Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 7
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 23
  • Ümumi hit: 65273

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

ELM VE MATERIALIZM… GƏLİN BUNLARI AYIRAQ

rethink
Mart 3, 2008 1:58

Müasir elmin isığinda əldə etdiyimiz bilgilər, bizə təkamül nəzəriyyəsinin heç bir elmi dayağı olmadığını, əksinə təkamülün iddialarının elmi kəşflərlə uzlaşmadığını göstərir. Yəni təkamülü ayaq üstə saxlayan güc, elm deyil. Təkamül bəzi "alimlər" tərəfindən müdafiə oluna bilər, amma təməlində "basqa məqsəd" var.  

Təkamül nəzəriyyəsini diri tutan əsl faktor materialist fəlsəfədir. Təkamül nəzəriyyəsi, materialist fəlsəfənin təbiətə uzlaşdırılmış halıdır və elmlə uyğunsuzluğuna baxmayaraq müdafiə olunur. Təkamül nəzəriyyəsi ilə materializm arasındakı bu əlaqə, bu anlayışların "avtoritetləri"lərı tərəfindən də qəbul edilir. Leon Trotsky, "Darvinin kəşfi, bütün orqanik maddə sahəsində diyalektliyin (dialektik materializmin) ən böyük zəfəri oldu" şərhini etmişdir. (Alan Woods, Ted Grant. "Marxism and Darwinism", Reason in Revolt: Marxism and Modern Science, London: 1993) Təkamülçü bioloq Douglas Futuyma, "Marxın insanlıq tarixini açıqlayan materialist nəzəriyyəsi ilə birlikdə, Darvinin təkamül nəzəriyyəsi materializm zəminində böyük bir yolun qəti idi" deyə yazır. (Douglas Futuyma, Evolutionary Biology, 2. b., Sunderland, MA: Sinauer, s. 3)

 Təkamülçü paleontoloq Stephen J. Gould isə, "Darvin təbiəti şərh edərkən çox tutarlı bir materialist fəlsəfəni tətbiq etdi" deyir. (Alan Woods, Ted Grant, "Marxism and Darwinism", Reason in Revolt: Marxism and Modern Science) 

ELMİ YOLLA ARAŞDIRMAQ 

Yaxşı bəs materializmin bu yanaşması doğrudurmu? Bir fəlsəfənin doğruluğunu ya da yanlışlığını test etməyin üsulu, o fəlsəfənin elmi maraqlandıran iddialarını "elmi yolla araşdırmaq"dır. Məsələn X əsrdə bir filosof ortaya çıxıb, Ayın səthində sehrli bir ağac olduğunu, bütün canlıların əslində o nəhəng ağacın budaqlarında meyvə kimi yetişib və oradan dünyaya düşdüklərini önə sürə bilərdi. Bəziləri də bu fəlsəfəni cazibədar görüb mənimsəyə bilərdilər. XX əsrdə Aya çıxdıqdan sonra bu cür fəlsəfəni önə sürməyin mənası qalmazdı, çünki orada elə bir ağac olub olmadığı elmi yolla, yəni müşahidə və təcrübələrlə anlaşılmışdı. (Harun Yəhya, Təkamül Aldatmacası)  

Materializmin iddiasını da eyni elmi yolla sorğulaya bilərik. Maddənin sonsuzdan bəri var olub olmadığını, maddənin maddə üstü bir Yaradıcı olmadan özünü təşkil edib sistemləşdirməyəcəyini və canlılığı ortaya çıxarıb çıxarmayacağını araşdıra bilərik. Bunu etdikdə materializmin əslində çökmüş olduğunu görərik. Çünki maddənin sonsuzdan bəri var olduğu düşüncəsi, kainatın yoxdan var edildiyini isbat edən Big Bang nəzəriyyəsi ilə yıxıldı. Maddənin özünü sistemləşdirdiyi və canlılığı ortaya çıxardığı iddiası isə "təkamül nəzəriyyəsi" deyilən iddiadır və XX əsr elminin ortaya qoyduğu dəlillərlə o da çökdü. 

ƏVVƏL MATERİALİST SONRA ALİM  

Əgər insan materializmə inanmaqda israrlıdırsa, materialist fəlsəfəyə olan bağlılığını hər şeydən üstün tutursa, onda təcrübə və müşahidələrin nəticəsini qəbul etməz. Əgər "əvvəl materialist, sonra alim"dirsə, təkamülün elm tərəfindən yalanlandığını görsə materializmi tərk etməz. Əksinə, təkamülü nə olursa olsun bir yolla dəstəkləməyə çalışaraq materializmi xilas etməyə, ayaq üstə saxlamağa çalışacaq. Bu gün təkamül nəzəriyyəsini müdafiə edən alimlərin vəziyyəti tam olaraq budur.  

Qəribədir ki, bunu bəzən özləri də etiraf etdirlər. Harvard Universitetindən məşhur genetik və təkamülçü olan Richard Lewontin, "əvvəl materialist, sonra elm adamı" olduğunu belə etiraf edir: "Bizim materializmə bir inancımız var, 'a priori' (əvvəldən qəbul edilmis, doğru sayılmış) bir inancdır bu. Bizi dünyaya materialist bir açıqlama verməyə məcbur edən şey, elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan a priori bağlılığımızdan, dünyaya materialist açıqlama gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğdan, İlahi bir açıqlamanın səhnəyə girməsinə icazə vərmərik." (Richard Lewontin, "The Demon-Haunted Word", The New York Rewiev Books, 9 Yanvar 1997, s. 28) 

Lewontin`in istifadə etdiyi "a priori" termini olduqca əhəmiyyətlidir. Bu fəlsəfi termin, heç bir empirik (təcrübi) məlumata söykənməyən bir versiyanı ifadə edir. Bir düşüncənin doğruluğuna dair bir məlumat yox ikən, onu doğru fərz edər və elə qəbul etsəniz, bu "a priori" bir düşüncədir. Təkamülçü Lewontin`in açık ifadə etdiyi kimi, materializm də təkamülçülər üçün "a priori" bir qəbuldur və elmi bu qəbula uydurmağa çalışırlar. Materializm bir Yaradıcının varlığını qəti rədd etməyi məcburi bildiyi üçün də, əllərindəki tək alternativ olan təkamül nəzəriyyəsinə sarılmışlar. Təkamül elmi yolla nə qədər yalanlanarsa yalanlansın fərq etməz; həmin elm adamları onu bir dəfəlik "a priori doğru" olaraq qəbul etmişdir. 

QƏRƏZLİ BAĞLILIQ

 Bu qərəzli mövqe, təkamülçüləri "şüursuz maddənin öz özünü sistemləşdirdiyinə inanmaq" kimi elmə və ağla zidd bir inanca aparır. Materialistlərin və təkamülçülərin müdafiə etdiyi "maddənin özünü-sistemləşdirməsi" anlayışı da, bunun açıq ifadəsidir. Robert Shapiro`nun qəbul etdiyi kimi, "maddənin özünü təşkilatlandırması... heç vaxt detallı şəkildə tərif edilməmis ya da varlığı göstərilə bilinməmişdir. Belə bir prinsipin varlığına, dialektik materializmə bağlılıq naminə inanılır." (R. S. Origins: Asceptics Guide to the Creation of life on Earth, New York 1986, s. 175) 

Elə dünya miqyasındakı təkamülçü propaqandanın təməlində bu materialist doqma yatır. Qərbin öncül media orqanlarında, məşhur və "tanınan" elm jurnallarında davamlı olaraq qarşılaşdığınız təkamül propaqandası, bu cür ideoloji və fəlsəfi zərurətin nəticəsidir. Təkamül, ideoloji baxımdan imtina edilməz sayıldığından, elmin standartlarını müəyyən edən materialist dairələr tərəfindən müzakirə olunmaz bir büt halına gətirilmişdir. Digər elm adamları isə, öz kariyeralarının davamı üçün, bu zorakı nəzəriyyəni müdafiə etmək, ya da ən azından əks mövqe bildirməmək vəziyyətindədir. Qərb ölkələrindəki alimlər, "dosent", "professor" kimi ünvanlara çatmaq və bunları qorumaq üçün hər il müəyyən elm jurnallarında məqalə dərc etdirmək məcburiyyətindədirlər. Biologiyaya aid həmin jurnalların hamısı da materialist təkamülçülərin idarəsindədir. Dolayısı ilə, hər bioloq, bu hakim inanca bağlı qalaraq çalışma aparmağa məcburdur. Ancaq materialistlər təkamülü nə qədər qəbul etdirməyə çalışsalar da uğursuz olacaqlar. Çünki üstün güc sahibi Yaradıcımız olan Allahın varlığının aşkar dəlilləri bütün kainatı qucaqlayıb sarmışdır. 

Allah bir Quran ayəsində belə vəd etmişdir: "Xeyir, Biz haqqı batılın təpəsinə atarıq, o da onun beynini darmadağın edər. Bir də baxarsan ki, o, yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza!" (Ənbiya Surəsi, 18) 

Bu məqalə, Mərcək Jurnalı 17-ci sayında (Noyabr 2002) 8-ci səhifədə dərc olunmuşdur.


Bookmark and Share

Şərhlər(1)
233 oxunma
GÜNDƏM
təkamül materializm marx darwin elm 

1
Anti_yalan yazıb:

Bizim "Alimler" hele yaxin 10 ilde "tekamul nezeriyyesi"ni orta mekteb kitablarindan yigisdirmaq istemirler.Elmleri catsa hele bir NeoDarwinistlere balta sapi olarlar.

Mart 3, 2008 7:21

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog