Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 68
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 112
  • Ümumi hit: 65362

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

“QİSMƏTDƏ BU DA VARMIŞ” İNANCI DOĞRU ÇIXDI

rethink
Sentyabr 3, 2008 6:44

Bir atom parçasının harda və hansı sürətlə hərəkət edəcəyini 43 saniyə öncədən təsbit edən bir model quraşdıran Hollandiyalı fizik Hooft, səmavi dinlərin müdafiə etdiyi talenin (qədərin) varlığını elmi olaraq da isbat etdi.

Restoranda yeməyinizi bitirəndən sonra çox vaxt qarson yaxınlaşar və “şirni və ya çay istərdinizmi?” deyə soruşar. Bir az düşündükdən sonra qərarınızı verərsiniz. Deyək ki çayı seçdiniz. Bunu azad iradənizlə mi etdiniz yoxsa o çayı içməyiniz taledə var idimi?

Davamı...
Bookmark and Share

Şərhlər(6)
39 oxunma
POSTATEIZM, MADDƏNİN GERÇƏYİ
qədər tale werner-heisenberg gerard-hooft atom 

АТОМНАЯ ЭНЕРГИЯ И ЯДЕРНОЕ ДЕЛЕНИЕ

rethink
Avqust 13, 2008 3:42

Поистине, Аллах – расщепляет зерно и ядро; Он извлекает жизнь из мертвой (плоти), и из глубины живого вызывает смерть. Таков Он - Аллах. Так как же отвращаетесь вы так? (Сура “Скот”, 6:95)

Можно предположить, что содержащиеся в 95-ом аяте Суры “Скот” слова “эльхабби”, переведенное как “зерно” и “эннева”, переведенное как “ядро”, указывают на процесс деления атома и расщепление ядра. К примеру, слово “эннева” переводится в словаре как "ядро, центр, ядро атома".

 

Davamı...
Bookmark and Share

Şərhlər(0)
25 oxunma
MƏDƏNİYYƏT, НА РУССКОМ, MADDƏNİN GERÇƏYİ
атомная-энергия ядерное-деление альберт-эйнштейн 

MADDƏNİN GERÇƏYİ / 4-CÜ HİSSƏ

rethink
May 8, 2008 3:02

Həqiqi  Mütləq  Varlıq Bu həqiqətlər bizi çox vacib bir sualla qarşı-qarşıya qoyur. Madam ki, maddi dünya olaraq tanıdığımız şey gerçəkdə ruhumuzun gördüyü alqılardan ibarətdir, o halda alqıların qaynağı nədir?...Bu suala cavab verərkən diqqət edilməsi lazım olan gerçək budur: Biz maddəni sadəcə xəyalımızda görürük, xaricdəki əsli ilə heç bir zaman əlaqədar olmuruq. Maddə alqı (gələn qıcıqların beyin tərəfindən şərhi) olduğuna görə “süni” bir şeydir. Yəni bu alqının başqa bir güc tərəfindən yaradılması lazımdır. Həm də mütəmadi olaraq. Əgər mütəmadi yaratma olmasa maddə dediyimiz alqılar yox olar. Bu, TV ekranında görüntünün davam etməsi üçün verilişin daimi davam etməsi kimidir. Davamı...
Bookmark and Share

Şərhlər(0)
37 oxunma
GÜNDƏM, MADDƏNİN GERÇƏYİ

MADDƏNIN GERÇƏYİ / 3-CÜ HİSSƏ

rethink
May 8, 2008 2:51

Beynimizin İçində Yaranan “Xarici Dünya”

Buraya qədər yazılan fiziki gerçəklər bizi mübahisə olunmaz nəticəyə gətirir: Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına “maddə”, “dünya”, “kainat” dediyimiz anlayışlar əslində beynimizdə şərh olunan elektrik siqnallarıdır. Məsələn, meyvə yeyən bir insan əslində meyvənin beynindəki alqısı ilə əlaqədardır, əsli ilə yox. İnsanın meyvə deyə adlandırdığı şey meyvənin forması, dadı, iyi və sərtliyinə aid olan elektrik siqnalının beyində şərh olunmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssək, meyvə görüntüsü o an yox olar. Və ya burundan beynə gedən sinir tellərində bir nasazlıq olarsa, qoxu hissiyyatımız tamamilə yox olar. Çünki meyvə bir sıra elektrik qıcıqlarının beyin tərəfindən şərhindən başqa bir şey deyil.

Davamı...
Bookmark and Share

Şərhlər(1)
109 oxunma
MADDƏNİN GERÇƏYİ
xarici-dünya human-knowledge insanın-məhdud-bilgisi alqilayan-kimdir maddənin-gerçəyi 

MADDƏNİN GERÇƏYİ / 2-Cİ HİSSƏ

rethink
May 1, 2008 2:00

DİQQƏT!!!: Burada izah olunanlar fərqli yanaşma və ya hər hansı fəlsəfi düşüncə deyil; hər kəsin qəbul edəcəyi və müasir elmin isbatladığı həqiqətlərdir!

 

Duyğu Orqanlarımız Necə İşləyir?

       Görmə hissi: Kimdən soruşsaq ki, “necə görürük?” təbii ki, “gözümüzlə” cavabını verər. Amma görmə prosesinin texniki izahına baxdıqda bunun heç də elə olmadığı aydın olur. Bu mərhələli prosesdir. Əvvəlcə hər hansı cisimdən gələn işıq şüaları-fotonlar gözün önündəki linzanın içindən qırılaraq keçir və gözün arxasındakı retinaya tərs olaraq düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilərək sinirlər vasitəsiylə betnin arxa tərəfindəki “görmə mərkəzi” adı verilmiş kiçik yerə çatır. Görmə hadisəsi həqiqətdə, beynin arxasındakı bu kiçik və işığın heç bir şəkildə girmədiyi zülmət qaranlıq nöqtədə baş verir.

       Biz “görürəm” deyərkən əslində gözümüzə gələn işıq şüalarının elektrik siqnalına çevrilərək beyində yaratdığı “təsiri” görürük. Yəni “görürəm” deyərkən əslində beynimizdəki elektrik siqnallarını seyr edirik.  Bir sözlə, görmə gözdə tamamlanan bir proses deyil, gözümüz sadəcə görmə prosesinə vasitəçilik edir. Ekranına baxdığınız kompyuteriniz də, üfüqə baxdığınızda gördüyünüz geniş mənzərə də, ucsuz bucaqsız dəniz də bu fındıq boyda bir neçə kub-santimetrlik yerə sığır. Burada ən əsas və ən heyrətamiz məsələ kəllə sümüyünün işığı içəri keçirməməsidir. Beynin içi zülmət qaranlıqdır. Ancaq siz bu zülmət qaranlıqda işıqlı, al-əlvan dünyanı, rəngarəng təbiəti, ticarət obyektindəki cürəbəcür geyimləri, avtomobilləri, insanları seyr edirsiniz. Bu qaranlıq yerdə rənglərin yaranmasını isə hələ də heç kim, heç bir rəng alimi izah edə bilməyib. Davamı...
Bookmark and Share

Şərhlər(0)
119 oxunma
MADDƏNİN GERÇƏYİ

MADDƏNİN GERÇƏYİ / 1-Cİ HİSSƏ

rethink
May 1, 2008 0:53

DİQQƏT!!!: Burada izah olunanlar fərqli yanaşma və ya hər hansı fəlsəfi düşüncə deyil; hər kəsin qəbul edəcəyi və müasir elmin isbatladığı həqiqətlərdir!

 

“Əsla düşünməyin, yoxsa inanarsınız!” (Leninin yoldaşlarına əmri)

 

"Duyğularımızla qəbul etdiyimiz obyektiv həqiqəti bir dəfə yadırğadınsa, şübhəçiliyə (agnostisizm) və subjektivizme düşəcəyindən, fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən. Bu da fideizmin istədiyi şeydir. Barmağını qapdırdınmı, əvvəl qolun sonra bütün mənliyin gedər. Duyğuları obyektiv dünyanın bir görüntüsü olaraq deyil, xüsusi bir element olaraq götürdüyündə, digər bir deyişlə materializmə güzəşt etdiyində, mənliyini fideizmə qapdırarsan. Sonra duyğuların heç kimin duyğuları olar, ağıl heç kimin ağılı, ruh heç kimin ruhu, könül heç kimsənin könlü olar."  (V. I. Lenin, Materialism and Empirio-criticism, Progress Publishers, Moskva 1970, s. 334-33)

Davamı...
Bookmark and Share

Şərhlər(10)
191 oxunma
MADDƏNİN GERÇƏYİ
maddənin-gerçəyi elektrik-siqnalları 

TERMODİNAMİKANIN 2-Cİ QANUNU VƏ YA CANLI CANSIZ HƏR ŞEY MƏHVƏ MƏHKUMDUR

rethink
Aprel 7, 2008 1:39

Bu qanun fizikanın  təməl qanunlarındandır: Yəni sadə dil ilə desək, təbii şəraitdə bütün sistemlər dağılmağa və pozulmağa məhkumdur. Canlı-cansız hər şey zamanla dağılır və aşınır. Bu gec-tez hər bir varlığın qarşılaşacağı sondur. Geriyə yol yoxdur!

 

Bu məhşur qanunu Entropiya qanunu adlandırırlar. Entropiya bir sistemin nizamsızlığının ölçü  vahididir. Bir sistemin nizamlı haldan nizamsız hala keçməsi o sistemin Entropiyasını artırır.Bir sistemdə nizamsızlıq nə qədər çox olarsa o,sistemin Entropiyası da çoxdur. Entropiya qanunu bütün kainatın nizamsız,plansız və dağınıq bir hala doğru irəlilədiyini ortaya qoyur. Entropiya qanunu nəzəri və təcrübib baxımdan isbat olunmuş bir qanundur. A.Einstein bu qanunu bütün elmlərin 1-ci qanunu adlandırıb.

Davamı...
Bookmark and Share

Şərhlər(0)
160 oxunma
POSTATEIZM, MADDƏNİN GERÇƏYİ
termodinamikanin-2-ci-qanunu təkamülçülərin-açiq-sistem-“çaşqinliği” molekulyar-quruluşlar entropiya-qanunu 

  Yazılar cəmi: 7   


© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog