradan Allah, əlbəttə ki bunlara tabe deyil. Allah, zamanın hər anını vaxtsızlıqda (zamansızlıqda) təyin etmiş, təsbit etmiş və yaratmışdır. Materialistlərin beyinlərinə girməyən "Qədər" gerçəyinin əsli də buradadır.
Bizim üçün keçmişdə yaşanmış və gələcəkdə yaşanacaq olan hadisələrin bütünü, zamana tabe olmayan, zamanı yoxdan var edən Allahın məlumatı və hakimiyyəti daxilindədir. Quranın 1400 il əvvəl bildirdiyi və iman edənlərin könüldən inandıqları gerçəkləri bu gün müasir elm də təsdiqləməkdə və Quran`ın Allahın sözü olduğuna bir daha şahidlik edir.
Şərhlər(2)
365 oxunma
GÜNDƏM
nisbilik harun zaman məkan einstein


ay dost nisbilik nezeriyyesini yazmisan yaxsi elemisen!cox faydalidir,felsefedir!amma daha yene bu milleti Mehemmed adli cox ziyali bir insanin beyninin ferziyyelerinin seyallarinin mehsulu olan kitabi elme qatmayin!Xahis edirem qatmayin!Din inancdir,subyektivdir. Islam sadece bir ideomogiyadir, Quran ise onun bir boyuk hissesi! Bu sirf INSAN beyninin mehsuludur! "Nisbilik Nezeriyyesi", "demir", yerin kure seklinde olmasi Quranda vardisa bunu ele o vaxtdan edeydiler de, day niye "imkan " verirdiler bu muselmenlarin dilinde desek "kafirlere"! Eynsteyne,Mendeleyeve, Eratosfene..! Ne vaxt beyninizde Din ve Elm ayri ayri yer sahibi olacaq,ne vaxt INSANA onunlayiq oldugu qiymeti verceksiniz!
Fevral 29, 2008 6:10