2007`DƏ DÜNYA VƏ İSLAM, 2008-Ə İŞARƏLƏR, Qüsursuz PLAN
rethinkMart 6, 2008 1:08
2007-ci ilin xüsusən Müsəlmanlar üçün əhəmiyyətli yönləri:
Materialist Fəlsəfə 2007`də Ağır Bir Məğlubiyyətə Düçar Oldu
2007-ci ildə materialist fəlsəfəyə vurulan ən böyük zərbə, Harun Yəhya (Adnan Oktar) tərəfindən hazırlanan "Yaradılış Atlası" adlı əsərlə reallaşdı. Həmin il bir çox fərqli dilə çevrilən və çatdığı hər ölkədə xarici mətbuatın ifadəsiylə "ideoloji zəlzələ" təsiri göstərən bu nəhəng əsərdə, fossil qalıqlarında ortaya çıxan canlıların, təkamül nəzəriyyəsinin iddialarının əksinə milyon illərdir heç bir dəyişikliyə uğramadığı dəlillərlə ortaya qoyuldu.
Yaradılış Atlası`nın təsirinin Avropada dalğa-dalğa yayılması materialist düşüncəli dairələri narahat etdi və böyük panikaya səbəb oldu. Atlas bu günə qədər görülən Darvinizm əleyhdarı işlər arasında ən təhlükəlisi olaraq xarakterizə edildi. Avropa Parlamentinin Mədəniyyət, Elm və Təhsil Komitəsinin hazırladığı Yaradılış və Təkamül Hesabatı da bunun ən önəmli dəlilidir.
"Təhsildə Yaradılışçılığın Təhlükələri" başlıqlı hesabatdakı hər maddədə Atlas hədəf alınaraq, qadağan edilməsi lazım olduğu və yaradılış inancının (Allahı tənzih edirik) elmdən kənar olduğu iddia edildi. Ancaq bütün bu səylərə baxmayaraq Yaradılış Atlasındakı təkamülü çürüdən konkret elmi tapıntılar Avropalılar başda olmaqla insanların illərdir aldadıldıqlarını aşkar etdi.
Davamı...
Şərhlər(0)
321 oxunma
GÜNDƏM
islam mehdi isa müsəlman quran


Soyuq Müharibənin qurtarması və ABŞ-ın tək super güc olaraq tanınmasının ardınca, Prezident Corc Buş`un, Henry Kissinger`in “sağ qollarından biri“ sayılan Milli Təhlükəsizlik Spikeri Brent Scowcroft`la işləyib hazırladığı “Yeni Dünya Sistemi (Nizamı)” anlayışı müzakirələrə səbəb oldu. Kimiləri bu Nizam`da bir növ Pax Amerikana ummağa başladılar. ABŞ`ın öndərliyində daha azad və sülhpərvər bir dünya qurulacağını gözlədilər. İraqın Küveyti işğalını cəzalandıran Körfəz Müharibəsi ilə başlayan periodun, artıq dünyada zorbalıq dövrünü keçmişdə qoyacağını eşitdirdilər.