“Humanizm” anlayışı çox insanın ağlında müsbət mesajlar oyadır: “İnsan sevgisi”, “sülh”, “qardaşlıq”. Ancaq fəlsəfi mənada humanizmin daha da önəmli bir mənası var: Humanizm, “insanlıq” anlayışını, insanların yeganə məqsəd və mərkəzi nöqtəsi halına gətirən bir düşüncədir. Başqa sözlə, insanı, Yaradıcımız olan Allahdan üz çevirməyə, sadəcə öz varlığı və mənliyi ilə məşgul olmağa çağırır. Humanizmin bu mənası, xüsusən də kəlmənin qərb dillərindəki istifadəsində aşkardır. Humanizmin İngilis dilində hərfi mənası belədir:
Ən yaxşı dəyərlər, xarakterlər və davranışların fövqəltəbii bir qüvvədə yox, insanlarda olduğuna inanan düşüncə sistemi.1
Humanizmin ən açıq tərifini isə, bu fəlsəfəyə inananlar vermişdir. Günümüzün qabaqcıl humanistlərindən biri olan Corliss Lamont, “The Philosophy of Humanism” (Humanizm Fəlsəfəsi) adlı kitabında belə yazır:
Humanizm, bütün gerçəkliyin tamamilə təbiətin özündən ibarət olduğuna inanır, kainatın təməl materyalı, zehin yox maddə-enerjidir... (Humanizmə görə) Fövqəltəbii varlıqlar həqiqət deyil; yəni insan səviyyəsində, insanlar fövqəltəbii və ölümsüz ruhlara sahib deyillər və bütün kainat miqyasında, kainatımızın fövqəltəbii və sonsuz bir Yaradıcısı yoxdur.2
Davamı...