QƏRBİN DİNİ: PRAGMATİZM
rethinkMart 5, 2008 4:15
Praqmatizm: Bir düşüncə və davranışın, fərdlərə və ya şəxslərə fayda və çıxar təmin etdiyi; dünyəvi həvəs və hədəflərə çatdırdığı ölçüdə "doğru və qiymətli" sayıldığı; eqoist bir fəlsəfədir. Hər cür cəhd və inkişafın nəğd və praktik faydasını, həyatın və həqiqətin ölçüsü qəbul edən… Mənəvi və əxlaqi dəyərləri və axirət düşüncəsini "axmaqların məşğuliyyəti" bilən bir təlimdir.
Praqmatistlərə görə: Hər şey, dünya məqsədlərinə yaradığı qədər lazımlı və qiymətlidir. Özlərinə fayda verən və keflərinə uyğun olan doğrudur. "Ağla və vicdana görə doğru olan, faydalıdır" yanaşması rədd edilir. Bu maddəçi və materialist düşüncənin sistemləşməsi, Qərbdə və xüsusilə Amerikada, "fərd əxlaqı və dövlət siyasəti" halına gəlməsi Charles S. Pierce, William James və John Dewey kimi Dinsiz Siyonistlərin sayəsində olmuşdur. John Dewey Türk təhsil sisteminin Milli və Mənəvi təməllərdən qoparılıb, materialist bir cizgiyə salınmasına da əhəmiyyətli təsiri olan biridir və bu məqsədlə Türkiyəyə də gəlmişdir.
Davamı...Şərhlər(0)
151 oxunma
GÜNDƏM
praqmatizm materializm qərb amerika avropa

Soyuq Müharibənin qurtarması və ABŞ-ın tək super güc olaraq tanınmasının ardınca, Prezident Corc Buş`un, Henry Kissinger`in “sağ qollarından biri“ sayılan Milli Təhlükəsizlik Spikeri Brent Scowcroft`la işləyib hazırladığı “Yeni Dünya Sistemi (Nizamı)” anlayışı müzakirələrə səbəb oldu. Kimiləri bu Nizam`da bir növ Pax Amerikana ummağa başladılar. ABŞ`ın öndərliyində daha azad və sülhpərvər bir dünya qurulacağını gözlədilər. İraqın Küveyti işğalını cəzalandıran Körfəz Müharibəsi ilə başlayan periodun, artıq dünyada zorbalıq dövrünü keçmişdə qoyacağını eşitdirdilər.