KAPİTALİZM VƏ İQTİSADİYYATDA HƏYAT MÜBARİZƏSİ
rethinkAprel 11, 2008 16:12
Kapitalizm termini, sərmayənin hegemonluğunu nəzərdə tutan, sərbəst, sərhədsiz, mütləq mənfəətə söykənən və cəmiyyətin bu meyarlar əsasında sərt bir rəqabət içində olduğu iqtisadi bir sistemi ifadə edir. Kapitalizmin üç əhəmiyyətli ünsürü vardır: Fərdçilik, rəqabət və mənfəət əldə etmək. Kapitalizmdə fərdçilik əhəmiyyətlidir, çünki insanlar özlərini bir cəmiyyətin parçası olaraq deyil, öz başlarına ayaqda dayanan və öz yaşayışlarını qazanmalı olan "fərdlər" olaraq görürlər. "Kapitalist cəmiyyət" isə, fərdlərin son dərəcə çətin və mərhəmətsiz şərtlərlə bir-birləriylə rəqabət etdikləri bir arenadır. Bu, eynilə Darvinin təsvir etdiyi, yalnız güclü olanların yaşaya bildikləri, gücsüz və zəiflərin isə əzilərək yox olduqları, mərhəmətsiz bir rəqabətin hökm sürdüyü bir arenadır.
Kapitalizmin əsası olan bu məntiqə görə, hər fərd -bu bir insan da, bir şirkət və ya bir millət də ola bilər- yalnız öz inkişafı və mənfəətləri üçün savaşmalıdır. Bu döyüşdə ən vacib meyar istehsaldır. Ən yaxşı istehsalçılar ayaqda qalar, zəiflər və gücü çatmayanlar isə uduzub yox olurlar. Nizam bu cür olduqda, sərt bir mübarizədə məğlub olub yox olanların, yoxsulluğa düşərək əzilənlərin "insan" olduqlarına əhəmiyyət verilməz . Diqqətə layiq hesab edilən insan deyil, iqtisadi inkişaf və bu inkişafın məhsulu olan əşyadır. Başqa sözlə, kapitalist zehniyyət, əzərək üzərinə çıxdığı insanın yox olmasına, çətinlik içində yaşamasına qarşı əxlaqi və vicdanı bir məsuliyyət daşımaz. Məhz bu, Darvinizmin, cəmiyyətin iqtisadi həyatına əksiksiz bir şəkildə tətbiq edilmiş halıdır.
Davamı...
Şərhlər(0)
121 oxunma
PUL VƏ SİYASƏT
kapitalist-cəmiyyət sosial-darvinizm darvinist-kapitalist-əxlaq xristianlıqda-sosial-yardımlaşma kapitalizm

