Reklam verin!

ReThink.AzeriBlog.Com

Dünyanı Dəyiş, O Səni Dəyişmədən...

Blog Haqqında

rethink

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 8957
  • Dünənki hit: 303
  • Bugünki hit: 79
  • Ümumi hit: 61832

Müxtəlif

ROMANTİK KOMUNİSTLƏR VƏ ŞEYTANIN SİLAHI

rethink
İyun 9, 2008 4:32

Komunistlərin romantik ruhi halı ilk baxışda çox hiss olunmur, çünki komunistlər həmişə elmdən, fəlsəfədən, ağıldan danışırlar. Halbuki bu anlayışları da romantik dünyagörüşüylə qəbul edirlər. (Romantizm insanın ağıl və məntiqinin göstərdiyi doğrularla deyil, duyğuları ilə hərəkət etməsidir). Elmin sübut etdiyi, amma özlərinə sərf etməyən nəticələri "burjua elmi" deyə gözü bağlı şəkildə rədd edirlər. Hətta Stalin bu dünyagörüşünü sistemləşdirmiş və öz dövründə "burjua elmi" və "proletariat elmi" adlı axmaq və süni ayrı-seçkilik etmişdir.

Davamı...

Şərhlər(2)
310 oxunma
POSTATEIZM
romantik-komunistlər sosializm proletariat che-guevara materializm 

QƏRBİN DİNİ: PRAGMATİZM

rethink
Mart 5, 2008 4:15

Praqmatizm: Bir düşüncə və davranışın, fərdlərə və ya şəxslərə fayda və çıxar təmin etdiyi; dünyəvi həvəs və hədəflərə çatdırdığı ölçüdə "doğru və qiymətli" sayıldığı; eqoist bir fəlsəfədir. Hər cür cəhd və inkişafın nəğd və praktik faydasını, həyatın və həqiqətin ölçüsü qəbul edən… Mənəvi və əxlaqi dəyərləri və axirət düşüncəsini "axmaqların məşğuliyyəti" bilən bir təlimdir. 

Praqmatistlərə görə: Hər şey, dünya məqsədlərinə yaradığı qədər lazımlı və qiymətlidir. Özlərinə fayda verən və keflərinə uyğun olan doğrudur. "Ağla və vicdana görə doğru olan, faydalıdır" yanaşması rədd edilir. Bu maddəçi və materialist düşüncənin sistemləşməsi, Qərbdə və xüsusilə Amerikada, "fərd əxlaqı və dövlət siyasəti" halına gəlməsi Charles S. Pierce, William James və John Dewey kimi Dinsiz Siyonistlərin sayəsində olmuşdur. John Dewey Türk təhsil sisteminin Milli və Mənəvi təməllərdən qoparılıb, materialist bir cizgiyə salınmasına da əhəmiyyətli təsiri olan biridir və bu məqsədlə Türkiyəyə də gəlmişdir.

Davamı...

Şərhlər(0)
151 oxunma
GÜNDƏM
praqmatizm materializm qərb amerika avropa 

ELM VE MATERIALIZM… GƏLİN BUNLARI AYIRAQ

rethink
Mart 3, 2008 1:58

Müasir elmin isığinda əldə etdiyimiz bilgilər, bizə təkamül nəzəriyyəsinin heç bir elmi dayağı olmadığını, əksinə təkamülün iddialarının elmi kəşflərlə uzlaşmadığını göstərir. Yəni təkamülü ayaq üstə saxlayan güc, elm deyil. Təkamül bəzi "alimlər" tərəfindən müdafiə oluna bilər, amma təməlində "basqa məqsəd" var.  

Təkamül nəzəriyyəsini diri tutan əsl faktor materialist fəlsəfədir. Təkamül nəzəriyyəsi, materialist fəlsəfənin təbiətə uzlaşdırılmış halıdır və elmlə uyğunsuzluğuna baxmayaraq müdafiə olunur. Təkamül nəzəriyyəsi ilə materializm arasındakı bu əlaqə, bu anlayışların "avtoritetləri"lərı tərəfindən də qəbul edilir. Leon Trotsky, "Darvinin kəşfi, bütün orqanik maddə sahəsində diyalektliyin (dialektik materializmin) ən böyük zəfəri oldu" şərhini etmişdir. (Alan Woods, Ted Grant. "Marxism and Darwinism", Reason in Revolt: Marxism and Modern Science, London: 1993) Təkamülçü bioloq Douglas Futuyma, "Marxın insanlıq tarixini açıqlayan materialist nəzəriyyəsi ilə birlikdə, Darvinin təkamül nəzəriyyəsi materializm zəminində böyük bir yolun qəti idi" deyə yazır. (Douglas Futuyma, Evolutionary Biology, 2. b., Sunderland, MA: Sinauer, s. 3)

Davamı...

Şərhlər(1)
231 oxunma
GÜNDƏM
təkamül materializm marx darwin elm 

SATANİZM: ATEİST VƏ MATERİALİST BİR DİN

rethink
Fevral 1, 2008 18:20

Satanizm insanların içində olduqları mənəvi boşluğun nəticələrindəndir. Dünyanın yalnız maddi dəyərlərdən ibarət olduğunu düşünən bütün cərəyanlar insanları mənəvi bir boşluğa sürükləyir. XIX əsrə qədər dini dəyərlər cəmiyyətin ayrılmaz bir parçası olduğu halda, bu tarixdən etibarən din əxlaqı unutduruldu. XIX əsrdə inkişaf edən belə düşüncə axımlarının ən önəmli ortaq nöqtələrindən biri din əxlaqına qarşı olmaları və Allah qarşısında məsuliyyət olmadan da əxlaqlı cəmiyyətin var ola biləcəyini müdafiə etmələridir.


Yalnız varlı yaşamaq, daha çox qazanmaq və daha çox istehlak etmək, bunun üçün nə lazımdırsa etmək, digər insanları əzmək kimi düşüncələrin təsiri altında qalan cəmiyyətlərdə bir müddət sonra yalnız özünü düşünən, ancaq mənfəəti naminə yaxşılıq edən insanlar ortaya çıxmışdır.

Davamı...

Şərhlər(2)
224 oxunma
POSTATEIZM
satanizm lavey materializm batil ateizm 

POSTMODERNİZMİN SƏBƏB OLDUĞU XAOS, QURAN ƏXLAQI İLƏ ARADAN QALDIRILA BİLƏR

rethink
Fevral 1, 2008 17:45

Postmodernizm son zamanların bəlkə də üzərində ən çox müzakirə edilən, ən çox danışılan anlayışlarındandır. Bu anlayışın məzmunu haqda hər nə qədər mütəfəkkirlər və alimlər həmfikir olmasalar da, ümumi olaraq postmodernizmi, ‘modernizm sonrası, modernizmə reaksiya olaraq ortaya çıxan axın' şəklində qiymətləndirə bilərik.

Postmodernizmin sənət, elm, fəlsəfədə hansı anlayışı qarşımıza qoyduğu çox danışılır və müzakirə edilir. Ancaq əsl üzərində dayanılmalı məsələ, bu cərəyanın hansı cəmiyyət quruluşunu nəzərdə tutduğudur. Bunu anlamaq üçün müasir cəmiyyətlərdəki xaos, qarışıqlıq, qeyri-müəyyənlik halını göz qabağına gətirmək yetərlidir. Bu gün dünyanı şəkilləndirən ən əhəmiyyətli anlayışlardan biri olan postmodernizm, sahib olduğu dəyərlər və dünyagörüşü səbəbiylə insanları davamlı xaos və çətinliyin içinə sürükləyir. Postmodernizm, insanlığı böyük bir dilemmanın içinə soxmuş olan müasir mədəniyyətin tənqidi kimi görünsə də əslində, müasir çağın səbəb olduğu mənəvi boşluq və çöküntünün üzərində yüksəlir. Həmin mənəvi boşluq aradan qaldırılmadan, bu sistemin mənfiliklərinin tənqidi bir məna daşımır. Elə buna görə də, əvvəlcə bu quruluşun, üzərində kök saldığı ‘modernizm' ilə nəyin nəzərdə tutulduğu doğru anlaşılmalıdır.
Davamı...

Şərhlər(1)
377 oxunma
POSTATEIZM
materializm postmodernizm darvin modernizm əxlaq 

  Yazılar cəmi: 5   


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com