SİSTEMİN İÇİNƏ SIZMAQ
rethinkİyun 14, 2008 22:44
Bilindiyi kimi, gücün əhəmiyyətli hissəsini kəşfiyyat təşkil edir. Əgər bir şey haqqında kəşfiyyata sahibsinizsə deməli onun üzərində gücünüz vardır. İsrailin ABŞ üzərindəki gücünün əhəmiyyətli hissəsi də Yəhudi Dövlətinin amerikan sistemi içində qurduğu inanılmaz kəşfiyyat sistemidir.
Paul Findley, They Dare to Speak Out adlı kitabının 5-ci fəslinə ABŞ Müdafiə Nazirliyi yəni Pentaqonun çox yaxşı qorunan "gizli mərkəz" olduğunu izah edərək başlayır. Hər gün Pentaqonun şöbələrində Amerikanın ən gizli sirləri gəzir. Buna görə də heç bir kənar şəxs bura addım ata bilməz. Heç kim xüsusi şəxsiyyət vəsiqəsi olmadan binalara girə bilməz. Hər yerdə silahlı gözətçilər gəzir. Bir qaladan fərqlənməyən bu mərkəzdə Amerikanın ən qabaqcıl texnologiyası istifadə edilərək Amerikanın ən gizli məlumatları saxlanılır.
Davamı...
Şərhlər(1)
238 oxunma
500 İLLİK REAL TARİX
pentaqon ağ-ev lobbi paul-findley



Soyuq Müharibənin qurtarması və ABŞ-ın tək super güc olaraq tanınmasının ardınca, Prezident Corc Buş`un, Henry Kissinger`in “sağ qollarından biri“ sayılan Milli Təhlükəsizlik Spikeri Brent Scowcroft`la işləyib hazırladığı “Yeni Dünya Sistemi (Nizamı)” anlayışı müzakirələrə səbəb oldu. Kimiləri bu Nizam`da bir növ Pax Amerikana ummağa başladılar. ABŞ`ın öndərliyində daha azad və sülhpərvər bir dünya qurulacağını gözlədilər. İraqın Küveyti işğalını cəzalandıran Körfəz Müharibəsi ilə başlayan periodun, artıq dünyada zorbalıq dövrünü keçmişdə qoyacağını eşitdirdilər.