Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 8957
  • Dünənki hit: 303
  • Bugünki hit: 78
  • Ümumi hit: 61831

Müxtəlif

DEMOKRATİK TOTALİTARIZM VƏ YA DEMOKRATUR

rethink
Yanvar 25, 2008 22:31

Totalitar bir dövlət üçün dəyənək nəyi ifadə edirsə demokratiya üçün də propaqanda onu ifadə edir – Noam Chomsky

CFR (Council On Foreign Relations) Xarici Münasibətlər Şurasıdır, məqsədi Amerikanın xarici siyasətini yönləndirməkdir. Amma bir ölkənin həm də Amerika kimi bir ölkənin xarici siyasətini yönləndirmək yalnız qərar mexanizmlərini ələ keçirməklə mümkün olmur. Çünki Amerika və digər Qərb ölkələri demokratik ölkələrdir və dövlət aparatının qərarlarına xalqın düşüncəsi böyük ölçüdə təsir göstərir. Belə ki, xarici siyasət sahəsində radikal bir qərar verə bilmək üçün xalqın dəstəyinə ehtiyac var. Xalq dəstək (yəni başlıca olaraq seçkidə səs) verməzsə idarəedici elitalar istədikləri siyasəti yürüdə bilməzlər. Bununla müqayisədə idarəedicilərin xalqın istəyinə baxmayaraq istədikləri qərarı verdikləri sistemlərə totalitar sistemlər deyilir.

Davamı...

Şərhlər(1)
223 oxunma
İDEOLOGİYALARIN ÇÖKÜŞÜ
demokratur azadlıq media chomsky totalitarizm 

TURBO KAPİTALİZM (3)

rethink
Yanvar 25, 2008 22:23

Beynəlxalq maliyyə qurumları və təşilatlar dünya miqyasında mövcud olan borca əsaslanan pul sistemi sayəsində ölkələrin təbii sərvətlərini fərdi mənfəətlərinə yönəldirlirər.Bu gün elə vəziyyətə gəlindi ki, ölkələr kapitalizmin vəya sərbəst bazar iqtisadiyyatının hansı modelini tətbiq edirlər etsinlər mövcud pul sisteminin istismar xortumlarından qurtula bilməzlər.Bunun tək çarəsi  mövcud pul sistemi və spekulyasiyaların real iqtisadiyyatdan qəti şəkildə ayrılması lazımdır. Çünki mövcud pul və pul sistemi ölkələrin real iqtisadiyyatlarını təmsil etmir. O halda nəyə görə təmsil edirmiş kimi bir münasibət görsün? Davamı...

Şərhlər(0)
135 oxunma
PUL VƏ SİYASƏT

TURBO KAPİTALİZM (1)

rethink
Yanvar 25, 2008 22:22

Hal-hazırda qlobal güclərin mübarizəsində  xalq həm ən çox zərər çəkən, həm də gün bə gün oyundan  uzaqlaşdırılan tərəfi təmsil edir.  Beynəlxalq şirkət və  maliyyə qurumları bütün dünyanı zəbt etmiş və  xalqın seçdiyi hökumətlər isə çarəsiz qalmaqdadırlar(azad seçki olmayan ölkələrdə daha betər).  Xalq isə  nə qədər təzyiq edirsə etsin, hökmətlər bu qlobal güclər qarşısında çox gücsüzdür. Davamı...

Şərhlər(1)
139 oxunma
PUL VƏ SİYASƏT

TURBO KAPİTALİZM (2)

rethink
Yanvar 25, 2008 22:22

Heç bir ölkədə “sərbəst bazar iqtisadiyyatı”  sərbəst deyil.  Sərbəst bazar iqtisadiyyatı hər bir ölkənin özünəməxsus xüsusiyyətlərinə görə fərqli  şəkildə həyata keçirilir. Məsələn,  Almaniyada  Sosiyal yönümlü bazar iqtisadiyyatına üstünlük verildi. Türiyədə isə “nə şiş yansın nə kabab” məntiqiylə  “karma iqtisadiyyat” tətbiq olundu. Çünki sərbəst bazar deyilsə Sosialistlərin(solçuların) xətrinə dəyər,  İnzibati amirlik deyilsə isə ABŞ(sağçılar) inciyər. Davamı...

Şərhlər(0)
115 oxunma
PUL VƏ SİYASƏT

Narahatlıq artır

rethink
Yanvar 25, 2008 22:11

Ətrafımızdakı və dünyadakı siyasi gərginliklər zehinimizi olduqca məşğul edərkən, ümumiyyətlə, bu siyasi gərginliklərə bağlı olaraq yaranan və artan iqtisadi gərginlikləri unuduruq. Hansı hansının səbəbidir həmişə qarışdırırıq. 

Bu qaydanı "texniki olaraq" bilməyimizə baxmayaraq nəzər nöqtəmizin və analizlərimizin mərkəzinə heç cür yerləşdirə bilməmişik. O da "dünyadakı bütün hərblərin arxasında bazarı bölüşdürmək problemi yatır" qaydasıdır.  

İndi hadisələrə bir də iqtisadi baxımdan baxaq. BOP (Böyük Orta-şərq Proyekti) 2003-cü ildə rəsmi olaraq dünyaya elan edildi və hərəkətə keçirildi. İraq işğalı eyni il oldu. Əfqanıstanın işğalı da eyni dövrə rast gəlir.

Davamı...

Şərhlər(0)
111 oxunma
GÜNDƏM

İqlim Dəyişməsi və Kəpənək effekti

rethink
Yanvar 25, 2008 22:10

Yer üzünə tamamilə hakim olma fikiri insanoğlunun həmişə xəyallarını bəzəmişdir. Xüsusilə də insan, iqlimi kontrol altına alaraq yer kürəsini istədiyi kimi yenidən şəkilləndirməyi çox istəmişdir.

Bu fikirlər, xüsusilə 1950 ilə 1960 illəri arasında elmi işlərlə də dəstəklənmişdir. Bu illər iqlim mühəndislərinin qızıl illəridir. Bu dövrdə atmosfer şərtlərinin dəyişdirilə biləcəyi və iqlimin kontrol altına alına biləcəyi mövzusunda yüzlərlə "elmi" məqalə nəşr edilmişdir. 

Kompüterlərin və süni peyklərin təkmilləşdirilməsi ilə bunun mümkün olacağına inanılırdı. O dövrün pozulmuş elm anlayışının təsirləri iqlim mühəndislərində də vardı. Təkmilləşdirilmiş kompüterlər və süni peyklər sayəsində yağışı necə yağdıracaqlarını tapacaq və yağmur miqdarını istədikləri şəkildə ehtiyaclarına görə nizamlayacaqdılar. İstədikləri zaman yağışı dayandıracaqdılar. Buludları istədikləri yerə apararaq oraya yağış yağdıracaqdılar. İstədikləri yerdə göl meydana gətirəcəkdilər.

Davamı...

Şərhlər(0)
123 oxunma
GÜNDƏM

Darwinizm İnsanın Gərəksiz və Məqsədsiz Olduğu Yalanını iddia edir

rethink
Yanvar 25, 2008 21:52

Təkamülçü George Gaylord Simpsonun aşağıdakı sözləri, Darwinizmin insan haqqındakı tamamilə yanlışlar üzərinə qurulan dünya görüşünü ən açıq şəkildə göstərməkdədir:İnsan, kainatda anlama tutumuna və potensialına sahib tək varlıqdır. Amma şüursuz və ağılsız maddələrin bir məhsuludur. Beləcə dünyaya gəlişini özü bacarmış olan insan, yalnız özünə qarşı məsuldur.

Klassik Darwinist yalanlardan biri olan bu iddia, ictimai çöküşün təməlində duran əsas səbəblərdən biridir. Darwinistlər, insanın dünyaya gəlişini özünün bacardığı yanlışını qarşıya qoyarkən bir tək elmi dəlil belə təqdim edə bilməməkdə, ideoloji səbəblərlə bu aldatmacanı yaşatmağa çalışmaqdadırlar. Bu əsassız iddiaya görə, insan varlığının əvvəldən təyin olunmuş heç bir məqsədi yoxdur. Bu “məqsədsiz” varlıq, zatən bir gün öləcək və yox olacaq. Halbuki gerçək belə deyil. Allah insanı yoxdan yaratmışdır.

Davamı...

Şərhlər(0)
173 oxunma
POSTATEIZM

İstehsal amilləri və bölüşdürmə

rethink
Yanvar 25, 2008 21:27

Nemət

İstehsal faktorlarının birincisi üçün təbii resurs (qaynaq) yerinə nemət anlayışından istifadə etmək daha düzgün olar. Həyat və həyatın davamlılığı üçün gərəkli şəraiti təmin edən faktorların hamısına nemət deyilir. Nemət deyərkən həm hidroelektrik stansiyada elektrik istehsalı üçün resurs olaraq istifadə etdiyimiz suyu, həm də suyun dövriyyəsini daimi edən su xaricindəki bütün faktorları da ifadə etmiş oluruq. Bir anlığa suyun mövcud olduğunu, amma bu şəkildə işləyən  bir sistemin (yəni dəniz və okeanlardan buxarlanan su külək vasitəsilə quruya gətirilir, sonra yağmur vasitəsilə quruya hopan sudan çaylar əmələ gəlir, çaylar da yenidən dənizlərə tökülür) mövcud olmadığını düşünək. Suyun dövriyyəsini təmin edən bir sistem qurmağa gücümüz çatmadığı üçün onu elektrik istehsalı üçün bir faktor olaraq istifadə edə bilməzdik. Bu halda elektrik istehsalında istifadə etdiyimiz suyu dəyərli edən şey ona davamlılıq verən bir nizamın varlığıdır. Bu açıqlamalar məhsulun istehsalında menət faktorunun önəmini vurğulamaq üçün bəs edər. Davamı...

Şərhlər(0)
139 oxunma
MƏDƏNİYYƏT

Resurslar məhduddurmu?

rethink
Yanvar 25, 2008 21:25

Resursları ümumi olaraq iki yerə ayıra bilərik: potensial resurslar və istifadə edilən resurslar.

Astronomiya ilə maraqlanan alimlər kainatın genişlənməkdə olduğunu müəyyən ediblər (Big Bang). Hər gün yeni qalaksiyalar, yeni ulduzlar kəşf edilir. Insanlar kosmosa yeni-yeni çıxır və yaxın illərdə kainatın insanlara necə imkanlar verəcəyini bilmirik. Amma orada sonsuz bir potensialın olduğunu müəyyənləşdirə bilirik. Kosmosdakı bu resurslar “nə zaman və necə əldə edilər” bu başqa bir mövzudur, amma kosmosda ucsuz-bucaqsız bir potensialın var olduğunu deyə bilərik.

Davamı...

Şərhlər(0)
130 oxunma
MƏDƏNİYYƏT

Yeni İqtisadi Konsepsiya üzərinə

rethink
Yanvar 25, 2008 21:19

Mövcud iqtisad elmi iki təməl aksioma söykənir. Bunlardan biri resursların məhdud olması, digəri isə ehtiyacların sonsuz olmasıdır. Görəsən bunlar həqiqəti ifadə edirmi? Yoxsa məqsədli bir iqtisadiyyat icad etmək üçün təklif edilmişdir? Əgər gerçək olmayan bir təklifdirsə, resurslar və ehtiyaclarla bağlı həqiqət nədir? İlk öncə ehtiyacların sonsuz olması iddiasından başlayaq.

Ehtiyaclar sonsuzdur?

Davamı...

Şərhlər(1)
135 oxunma
MƏDƏNİYYƏT

Mövcud İqtisadi Doktrin

rethink
Yanvar 25, 2008 21:11

Bugünki iqtisadi doktrin resursların məhdud, ehtiyacların isə sonsuz olduğunu qəbul edir və bu aksiom üzərində də iqtisad elmi inşa edilmişdir. Bu askiom nə dərəcədə həqiqəti əks etdirməkdədir? Həqiqətən resurslar məhdud, ehtiyaclar sonsuzdur? Bugünki iqtisad elminin təməli olan bu məsələ kifayət qədər müzakirə olunmamışdır. Resursların ehtiyacları ödəməkdə kifayət etməməsi gələcəkdəki ehtiyaclarını ödəmək üçün hamını ehtiyacı olan miqdardan daha çox pay almağa vadar edir. Bu vəziyyətdə resurslar daha da qıtlaşır. Zatən kifayət etməyən resurslar üzərində gələcək ehtiyacları (bunları ehtiyacdan daha çox ehtiras hesab etmək olar) da ödəmək üçün pay almaq istəyi mübarizəyə səbəb olur. Bunun nəticəsində güclü olan daha çox pay alır, gücsüz olan isə gündəlik məcburi olan ehtiyaclarını da ödəyə bilmir. Belə bir anlayış dövlətlərarası müharibələrə səbəb olur. Davamı...

Şərhlər(0)
107 oxunma
MƏDƏNİYYƏT

Haqq və Batil Arasindaki Fərq

rethink
Yanvar 25, 2008 21:00

Haqq sözünün lüğət mənası “dəyişməz” deməkdir. Termin olaraq mənası isə “hər şərt altında doğru olan şey” deməkdir. Məsələn, iki dəfə ikinin dörd etdiyi kimi. Batil kəliməsinin lüğət mənası “səhv, yanlış” deməkdir. Termin olaraq mənası isə “hər şərt altında yanlış olan şey” deməkdir. Məsələn, iki dəfə iki üç edir, iddiası kimi. Bugünki qərb mədəniyyəti özlərinin hər zaman ifadə etdikləri kimi qədim Roma mədəniyyətinə, qədim Roma mədəniyyəti qədim Yunan mədəniyyətinə, qədim Yunan mədəniyyəti də qədim Misir mədəniyyətinə yəni Fironlara söykənməkdədir. Fironlar insanlara zülm edərkən bu etdikləri zülmləri “biz sizə zülm edirik” deyə etməzlərdi. Etdikləri zülmləri “bu bizim haqqımızdır” deyə edərlərdi.  Səhvləri onların haqq anlayışının yanlış yəni batil olmasında idi. Davamı...

Şərhlər(0)
101 oxunma
MƏDƏNİYYƏT

QƏRBİN İNSAN ANLAYIŞI

rethink
Yanvar 23, 2008 20:17

Fransanın sabiq prezidenti Jak Şirak Türkiyəni də içinə qataraq hamımız Bizansın övladlarıyıq demişdi. Burada önəmli olan olan Türkiyənin Bizansın övladı olub-olmaması yox, Şirakın sözlərinin doğru oxunmasıdır. Bu sözləri ilə Avropanın qabaqcıl dövlət adamı bir tərəfdən öz mədəni köklərini izah edir, digər tərəfdən bir istiqamət göstərir. Biz mövzumuzla əlaqəli olduğu üçün Qərb mədəniyyətinin tarixi kökləri ilə maraqlanırıq. Fransa dövlət başçısı köklərinin Roma mədəniyyətinə uzandığını ifadə edir. Bizi də maraqlandıran Roma mədəniyyətinin insana baxışıdır. Bildiyimiz kimi, Romada insanlar iki yerə ayrılmışdı: romalılar və pariyalılar. Romalılar üstün insan olaraq pariyalılar üzərində hər hüquqa sahib idilər. Burada əsas məsələ romalıların özlərini üstün insan olaraq görməsi və pariyalılara bir heyvan kimi davranmalarıdır. Davamı...

Şərhlər(1)
340 oxunma
MƏDƏNİYYƏT
qərb insan mədəniyyət islam kainat 

GÜC MƏRKƏZLİ MƏDƏNİYYƏTİN MEYDANA GƏTİRDİYİ NƏTİCƏLƏR

rethink
Yanvar 23, 2008 20:13

İkili standart

İstikbar (özünü yaradılışdan üstün görmə) böyük bir diskriminasiyadır. Bu inanc İnsanoğlunu iki böyük qruba ayırır: bir tərəfdə gücü əlində tutan imtiyazlı (privileged) yaradılmış hüquqi baxımdan “üstün insan”, digər tərəfdə bu insanlara xidmət üçün yaradılmış “digərləri”. Bu mədəniyyətlərin insan anlayışı diskriminasiyaya söykəndiyi üçün ən azından hər qrup üçün iki standart olmalıdır. Yəni ikili standartlı olmaq güc mərkəzli mədəniyyətin bir xüsusiyyətidir.

Davamı...

Şərhlər(0)
116 oxunma
MƏDƏNİYYƏT

Güc mərkəzli mədəniyyətlər

rethink
Yanvar 23, 2008 20:04

Güc mərkəzli mədəniyyətlərin üç dayağı var. Birinci dayaq bilikdir. Bilindiyi kimi gücün qaynağı bilikdir. İstər elmi, istər texnoloji, istərsə də informatik (yəni xəbərə dayanan) bilgi olsun hamısı bir gücü ifadə edir. Bilgi sahəsində öndə olan gücdə də öndədir. Tarix bilginin önəmli bir güc olduğunu göstərən sübutlarla zəngindir. Atəşi tapan toplumların atəşi bilməyən toplumlardan daha güclü olduğunu, təkəri icad edən toplumların təkərlə hələ də tanış olmayan toplumlar üzərində üstünlük qurduğunu bilirik. İnformasiya cəmiyyətində bu gerçək daha da önə çıxmaqdadır. Dünyanın ən zənginləri arasında olan Bill Gates-in bu iqtisadi gücündə bilgiyə borclu olduğunu bilirik. Davamı...

Şərhlər(0)
94 oxunma
MƏDƏNİYYƏT

MƏDƏNİYYƏT ANLAYIŞI ÜZƏRİNƏ - 1

rethink
Yanvar 23, 2008 19:56

GÜC MƏRKƏZLİ MƏDƏNİYYƏTLƏR

GÜC MƏRKƏZLİ MƏDƏNİYYƏTİN MEYDANA GƏTİRDİYİ NƏTİCƏLƏR

QƏRBİN İNSAN ANLAYIŞI

HAQQ VƏ BATİL ARASINDAKI FƏRQ

MÖVCUD İQTİSADİ DOKTRİN

YENİ İQTİSADİ KONSEPSİYA ÜZƏRİNƏ

RESURSLAR MƏHDUDDURMU?

İSTEHSAL AMİLLƏRİ VƏ BÖLÜŞDÜRMƏ

----------------------------------------------------------------------------------------------------

Mədəniyyət deyərkən nə anlayırıq və ya nəyi anlamalıyıq? Onu əhəmiyyətli edən, onu meydana gətirən ünsürlər hansılardır?Yaradıldığı gündən bəri İnsan zehnini ən çox məşğul edən üç varlıq olmuşdur. Yaradıcı, İnsan və Mühit və ya Kainat. Elm adamları və filosoflar insanı və kainatı tarixin ilk çağlarından bəri anlamağa çalışırlar. İnsanlar bir tərəfdən özünü və Yaradıcını tanımaq, digər tərəfdən kainatın sirlərini kəşf etmək üçün bəzən dinə, bəzən də elm və fəlsəfəyə yönəlmişlər. Kainat və insan haqqında həm filosofların, həm də elm adamlarının səyləri nəticəsində böyük bir bilik ehtiyatının təmin edildiyi inkar edilə bilməz. Ancaq bu sahədə biliklərimiz artdıqca sonu olmayan yolda irəlilədiyimizin fərqindəyik.

Davamı...

Şərhlər(0)
105 oxunma
MƏDƏNİYYƏT

DİN ƏXLAQI OLMAZSA NƏLƏR OLAR?

rethink
Yanvar 23, 2008 19:42

1) Hər şeydən əvvəl dinin olmadığı bir cəmiyyətdə, dinsizlik və təməli inancsızlıq üzərinə qurulan görüşlər rəğbət görər, bir çox sapn fikir sistemi yayılmaq üçün zəmin tapar. Fərdlər öz mənliklərindən, ortaq şəxsiyyətlərindən uzaqlaşarlar. Təməlini Allahı inkar və dinsizlik üzərinə oturtulmuş olan materializm kimi fəlsəfələr və kommunizm kimi ideologiyalar o cəmiyyəti sa zamanda bir tor kimi sarılar. sası belə bir cəmiyyətdə dinin yoxluğundan meydana gələn boşluğu, separatçı və degenerasiya edici fikir sistemləri doldurmağa cəhd edər.

Davamı...

Şərhlər(0)
176 oxunma
GÜNDƏM
əxlaq din degenerasiya inancsızlıq cəmiyyət 

AVROPANI FƏTH ETMƏK ÜZRƏ OLAN KAMPANİYA

rethink
Yanvar 23, 2008 19:23

(POLITIKEN QƏZETİNDƏ YARADILIŞ ATLASI İLƏ ƏLAQDAR ÇIXAN 3-CÜ XƏBƏR)

Politiken Qəzetində 13 Senyabr 2007 tarixində nəşr olunan xəbər

"Avropa’nı Fəth etmək Üzrə Olan Kampaniya"

Danimarkanın ən yüksək tirajlı qəzeti olan Politiken, 13 Sentyabr 2007 tarixində "anti-Darvinist Borbardman" başlıqlı bir xəbər nəşr etdi. Təxminən yarım milyon oxuyucusu olan qəzetdə, Yaradılış Atlası ilə əlaqədar xəbər vardı:  Təkamül nəzəriyyəsinə qarşı reallaşdırılan beynəlxalq kampaniya, Danimarkanı vurdu. Darvinin, bir çox şey kimi, Faşizm və terrorizmdən də məsul bilindiyi kitab, 6.5 kiloqram ağırlığında və 765 səhifə.  

Müsəlman yaradılışçıların Darvin və təkamül nəzəriyyəsinə qarşı mübarizəsi nəticəsində, dünyanın böyük bir hissəsinə minlərlə göndərilən bu əsər, Harun Yəhya tərəfindən imzalanmışdı. Gerçək adı Adnan Oktar olan yazıçıya görə, təkamül nəzəriyyəsi tək "Yaradılış" inancına deyil, Allahın yaratmasına da qarşı çıxır.

Atlas, mətinlər və mənbə göstərilərək şəkillərlə Darvinin səhv olduğunu "isbat edir". Əslində bundan daha da ziyadəsini edir. Təkamül nəzəriyyəsinin Nasizm, irqçilik, kommunizm, faşizm və terrorizmdən məsul olduğunu bildirir.

Davamı...

Şərhlər(0)
274 oxunma
GÜNDƏM
politiken yaradılış harun avropa materialist 

SSRİ-nin ÇÖKÜŞÜNÜN 17-Cİ İLİNDƏ KOMMUNİZMİN GƏLƏCƏYİ

rethink
Yanvar 22, 2008 20:10

SSRİ-nın dağılmasının üzərindən 17 il keçdi. Hal-hazırda kommunizmin artıq bir təhlükə olmadığını, çökdüyünü zənn edənlər böyük səhf edirlər. Çünki kommunizm yıxılmamış, dialektik materializmin ən əhəmiyyətli qanununa uyğun olaraq ''iki addım geri'' atmışdır. 

Leninin haqqında kitab yazdığı bu ''Bir addım İrəli, İki addım Geri'' qanununa görə kommunistlər hədəflərinə çatmaq üçün gərəkərsə bir neçə addım geri ataraq sanki hədəflərindən uzaqlaşmış kimi görünərlər. Kommunist Çindəki məktəb uşaqlarına da bu səbəblə üç addım irəli, iki addımın geri əsasına söykənən ''dialektik yerimə yolu'' öyrədirlər. 

Buna ən konkret nümunələrdən biri kommunistlərin ailə təşkilatı haqqındakı düşüncələridir. Dialektik materializmin qurucusu Karl Marxa görə kommunizmə çatmaq üçün əvvəlcə evlilik təşkilatı ortadan qaldırılacaq. (Eynilə bu günkü Avropada olduğu kimi) Kommunist Manifestdə Marx, ''proletar arasında ailə təşkilatının dərhal aradan qalxdığı və fahişəliyin çox məşhur olduğu''nu söyləyir və bundan bu nəticəyə çatır: ''... burjua ailəsinin ortadan qalxması gərəkdir.''

Davamı...

Şərhlər(2)
687 oxunma
İDEOLOGİYALARIN ÇÖKÜŞÜ
dialektik-materializm totalitar-ideologiyalar vəhşi-kapitalizm kommunist-manifest bir-addım-irəli-iki-addım-geri 

NƏTİCƏ VƏ ƏDƏBİYYAT

rethink
Yanvar 22, 2008 20:01

. . . Ateizmdən qurtulan dünya, Allah'a və dinə yönələcəkdir . . . 

 . . . 'Hansı din' sualı gündəmə gəlir. Və bu da insanlığın, İslam'a yönəlməsi ilə nəticələnəcək. Bu period çoxdan başlamışdır . . .

 . . . Müsəlmanlara önəmli funksiya düşür. Müsəlmanlar; dünyadakı bu böyük fikri dəyişiklikdən xəbəri olan, onu təhlil edən, globallaşmanın vəsilə olduğu fürsət və imkanları çox yaxşı dəyərləndirən, bu yolla həqiqəti ən yaxşı və təsirli şəkildə təmsil edən insanlar olmalıdırlar . . . 

. . . Təməl ayrılıq; Müsəlmanlar ilə Əhl-i Kitab arasında deyil, Müsəlmanlar və Əhl-i Kitab ilə ateistler, bütpərəstlər, dinsizlər arasındadır. Şübhəsiz bunlara da düşmən olaraq deyil, xilas olunmalı qafillər olaraq baxılmalıdır . . .

. . . Qafil insanların imanla şərəflənəcəyi 'POST ATEİZM' dövrü, sürətlə yaxınlaşmaqdadır . . .

Davamı...

Şərhlər(0)
121 oxunma
POSTATEIZM

Din Əxlaqına Yönəliş

rethink
Yanvar 22, 2008 19:46

Bura qədər qısaca çatdırdığımız məlumatlar, ateizmin qaçılmaz bir çöküş içində olduğunu açıq göstərir. Bir dir ifadə ilə insanlıq Allah'a yönəlməkdir. Bunun ifadəsi, sadəcə bu məqaləyə sığan elm və ya siyasət sahələri ilə sərhədlənməyib. Məşhur dövlət adamlarından kino ulduzlarına və ya pop sənəilərinə dər, Qərb cəmiyyətinin bir çox 'düşüncə öndəri' əvvəlkinə görə çox dindardır. (bax: Harun Yahya, Qərb Dünyası Allah'a Yönəlir, İstanbul, 2001) Uzun illər ateist olaraq yaşadıqdan sonra, gördüyü gerçəklər qarşısında Allah'a iman edən bir çox insan var. (Bu yazıda kitabından bəzı qeydlər etdiyimiz Patrick Glynn də bunlardan biridir.)

Davamı...

Şərhlər(0)
118 oxunma
POSTATEIZM
ateist sekulyar nur cəmiyyət din 

Tibb: Qəlblərin Necə Aram Olduğunun Kəşfi

rethink
Yanvar 22, 2008 19:34

. . . Harvard Tibb Fakultəsi'ndən Dr. Herbert Benson: Heç bir inanc, Allah'a olan inanc kimi zehnə rahatlıq vermir . . .

. . . Benson: İnsan bədəni və zehni "Allah'a görə əyarlı"dır . . .

. . . Tibb dünyasının yavaş-yavaş hiss etməyə başladığı bu gerçək, Quran'da "...Xəbəriniz olsun; qəlblər yalnız Allahı zikr etməklə aram tapar” (Rad Surəsi, 28) ayəsiylə xəbər verilir . . .

Davamı...

Şərhlər(0)
101 oxunma
POSTATEIZM

CƏMİYYƏT: KOMMUNİZMİN, FAŞİZMİN VƏ "68 NƏSL"İN ÇÖKÜŞÜ

rethink
Yanvar 22, 2008 19:21

. . . Patrick Glynn:

Sekulyar tarixçilər kommunizmin ən böyük xətasının iqtisadi qanunları rədd etmək olduğunu söyləyirlər. Amma başqa qanunlar da var, bu çöküşdə rol oynayan. Tarixçilər kommunizmin çöküş faktorlarını detallı araşdırdıqca, Sovet elitasının bir ateist 'inanc böhranı'nın sancıları içində olduğu aşkara çıxır. 'Böyük Yalan'a söykənən başqa yalanlardan əmələ gələn ateist bir ideologiyanın təsirində yaşadıqları üçün, Sovet sistemi çox kəskin bir demoralizasiya yaşamışdır; bu terminin hər anlamında. Adminstrativ sinif də daxil olmaqla, Sovet xalqı hər cür əxlaqi duyğunu və hər cür ümüdü itirmişdir . . .

. . . Bu gün Qərb dünyasını 'Xristiyan aləmi' olaraq görmə meyli var. Reallıqda isə Qərbdə bu Xristiyan mədəniyyətin yanında, XIX əsrdən etibarən sürətlə yüksələn ateist bir mədəniyyət hakimdir və bu gün 'Qərb' dediyimiz mədəniyyət içində bu iki mədəniyyət qarşı-qarşıyadır. Qərbin imperializm, əxlaqi degenerasiya, despotizm kimi neqativ xüsusiyyətlərinin mənbəyi isə, həmin ateist ünsürdür . . .

. . . Patrick Glynn: ateizm ilə əxlaqi və siyasi fəlakətlər arasında qəribə bir tarixi korelyasiya (birbaşa əlaqə) var . . .

Davamı...

Şərhlər(0)
126 oxunma
GÜNDƏM, POSTATEIZM, İDEOLOGİYALARIN ÇÖKÜŞÜ

PSİXOLOGİYA: FREUDİZMİN ÇÖKÜŞÜ VƏ İNANCIN QƏBULU

rethink
Yanvar 13, 2008 19:32

. . . Freud, ruhun varlığını rədd edən, insanın bütün ruhani dünyasını cinsi və bənzər dünyəvi dürtülərlə (motivlərlə) açıqlamağa çalışan bir psixologiya nəzəriyyəsini ortaya atdı . . .

 . . . Şübhəsiz Freud bu gün fərziyyəsini təkrar qiymətləndirmə imkanına sahib olsa, önə sürdüyü bu bəsit iddianın məntiqsizliyinə özü də çaşıb qalacaq və belə bir ehtimalın axmaqlığına birinci elə özü inanacaq . . .

Davamı...

Şərhlər(1)
245 oxunma
POSTATEIZM
the-future-of-an-illusion ateist-doqmanın-psixologiya-sahəsində-təmsilçisi-sigmundfreud psixologiya-nəzəriyyəsi masonlarin-ve-darwinistlerin-karanlik-ittifaki 

TƏBİƏT ELMLƏRİ: DARWİNİZM`İN ÇÖKÜŞÜ VƏ "ŞÜURLU TƏCHİZATIN" ZƏFƏRİ

rethink
Yanvar 13, 2008 19:21

. . . Darwin “Bir ayı cinsinin təbii seçmə ilə getdikcə suda yaşamağa uyğun xüsuslar əldə etməyində, ağzının getdikcə böyüməsində və nəticədə bu canlının nəhəng bir balinaya çevrilməsində heç bir çətinlik görmürəm” şəklində misallar verərkən əslində böyük bir cəhalət nümayış etdirdiyi ortaya çıxdı . . .

. . . Hətta Nobel mükafatlı ateist alimi Hoyle, təsadüfən hüseyrənin əmələ gəlməsini, 'bir toz yığınına tuş gələn qasırğanın sovurduğu parçalarla təsadüfən bir Boeing 747 təyyarəsinin əmələ gəlməsi qədər xəyal olduğunu' açıqladı . . .

. . . XX əsrin sonunda Darwinizm küncə sıxılıb. Bu gün başda ABŞ olmaqla bir çox Qərb ölkəsində alimlər arasında `süurlu təchizat' (intelligent design) nəzəriyyəsi yayılır . . .

Davamı...

Şərhlər(0)
122 oxunma
POSTATEIZM

FİZİKA VƏ ASTRONOMİYA: TƏSADÜFİ KAİNAT DÜŞÜNCƏSİNİN ÇÖKÜŞÜ VƏ "İNSANİ PRİNSİPİN" KƏŞFİ

rethink
Yanvar 13, 2008 19:08

. . . Qərb alimləri bu gün bu fövqəladə təchizata `İnsani Prinsip` (Anthropic Principle) adını verirlər. Yəni kainatdakı hər bir detal insan yaşayışını izləyən məqsədlə təchiz olunmuşdur . . .

. . . Astrofizik W. Press isə Nature jurnalındakı məqaləsində, "kainatda ağıllı yaşamın inkişafını dəstəkləyən böyük bir təchizat var" deyir . . .

. . . Amerikalı astronom George Greenstein, The Symbiotic Universe (Simbiotik Kainat) adlı kitabında bu gerçəyi belə etiraf edir:

Bu, (fizika qanunlarının yaşayış üçün xüsusi olaraq təchiz olunması) necə mümkün ola bildi?... Sübutlar təhlil olunduqca, israrla önəmli bir gerçəklə qarşılaşırıq, bir təbiət üstü Ağıl müdaxilə etmişdir. Yoxsa əcəba bir anda, heç də o niyyətimiz olmadığı halda, İlahi bir Varlığ'ın var olduğuna dair elmi dəlillərlə mi üz-üzə gəlirik? . . .

. . . Materializm isə, artıq elmin sərhədləri xaricinə atilmiş batil bir inanc olaraq yaşayır. Amerikalı genetik Robert Griffiths, bu gerçəyi, "mübahisə etmək üçün bir ateist axtaranda, (universitetdəki) fəlsəfə hissəsinə gedirəm. Amma fizika bölməsindən artıq heç kim çıxmır" sözləriylə ifadə edir . . .

. . . Qısası, ateizmin ən təməl dayağı olan `təsadüfi kainat` anlayışı bu gün çökmüşdür. Alimlər açıq şəkildə materializmin çöküşündən bəhs etməktədirlər. . .

. . . Allah'ın Quran'da, "Biz göy-üzünü, yer-üzünü və ikisi arasında olanları batil olaraq yaratmadıq. Bu, inkar edənlerin zənnidır..." (Sad Surəsi, 27) ayəsi ilə yanlışlığını açıqladığı zənn, 1970-ci illərdə elm tərəfindən çürüdülmüşdür . . .

Davamı...

Şərhlər(0)
134 oxunma
POSTATEIZM

KOSMONAVTİKA: SONSUZ KAİNAT ANLAYIŞININ ÇÖKÜŞÜ VƏ YARADILIŞIN KƏŞFİ

rethink
Yanvar 13, 2008 18:48

. . . `Sonsuzdan bəri var olan kainat` inancı yıxıldı və kainatın bir başlanğıcı olduğu, başqa ifadə ilə yoxdan yaradıldığı elmi dəlillərlə ortaya çıxdı . . .

. . . Politzer, yaradılışa qarşı sonsuz kainat fikrini qoruyarkən, elmin öz tərəfində olduğunu zənn edirdi. Çox keçmədən Politzer “əgər elə olsa bir yaradanın olduğunu qəbul etmək lazımdır” diyərək aşkara çıxardığı gerçəyi, yəni kainatın bir başlanğıcı olduğu gerçəyini isbat etdi . . .

. . . Reading Universitetindən ateist fəlsəfə professoru Anthony Flew qəribə bir etiraf edir:

Etiraf etməyin insan ruhuna xeyirli olduğunu deyirlər. Mən bir etiraf edəcəm: Big Bang modeli bir ateistə çox sıxıntı verir. Çünki elm, dini qaynaqlar tərəfindən müdafiə olunan bir modeli isbat etmişdir: Kainatın başlanğıcı olduğu iddiasını. Mən hələ ateizmə inanıram, amma bunu Big Bang qarşısında müdafiə etməyin asan və rahat olmadığını etiraf etməliyəm . . .

. . . Modern astronomiyanın gəldiyi nəticə: Maddə və zaman, hər ikisindən də münəzzəh (müstəqil) olan sonsuz güc sahibi bir Yaradan tərəfindən var edilib . . .

Davamı...

Şərhlər(1)
181 oxunma
POSTATEIZM

ATEİZMİN ÇÖKÜŞÜ ↓ – İNANCIN YÜKSƏLİŞİ ↑

rethink
Yanvar 9, 2008 20:46


Şərhlər(1)
168 oxunma
POSTATEIZM
teizm ateizm inanc islam 

  Yazılar cəmi: 28   


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com