Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink
Click to join reinteract

Click to join ReInteract

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 12518
  • Dünənki hit: 286
  • Bugünki hit: 18
  • Ümumi hit: 65268

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

2007`DƏ DÜNYA VƏ İSLAM, 2008-Ə İŞARƏLƏR, Qüsursuz PLAN

rethink
Mart 6, 2008 1:08

2007-ci ilin xüsusən Müsəlmanlar üçün əhəmiyyətli yönləri: 

Materialist Fəlsəfə 2007`də Ağır Bir Məğlubiyyətə Düçar Oldu 

2007-ci ildə materialist fəlsəfəyə vurulan ən böyük zərbə, Harun Yəhya (Adnan Oktar) tərəfindən hazırlanan "Yaradılış Atlası" adlı əsərlə reallaşdı. Həmin il bir çox fərqli dilə çevrilən və çatdığı hər ölkədə xarici mətbuatın ifadəsiylə "ideoloji zəlzələ" təsiri göstərən bu nəhəng əsərdə, fossil qalıqlarında ortaya çıxan canlıların, təkamül nəzəriyyəsinin iddialarının əksinə milyon illərdir heç bir dəyişikliyə uğramadığı dəlillərlə ortaya qoyuldu. 

Yaradılış Atlası`nın təsirinin Avropada dalğa-dalğa yayılması materialist düşüncəli dairələri narahat etdi və böyük panikaya səbəb oldu. Atlas bu günə qədər görülən Darvinizm əleyhdarı işlər arasında ən təhlükəlisi olaraq xarakterizə edildi. Avropa Parlamentinin Mədəniyyət, Elm və Təhsil Komitəsinin hazırladığı Yaradılış və Təkamül Hesabatı da bunun ən önəmli dəlilidir.  

"Təhsildə Yaradılışçılığın Təhlükələri" başlıqlı hesabatdakı hər maddədə Atlas hədəf alınaraq, qadağan edilməsi lazım olduğu və yaradılış inancının (Allahı tənzih edirik) elmdən kənar olduğu iddia edildi. Ancaq bütün bu səylərə baxmayaraq Yaradılış Atlasındakı təkamülü çürüdən konkret elmi tapıntılar Avropalılar başda olmaqla insanların illərdir aldadıldıqlarını aşkar etdi.

Davamı...
Bookmark and Share

Şərhlər(0)
321 oxunma
GÜNDƏM
islam mehdi isa müsəlman quran 

İSRAİLİN ORTA ŞƏRQ ÖLKƏLƏRİNİ PARÇALAMA STRATEGİYASI

rethink
Fevral 24, 2008 1:09

Orta şərqin, Yəhudi dövlətinə təhlükəsizlik və sabitlik təmin edəbilən bir "hinterland", bir növ "həyat sahəsi" halına gəlməsi hədəflənir. İsrailin Orta Şərq strategiyasının hissəsi olan çevrə strategiyası, açıq elan edilmiş bir siyasət idi. Yəhudi dövləti, özünə strateji yaxın gördüyü ölkələrlə yaxınlaşmaq istəmişdi və bunu gizli tutmaq üçün də bir gərək yox idi.

Halbuki Orta Şərq strategiyasının daha da əhəmiyyətli bir başqa hissəsi, bu cür rahat və açıq bir şəkildə ifadə edilə biləcək bir məzmuna sahib deyildi. Çünki bu, İsrailin Ərəb dövlətlərini necə parçalaya biləcəyi sualına cavab axtarırdı və belə bir planı diplomatik sahədə ifadə etməsi şübhəsiz böyük bir skandal olardı. Bu səbəblə, Orta Şərq strategiyasının, bir başqa deyişlə gələcək strategiyasının bu hissəsi, gizlicə hazırlandı və tətbiqə olundu.

Davamı...
Bookmark and Share

Şərhlər(0)
211 oxunma
GÜNDƏM
israil bop siyonist islam yinon 

DÜNYANIN MÖHTAC OLDUĞU "İSLAM BİRLİYİ"

rethink
Fevral 11, 2008 19:01

11 Sentyabr terror hadisələri, dünyanın siyasi və strateji balansını kökündən dəyişən bir dönüş nöqtəsi idi. Buna görə də, bəzi analitiklər siyasi mənada XXI əsrin 11 Sentyabrla başladığını deyirlər. XX əsri şəkilləndirən ən önəmli fikri ünsür, ideologiyalar və onlar arasındakı əlaqələr idi. XXI əsrə isə mədəniyyətlər, inaclar və onların arasındakı əlaqə yön verəcək.
Bəziləri mədəniyyətlər və inanclar arasındakı bu əlaqənin “qarşıdurma” təməlli olacağını iddia edir. Amma bizim istədiyimiz, insanlar və mədəniyyətlər arasında barış və dostluğun hakim olmasıdır. Bir Müsəlman olaraq bizə barədə yol göstərən qaynaq Quran'dır. Allah Quran'da insanlar arasındakı fərqliliklərin bir "tanışlıq" vəsiləsi olmasını lazım bilmişdir:

Ey insanlar, həqiqətən, biz sizi bir kişi və bir qadından yaratdıq və bir-birinizlə tanış olmağınız üçün sizi xalqlar və qabilələr (şəklində) qıldıq. Şübhəsiz, Allah qatında sizin ən üstün (kərim) olanınız, (irq ya da soyca deyil) təqvaca ən irəlidə olanınızdır. Şübhəsiz Allah, biləndir, xəbər alandır. (Hucurat Surəsi, 13)
Davamı...
Bookmark and Share

Şərhlər(4)
172 oxunma
GÜNDƏM
islam siyasət birlik dünya quran 

YENİ DÜNYA SİSTEMİ (NİZAMI) - Yeni Masonik Düzən, 1

rethink
Fevral 1, 2008 18:27

 

ymd1Soyuq Müharibənin qurtarması və ABŞ-ın tək super güc olaraq tanınmasının ardınca, Prezident Corc Buş`un, Henry Kissinger`in “sağ qollarından biri“ sayılan Milli Təhlükəsizlik Spikeri Brent Scowcroft`la işləyib hazırladığı “Yeni Dünya Sistemi (Nizamı)” anlayışı müzakirələrə səbəb oldu. Kimiləri bu Nizam`da bir növ Pax Amerikana ummağa başladılar. ABŞ`ın öndərliyində daha azad və sülhpərvər bir dünya qurulacağını gözlədilər. İraqın Küveyti işğalını cəzalandıran Körfəz Müharibəsi ilə başlayan periodun, artıq dünyada zorbalıq dövrünü keçmişdə qoyacağını eşitdirdilər.

Davamı...
Bookmark and Share

Şərhlər(0)
175 oxunma
500 İLLİK REAL TARİX, KİTABLAR
müsəlman qərb islam masonik sistem 

AVROPA İSLAMA VƏ QURAN`A SAVAŞ AÇDI

rethink
Fevral 1, 2008 17:32

Avropa Şurasının keçən həftələrdə Yaradılış gerçəyinin məktəblərdə tədrisinin qadağan edilməsi ilə əlaqədar aldığı qərarın ardınca son vaxtlar gündəmə gələn ikinci bir mövzu da Avropa İnsan Haqqları Məhkəməsinin (AİHM) 9 Oktyabrda Türkiyə məktəblərindəki din dərslərinin təhsil haqqını pozduğuna dair hökmü oldu. Buna görə Türkiyədəki məktəblərdə din dərsinin tədrisində bəzi dəyişikliklər edilməsi lazımdır, hətta AİHM`ə görə din dərslərinə birdəfəlik maneə törədilməsi lazım idi.

Burada bəhs edilən dəyişikliklər, əslində din dərsi təhsilini tamamilə ortadan qaldırmağa çalışmaqdan, gəncləri Allah inancından uzaqlaşdırmaqdan, gənclərdə materialist baxışlar inkişaf etdirməkdən başqa məqsəd daşımır. Oktyabr ayının əvvəlində Avropa Şurasında alınan qərarla Yaradılış gerçəyinin məktəblərdə qadağan edilməsi də eyni məqsədə xitab edir.
Davamı...
Bookmark and Share

Şərhlər(0)
166 oxunma
GÜNDƏM
avropa islam darvinizm darwinism harun 

QƏRBİN İNSAN ANLAYIŞI

rethink
Yanvar 23, 2008 20:17

Fransanın sabiq prezidenti Jak Şirak Türkiyəni də içinə qataraq hamımız Bizansın övladlarıyıq demişdi. Burada önəmli olan olan Türkiyənin Bizansın övladı olub-olmaması yox, Şirakın sözlərinin doğru oxunmasıdır. Bu sözləri ilə Avropanın qabaqcıl dövlət adamı bir tərəfdən öz mədəni köklərini izah edir, digər tərəfdən bir istiqamət göstərir. Biz mövzumuzla əlaqəli olduğu üçün Qərb mədəniyyətinin tarixi kökləri ilə maraqlanırıq. Fransa dövlət başçısı köklərinin Roma mədəniyyətinə uzandığını ifadə edir. Bizi də maraqlandıran Roma mədəniyyətinin insana baxışıdır. Bildiyimiz kimi, Romada insanlar iki yerə ayrılmışdı: romalılar və pariyalılar. Romalılar üstün insan olaraq pariyalılar üzərində hər hüquqa sahib idilər. Burada əsas məsələ romalıların özlərini üstün insan olaraq görməsi və pariyalılara bir heyvan kimi davranmalarıdır. Davamı...
Bookmark and Share

Şərhlər(1)
344 oxunma
MƏDƏNİYYƏT
qərb insan mədəniyyət islam kainat 

ATEİZMİN ÇÖKÜŞÜ ↓ – İNANCIN YÜKSƏLİŞİ ↑

rethink
Yanvar 9, 2008 20:46


Şərhlər(1)
172 oxunma
POSTATEIZM
teizm ateizm inanc islam 

  Yazılar cəmi: 7   


© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog