KƏPƏNƏKLƏRDƏN KOMPYUTERLƏRƏ ÇÖZÜM
rethinkAprel 15, 2008 23:49
Günümüzdə kompyuterlər həyatımızın hər anına girmiş vəziyyətdədir. Evimizdə, iş yerlərimizdə hətta avtomobillərimizdə... Günün iyirmi dörd saatını kompyuterlərin qabağında keçirə bilirik. Bu qədər yoğun istifadəyə sahib olan kompyuterlərdəki texnologiya da hər keçən gün böyük bir sürətlə təkmilləşir. Yaşayış standartlarının yüksəlməsi kompyuterlərin işləmə sürətinin də eyni templə dəyişməsini gərəktirir. Beləcə də kompyuterlər gün keçdikcə daha da modernləşirlər. Yeni çıxan modellər baş döndürücü sürətlərə rahatlıqla çata bilir. Kompyuterlərin işləmə sürətini müəyyən edən çiplərin daha sürətli olması, daha çox məlumatın daha qısa vaxtda təhlil olunması deməkdir. Ancaq bu çiplər sürətləndikcə daha çox elektrik istehlakına səbəb olur və bunun nəticəsində çip həddən artıq qızır. Kompyuter çipinin əriməməsi üçün isə soyudulması başlıca şərtdir. Ancaq mövcud pərvanə soyuducular, son model çipləri soyutmağa yetərli ola bilmir. Bu isinmə probleminə yeni çözüm arayışları içindəki çip istehsalçıları nəhayət təbiətdən hazır şəkildə bir həll yolu tapdıqlarını açıqladılar:
“Kəpənək qanadları, təchizatlarında mükəmməl bir sistemi də özündə ehtiva edir. Tufts Universitetində aparılan araşdırma, kəpənəyin qanadlarında bir soyutma sistemi olduğunu ortaya çıxardı. Bu soyutma sistemi kompyuter çiplərinin mövcud soyutma sistemi ilə qarşılaşdırıldığında çox yüksək bir performansa sahip olduğu ifadə edilir. Bu mövzu ilə əlaqədar olaraq, Amerika Beynəlxalq Elm Cəmiyyətindən, maşın mühəndisi Prof. Dr. Peter Vonq`un başçılığında bir araşdırma heyəti təşkil olunmuşdur.

![]()
Kəpənəklər soyuq qanlı canlılar olduqları üçün vücud istiliklərini ən məhsuldar şəkildə, davamlı olaraq tənzimləmək məcburiyyətindədirlər. Bu çox böyük bir problemdir. Çünki uçarkən sürtünmə ilə əlaqədar böyük miqdarda istilik əmələ gəlir və bu istiliyin dərhal soyudulması gərəkdir. Əks halda kəpənəyin həyatını davam etdirə bilməsi mümkün deyil. Çözüm yolu isə, qanın qanadlardakı çox incə naqilə bənzər toxumaların içindən keçirilməsi ilə təmin olunur. Bu yolla vücudda əmələ gələn istilik aradan qaldırılmış olur.”

Bu yeni soyutma texnikasının, çip istehsalçılarının xidmətinə girməsi üçün çalışmalar davam etdirilir. Unudulmamalıdır ki kəpənəklərdəki bu bənzərsiz təchizatı, ilk ortaya çıxdıqları andan bəri vardır. Əks halda kəpənəklərin yaşaması mümkün deyil. Kəpənək qanadlarının belə qüsursuz bir çözümlə yaradılmış olması, bizlərə yaradıcımız olan Allah`ın üstün elm və qüdrətini göstərməkdədir.
Şərhlər(0)
202 oxunma
GÜNDƏM, BİOMİMETİKA
kəpənəklərdən-kompyuterlərə-çüzüm texnologiya-allahin-rəhmətidir informasiya çip-istehsalçıları tufts-universiteti

