İSLAM DÜNYASININ DÜŞMƏNLƏRİ - 2
rethinkAprel 14, 2008 22:54
DARWİNİZM, MÜSTƏMLƏKƏÇİLİK VƏ FAŞİZMİN ƏLAQƏSİ
Darwinizm müstəmləkəçiliyin sözdə elmi təməli olmuşdur. Çünki Darwin irəli sürdüyü xəyali təkamül müddəti içində insan irqlərini fərqli pillələrə yerləşdirmişdir. Avropalı Ağ Adamı ən irəli irq saymış, Asiyalı və Afrikalı qövmləri isə azqala meymunlarla eyni səviyyədə göstərmişdir. Bundan əlavə bütün insanlığın daimi bir qarşıdurma və həyat mübarizəsi davam etdirdiyini, bu mübarizə içində Qərbin qazanmasının və digərlərini kölələşdirməsinin "təbiətin qanunu" olduğunu irəli sürmüşdür. Darwin The Descent of Man (İnsanın Törəməsi) adlı kitabında belə yazır:
Bəlkə də əsrlər qədər sürməyəcək yaxın gələcəkdə mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcəklər və onların yerinə keçəcəklər. Digər tərəfdən insani meymunlar da… şübhəsiz aradan qaldırılıcaq. Beləcə insan ilə ən yaxın qohumları arasındakı boşluq daha da genişlənəcək (Charles Darwin, The Descent of Man, 2nd edition, New York, A. L. Burt Co., 1874, s. 178)
Darwin bu maraqlı nəticəyə "həyat mübarizəsi" anlayışıyla gəlib çıxmışdı. Bu iddiasına görə həyat mübarizəsi içində zəif fərdlər yox olarkən, güclü və uyğun quruluşa sahib fərdlər də seçilib həyatda qalırdılar. Bundan əlavə bu mübarizənin təkamül formasındakı inkişaf üçün lazımlı olduğunu, yəni bəzi insan irqlərinin yox edilməsinin insanlığın inkişafını təmin edəcək müddət hesab olunduğunu müdafiə etmişdi.
Davamı...
Şərhlər(0)
125 oxunma
POSTATEIZM, STRATEGİYA
islam-dünyasının-düşmənləri lenin-troçki-stalin-mao darwinizmin-qanlı-ideologiyası darwinin-türk-düşmənliyi kommunist-ideologiya

